Çanın yaratdığı qəhrəmanlar müəyyən qədər Bryus Linin qəhrəmanları ilə müqayisədə daha zəif, tənbəl təsiri bağışlayırlar. Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi, bir qədər də aciz görünən qəhrəmanlarını Bryus Linin coşqun enerjili savaşçılarının əksi kimi yaradıb. Onun tənbəl və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər. Ancaq onlar özlərindən güclü olan və sadə adamları incidənlərə qarşı cəsarətlə ayağa qalxır və sonda onları məğlub edərək, haqq və ədalətin bərpasına nail olurlar.
1994-cü ildə ABŞ-ın MTV telekanalı Ceki Çana həyatında ən böyük mükafatı - “Kinomatoqrafiya sahəsində uğurlara görə” mükafatını verdi. MTV-nin bu mükafatı Amerikada daha çox tamaşaçı kütləsi və rejissorların diqqətinin Ceki Çana cəlb edilməsində önəmli rol oynadı.
Bunun ardınca 1995-ci ildə Çan, nəhayət ki, ABŞ-ın kino bazarını fəth etmək istəyinə nail ola bildi. Məhz həmin ildə onun çəkildiyi “Broneksdə savaş” filmi Amerikada böyük maraqla qarşılandı. Bu filmdə Çan, Çoy Yun Fat rolunu məharətlə ifa etdi. Bunun ardınca “Birinci zərbə”, “İldırımöldürən”, “Şanxayda gün yarı olanda” filmləri də Çanı ABŞ tamaşaçılarının sevimlisinə çevirdi. O, həmin dövrdə “Ceki Çanın macəraları” multserialları ilə də tamaşaçı rəğbətini qazandı. Özü də Çan hər serialdan sonra canlı yayımda tamaşaçıların suallarına cavab verirdi. Bu isə həm Amerika, həm də dünya tamaşaçıları üçün bir yenilik idi. Canlı yayımlarda tamaşaçı suallarına birbaşa cavab vermək onun həm özünün, həm də çəkildiyi və çəkdiyi filmlərin daha çox sevilməsinə yol açdı.
Həyatı
Çanın ailə həyatı da özünəməxsus olub. Məşhur kino aktyoru 1983-cü ildə əslən Tayvandan olan aktrisa Lin Fentzyao (Lam Funqyu) ilə ailə həyatı qurub. Hər halda Çan özünün tərcümeyi-halında belə yazıb. Amma aktyorun həyatını təhqiq edən kinoşünaslar onun Lin Fentzyao ilə 1982-ci il dekabr ayının 1-də ailə həyatı qurduğunu yazırlar. Bu izdivacdan Çanın Çen Tszumin adlı oğlu dünyaya gəlib. Bundan əlavə, aktyorun nikahdankənar yaşadığı Eleyn U Tsili adlı aktrisadan 1999-cu ildə Etta U Çjolin adlı qızı anadan olub.
Yaradıcılıq üslubu
Çanın yaratdığı qəhrəmanlar müəyyən qədər Bryus Linin qəhrəmanları ilə müqayisədə daha zəif, tənbəl təsiri bağışlayırlar. Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi, bir qədər də aciz görünən qəhrəmanlarını Bryus Linin coşqun enerjili savaşçılarının əksi kimi yaradıb. Onun tənbəl və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər. Ancaq onlar özlərindən güclü olan və sadə adamları incidənlərə qarşı cəsarətlə ayağa qalxır və sonda onları məğlub edərək, haqq və ədalətin bərpasına nail olurlar. Çanın çəkdiyi və çəkildiyi filmlərdə, ümumiyyətlə, iki cəbhə var: yaxşılar və pislər. Ancaq sonda pislər bəzən haqsızlıqlarını etiraf edərək, yaxşıların qarşısında diz çökürlər. 2000-ci illərdən başlayaraq, Çan oynadığı filmlərdə daha çox qəhrəmanlıq süjetlərinə və musiqili səhnələrə yer verir. Bununla əlaqədar İtaliya mətbuatına verdiyi müsahibəsində Çan deyib ki, əsas məqsədi özünün həm məşhur döyüş aktyoru, həm də kino müğənnisi olduğunu tamaşaçıya çatdırmaqdır.
Tryuklar ustası
Çan, adətən, çəkildiyi filmlərdə ən təhlükəli tryukları özü ifa edib. Əksər hallarda, başqa aktyorların tryuklarını da cəsarətlə ifa edib. Bununla belə, bəzi hallarda o özü də kaskadyorların yardımından istifadə etmək məcburiyyətində qalıb. Məsələn, “Smokinq” filmindəki tryukları onun yerinə yeddi kaskadyor ifa edib.
