Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Facebook ailələri dağıdır

Bu barədə Türkiyə Haliç Universitetinin professoru Osman Özsoy apardığı araşdırmalardan sonra bu qənaətət gəlib. Onun sözlərinə görə, sosial media hazırda bir çox ailələrin dağılmasına səbəb olur. Halbu ki, 7 il əvvəl sosial media yox idi və boşanmaların sayı da indiki qədər çox deyildi.

Özsoy hesab edir ki, ərlə arvadın bir-birinə olan marağın itməsinə səbəb ailəyə çoxlu sayda "virtual qonaqların” daxil olmasıdır.

"Bu qonaqlar ərlə arvadı bir-birindən uzaqlaşdırır. Onların maraq dünyasını başqa istiqamətlərə yönləndirir. Ər-arvad bir-biri ilə maraqlanmaq əvəzinə facebookda yazılanlara üstünlük verir. Bu da qısqanclıq zəminində dava-dalaşların artmasını, nəticədə aradakı bağların qırılmasını gətirib çıxarır”, professor əlavə edib.


Tarix: 22.11.2014 / 22:41 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqlı Melumatlar
loading...