Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaynanadan gələn ürək ağrısı

Aparılan elmi tədqiqatlar qaynanaların ürək xəstəliklərinə səbəb ola biləcəyini üzə çıxardı.
Qaynanası ilə bir evdə yaşayan qadınlarda tərslik əlamətlərinin daha tez əmələ gəldiyi sübut edildi.
Elm adamlarının dediklərinə görə böyük ailədə yaşayan qadınların ciddi ürək xəstəliklərinə tutulma riski digər qadınlara nisbətən 3 dəfə çoxdur.
Daily Mail qəzetininin yazdığına görə, elm adamlarının apardığı araşdırmaların nəticəsi olaraq, evdə həm bir qız övladının həm də ana rollarının stresi ilə yaşamağın, qan təzyiqnin yüksəlməsinə və hətta şəkər xəstəliyinə səbəb ola bilərmiş.
Yapon alimləri, ailə həyatının sağlamlığa təsirini ölçmək üçün, təxminən 91 min sağlam, orta yaşlı qadın və kişilər üzərində apardıqları araşdırmalar 14 il vaxt aldı.

1990-2004-cü illər arasında aparılan bu araşdırmalar ərsində 671-də nəfərdə ürək-damar xəstəlikləri qeydə alındı. Onlardan 339-u məhz ürək xəstəliklərindən, 6255-i isə digər səbəbdən dünyasını dəyişmişdirlər. Eyni zamanda yalnız öz həyat yoldaşları ilə yaşayan qadınların ürək-damar xəstəliklərinə tutulma riskinin, daha geniş ailədə yaşayan qadınlara nisbətən daha az olduğunu üzə çıxdı.

Tibb Prof. Hiroyasu İso, bunun səbəbini, geniş ailələrdə yaşayan qadınların stres ucbatından siqaret, içki kimi alışqanlığa meylliyi həmçinin qadının ailədə qaynana, qaynata baldız, həyat yoldaşı kimi özündən "nüfuzlu" ailə üzvlərinə qarşı davranışlarda tez-tez rollara girmək məcburiyyətində qalması ucbatından daha çox stressə düşdükləri üzündən ürək xəstəliklərinə tutulmaları ilə izah edir.


Tarix: 13.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqlı Məlumatlar
loading...