Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscid ən-Nəbəvi

Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi (ərəb. المسجد النبوي‎‎) - Mədinədə məscid. İslamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur.Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məscid. Nəbəvi sözü ərəbcədən "peyğəmbərə aid" anlamına gəlir. Beləliklə, mənası Peyğəmbər Məscidi'dir. Məkkədə olan Məscid-i Haramdan sonra Müsəlmanlara görə ikinci ən müqəddəs məsciddir. Məsciddə eyni anda 650.000 insan ibadət edə bilər. Məscid Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m2 ümumi sahəyə malikdir. Məscid-i Nəbəvi ya da Məscidi-Nəbi ilk inşasında sadə tikildi. Xurma kötüklərindən sütunları, xurma budaqlarından çardağı, daşlardan divaları vardı. Tam yanındakı ev hissəsi də (bugün qəbirdir) kərpicdən idi. Minbəri, mehrabı yox idi. Peyğəmbər Cümə xütbələrini minbər olmadığı üçün bir ağac kötüyünün üstündən oxuyurdu. Buranın bir hissəsi Süffə deyilən kasıblara və tələbələrə ayrılmışdı. 654-cü ildəki zəlzələ və yanğında məscid yanır. Əməvilər, Abbasilər, Məmlüklər və Osmanlılar dönəmlərində yenidən inşa olunur. Əbu bəkir və Ömərin qəbirləri buradadır.

Hücrəyi-Səadət

Məscid-i Nəbəvinin ilk inşasında məscidin şərq divarına bitişik Məhəmməd və ailəsi üçün iki otaq inşa edildi. Bu otaqların sayı daha sonra doqquza qədər yüksəldildi. Daha sonra Məhəmməd, Əbu Bəkir və Ömər burada dəfn edilir. Bir neçə dəfə təmir edildikdən sonra II Mahmudun dövründə qübbə ucaldılır, üzərinə güllə tökülmüş daha sonra da bu qübbə yaşıla boyanır. Rövzəyi-Mütəhharə İslam Peyğəmbərinin içində namaz qılmağı təşviq etdiyi Minbər və Hücrəyi-Səadət arasında qalan qisim Rövzəyi-Mütəhhatədir. Buranın cənnətdən bir hissə kimi olduğu hədislərdə bildirilib. (baxın: Buhari, Müslim)

Minbər

Məhəmməd, məscidində camaata xitab edərkən dayanması üçün xurma ağacından olan böyük bir kötüyü istifadə etməkdə idi. Daha sonra camaatın Məhəmmədin üzünü görə biləyi səsini də eşidə bilməməsi səbəbindən hicri 7-ci əsr (628) və ya 8-ci əsrdə (629) ılğın ağacından 50x125 sm formasında və bir metr yüksəklikdə, arxasında 3 sütunu olan 3 pilləli ilk minbər inşa olunur. İlk xəlifələr Rəsulullaha hörmətindən dolayı üçüncü pilləni istifadə etməmiş və bu pilləni bir taxta parçasıyla örtmüşlər. Osmanlı dövründə minbərin üzərinə bir qübbə ucaldılaraq qarça ilə, nərdivanlar da abanoz ağacıyla örtülmüşdü. Əbu Sufiyanın dövründə isə minbər daha altı pillə yüksəldilir. Bu ilk minbər 654-cü ilə (1256) qədər istifadə olunur. Həmin il baş vermiş yanğında minbər yandığı üçün Yəmən hökmdarı əl-Məlikül-Müzəffər Şəmsəddin tərəfindən göndərilən minbər 656-da (1258) yerinə yerləşdirilmişdir. Bu tarixdən sonra 666-da (1268) Sultan I Baybars, 797-də (1395) Məmlük sultanı Bərkük, 820-də (1417) bir başka Məmlük sultanı Şeyx əl-Mahmudi tərəfindən minbər yenilənmiş və ya yenisi göndərilmişdir. 886-cı ildə (1481) minbər təkrar yandığı üçün Mədinəlilər tərəfindən kərpic və gipsdən yenidən düəzldilmiş, eyni minbər 888-ci ildə (1483) Sultan Kayıtbay tərəfindən göndərilən mərmər minbərlə dəyişdirilmişdir. 998-ci ildə (1590) Osmanlı sultanı III Muradın İstanbulda emal etdirib bəzətdiyi mərmər minbər, Mədinəyə göndərildiyində Kayıtbayın minbəri Kuba məscidinə aparılmışdı. Hələ də Sultan III Muradın minbəri Məscidi-Nəbəvidə istifadə olunmaqdadır.


Tarix: 26.02.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 467 Bölmə: Məscidlər
loading...