Aya Sofya məbədi (yunan. Αγία Σοφία, türk. Ayasofya) – Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəd. Bizans dövrunə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur.Mündəricat
1 Ümumi məlumat
2 Tarixi
3 Ümumi mənzərəsi
4 Həmçinin bax
5 Xarici keçidlər
Ümumi məlumat
1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zələzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır.
Tarixi
İnşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınmışdır. Xüsusən də Əyriboğaz adasından açıq yaşıl, Əlcəzairdən sarı rəngli, Siqadan çəhrayı, cənub-qərbi Anadoludan ağ qırmızı mərmərlər gətirilərək tikintdə istifadə edilmişdir. Gündə min usta və on min işçinin çalşması ilə 5 il 11 ay 10 günə inşaat başa çatmışdır. Aya Sofya müxtəlif dövrlərdə böyük təhlükələrlə qarşılaşmış, hündürlüyü 55,60 metr, eni 31,36 metr olan dövrün möcüzəsi kimi qiymətləndirilən qübbəsi genişliyi 1,1 metr olan 40 dirəyə söykənmişdir. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır, açılan 40 pəncərə onun bol işıq almasına səbəb olur.
Ümumi mənzərəsi
Aya Sofya muzeyi Sultanəhməd meydanını dövrəyə alan Sultanəhməd məscidi, Yerəbatan qəsri, Aya İrini kilsəsi, III Əhməd çeşməsi, Soyuq Çeşmə küçəsi arasında yerləşir.
Aya Sofya ətrafında aparılmış qazıntı işləri zamanı tapılmış Bizans sütunlarından nümunələr nümayiş etdirilən baxçadan keçib tikiliyə daxil olanları qapı üzərində görkəmli mozaikalar qarşılayarkən, sola ayrılan daş döşəməli rampa döngələrlə ilə ziyarətçiləri üstədəki qalareyaya aparır. Üst qatın sol tərəfində irəliləyənlər sərgi bölümünü, Aya Sofya qübbəsindən özülünə doğru ana məkanı seyr etmək imkanı əldə edir və Mustafa İzzət xətti Allah, həzrəti Məhəmməd, həzrəti Osman, həzrəti Əbubəkr, həzrəti Ömər, həzrəti Həsən, həzrəti Hüseyn lövhələri daha yaxından görünür. Üst qalareya çıxışının sağ tərəfində gəzməyə davam edənlər tavanı bəzənmiş uzun bir dəhlizdə irəliləyərək Cənub Qalareyasında yerləşən Mərmər Qapıya gəlib çıxırlar. Bu qapı girişinin sağında tavana yaxın bölümdə Deisis mozaikası yer alır. Bu kompozisiyada İsa, Məryəm və Vaftizçi Yəhya ilə birlikdə görülür.
Eyni qalareya ilə irəlilədikcə pəncərəyə yaxın bölümdə 4 xaçlı rəhbəri cərgəsində İstanbula gələn və burada vəfat edən latın mənşəli komandir "Henrikus Dandol"nın məzarı yerləşir. Cənub qalareyasının sonunda rast gəlinən divarda Məryəm, balaca İsa, imperator İoannes və imperatiriça Eirene (12-ci yüz il) mozaikası, Şimal qalareyasında imperator İskəndərin mozaikası görülür. Ayasofya bölmələrində Bizansda ilk dövrə məxsus həndəsə və flora mozaikalarının yerləşdiyi üst qalareyadan enərək ana sahəyə daxil oluruq.
Tarix: 26.02.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 708 Bölmə: Məscidlər