— Vatikan dünyada yeganə dövlətdir ki, 1983-cü ildən bəri orada doğum halı qeydə alınmayıb.
— Las-Veqasdakı kazinoların heç birində saatlar quraşdırılmayıb.
— Dünyada məşhur olan Barbi kuklalarının sayı İtaliyada və Kanadada olan bu ölkə vətəndaşlarının sayından çoxdur.
— Buxarestdə parlament binasının tikintisi zamanı mərmərə o qədər böyük ehtiyac yaranıb ki, ölkədəki qəbir daşlarının hamısı digər materiallardan hazırlanıb.
— Londonun əsas sakinləri «Sent Teri le-Bou» kilsəsinin zənglərinin səsi eşidilən dairədə doğulanlar sayılır.
— Andorra dünyada yeganə ölkədir ki, orada poçt xidmətləri pulsuzdur.
— İngiltərədə ildə 12 milyon mobil telefon və 2 milyon televizor zibilliyə tullanır.
— Tombsoun şəhərində 18 yaşından yuxarı kişi və qadınlara qabaq dişlərindən biri olmadığı halda belə, gülümsəmək qadağan edilib.
— Saxara səhrasında yerləşən Teqazi şəhərində evlərin çoxunun divarları daş duzdan tikilir. Bu ərazi dünyada ən quraq ərazilərdən sayılır.
— İtaliyada Qərbi Avropanın mədəni dəyərlərinin 60 faizi cəmlənib. Hər bir italyan şəhəri açıq muzey kimi xarakterizə olunur.
— Evlərin nömrələnməsi qaydası ilk dəfə 18-ci əsrdə Londonda tətbiq olunub. Buna qədər evlər sahiblərinin adı ilə tanınıb.
— Fransada bir-birindən 60 metr aralıda iki qüllə ucaldılıb. Onların arasında bir dəfə qışqıranda 12 dəfə əks-səda eşitmək mümkündür.
— Tonka krallığı Okeaniyada yeganə monarxiyadır.
— Transsibir magistralını 3901 körpü kəsir.
— Filippin arxipelaqına 7107 ada daxildir.
— İranın bayrağında 22 dəfə «Allahu Əkğər» sözü yazılıb.
— Dünyanın 7 ən böyük dövlətinin ərazisi planetin quru hissəsinin yarısını tutur.
— Avropada 5 dövlət var ki, yalnız bir ölkə ilə quru sərhəddinə malikdir. Bunlar Portuqaliya, San-Marino, Danimarka, Vatikan və Monakodur.
— Toqoda qadına kompliment deyən kişi mütləq onunla evlənməlidir.
— Avropada bir dənə də olsun səhra yoxdur. Bu, sözügedən faktın mövcud olduğu yeganə qitədir.
Tarix: 26.11.2014 / 12:09 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Melumatlar