Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aleksandr Düma

Fransa yazıçısı Aleksandr Düma (1803-1870) xəstə olduğu zaman yanına gəlmiş həkim demişdi:

— Mən vəziyyətin ciddiləşdiyi zaman hər şeyi düz demək qərarına gəlmişəm. Belə güman edirəm ki, siz hər bir təsadüfə qarşı hazır olmalısınız. Siz bir adamla görüşmək istəyirsinizmi?

Düma bu sualın qarşısında bir qədər fikirləşib demişdi:

— Əlbəttə!

— Kiminlə görüşmək xəyalınız var?

— Başqa həkimlə!

**********

Tanış qadınlardan birisi Düma ilə görüşdükdə soruşmuşdu:

— Bu qədər gözəl qocalmağa siz necə nail olmusunuz?

— Xanım, mən bütün həyatımı buna ithaf etmişəm!- deyə Düma cavab vermişdi.



**********

Düma yeni romanını qurtarmağa tələsdiyi zaman onun görüşünə gələnlər vaxtını alır, əsəri bitirməyinə mane olurdular. Yazıçı bir elan yazıb qapıya vurmuş və orada göstərmişdi: “Mənim yanıma gələnlər haqqımda böyük hörmət göstərirlər. Gəlməyənlər isə mənə son dərəcədə böyük ləzzət verirlər”.

**********

Düma ilə bir nəfər gənc aristokrat arasında mübahisə başlamış, aristokrat Dümanı “ alçaq” və “ qarışıq” nəsildən olmaqda təqsirləndirib təhqir etdikdə, yazıçı ona demişdir:

— Doğru deyirsiniz, nə etmək olar? Mənim atam mulat, babam həbəş, babamın babası isə meymun… Beləliklə də nəsliniz qurtaran yerdə, bizim nəslimiz başlanmışdır.



**********

Düma bir səyahət zamanı gəlib Almaniyaya çıxır. Şvartsvalde şəhərində düşdüyü evdə nahar etmək istəyir. Yazıçı göbələyi çox sevdiyi üçün ev yiyəsini çağırır, alman dilini bilmədiyindən göbələyin şəklini çəkib ona göstərir. Ev yiyəsi yazıçının arzusunu yerinə yetirmək məqsədilə gedib ona bir dənə....- çətir gətirir.


Tarix: 26.11.2014 / 11:48 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Maraqlı Melumatlar
loading...