Ceki Çan risk dolu tryukları ifa edərkən dəfələrlə müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Buna görə dünyanın tanınmış sığorta şirkətləri Çana külli miqdarda pul ödəmək məcburiyyətində qalıb. Bu səbəbdən də onun adı sığorta şirkətləri tərəfindən qara siyahıya salınmışdı. Çanı tanıyan bəzi şirkətlər hətta onunla yeni sığorta müqaviləsi bağlamaqdan imtina edirdilər. Ən ağır zədəni isə 1986-cı ildə “Allahların uğurları” adlı filmdə çəkilərkən almışdı. Çəkilişlər zamanı ağacdan yıxılan aktyorun kəllə sümükləri sınmış və o, uzun müddət müalicə olunmuşdu. Buna baxmayaraq, Çan sonralar da təhlükəli tryukları yerinə yetirməkdə davam edirdi. Yalnız 2005-ci ildən etibarən o, təhlükəli tryuklardan imtina etdi.
Dünyanın məşhur kino aktyorları kimi, Ceki Çanın da Honkonqdakı Ulduzlar avenyusunda, həmçinin Hollivudun Ulduzlar alleyasında və Moskvadakı köhnə Arbatda öz ulduzu var.
Ləqəbləri
Çan da bir çox məşhurlar kimi müxtəlif adlarla çağırılıb. Anadan olanda çəkisi normadan artıq 5,5 kilo idi. Ona görə də anası ona Pao Pao (ət kütləsi) adını vermişdi. Opera məktəbində oxuyarkən isə Çanı müəllimi Yu Cim Yenin adı ilə Yuen Lo deyə çağırırdılar. 1976-cı ilə kimi tamaşaçılar arasında daha çox Çen Yuen Lun adı ilə tanınırdı. Avstraliyada yaşayarkən dostları ona inşaat meydançasında işləyən fəhlə Cekin adını verdilər və bu onun tərcümeyi halında əbədilik qaldı. Yeri gəlmişkən onu da deyək ki, aktyorun ata tərəfindən soyadı Fandır. Sonralar Çeki adı Fan Şilunla əvəz olundu. Çan həmçinin Yuan Lung Chan, Lung Chen, Long Cheng, Wellson Chin, Baseball Bat adları altında da kinolara çəkilib.
Yüksək qonorar
Çan çəkildiyi filmlərə görə kifayət qədər yüksək qonorar alıb. Məsələn, 1995-ci ildə çəkildiyi “Bronksda savaş” filminə görə 4 milyon, “Şanxayda gün yarı filminə” görə 5 milyon, 2001-ci ildə “Ças Pik2”yə görə 15 milyon, 2007-ci ildə yenə də “Ças Pik3”ə görə 15 milyon, 2008-ci ildə “Qadağan olunmuş çarlıq” filminə görə 5,89 milyon, 2010-cu ildə “Karate oğlan” filminə görə isə 7,9 milyon dollar qonorar alıb. Ümumiyyətlə, Ceki Çan 130 filmdə çəkilib.
Pop müğənni
Çan həmin dövrdə yalnız rəngarəng döyüş səhnələrini canlandıran kinoaktyor deyil, həm də pop müğənnisi kimi tanınırdı. 1984-cü ildən başlayaraq, o, 100-dən artıq mahnıdan ibarət 20 albom buraxdı. O, mahir aktyor olduğu kimi, həm də yaxşı müğənnidir. Çan həm Çin dilinin Kanton, həm də Mandarin ləhcələrində həmçinin ingilis və yapon dillərində mahnıları peşəkarcasına ifa edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Çanın filmlərində səsləndirilən mahnıların çoxunu onun özü bəstələyib. O: “Döyüş mənim həyatımdır. Mən döyüş səhnəsi olmadan aktyor kimi rol oynaya bilmərəm. Ancaq mən həm də yaxşı kino müğənnisiyəm və bunu dəfələrlə müxtəlif kinolarda oxuduğum mahnılarımla sübut etmişəm”, -deyir.
Çan müğənni kimi 100-dən artıq ölkədə konsert verib və bu konsertlərdə salonlar ağzına kimi dolu olub. Düzdür, tanınmış musiqişünaslar Çanın orta səviyyəli müğənni olduğunu söyləyirlər. Onların fikrincə, Çanın verdiyi konsertlərə tamaşaçıların çox gəlməsi daha çox onun kino aktyoru kimi məşhur olması ilə əlaqədardır. Bununla belə, Çanın albomu musiqisevərlər tərəfindən həvəslə alınmaqdadır. Onun bəzi mahnılarını isə dünya şöhrətli sənətkarlar ifa ediblər və buna görə dəfələrlə alqışlanıblar. Bununla belə, yenə də insaf naminə demək lazımdır ki, o, tamaşaçılar arasında məşhur kino aktyoru kimi daha çox tanınır.
Xeyriyyəçi Çan
Kasıb ailədə anadan olan Çan bu gün artıq dünyanın ən çox qazanan aktyorlarından biri hesab edilir. Milyonları olmasına baxmayaraq, Çan özünün kasıb keçmişini unutmur. Bu məqsədlə də həvəslə xeyriyyəçiliklə məşğul olur. Adətən, xeyriyyəçilik məqsədi ilə keçirilən bütün aksiyalarda həvəslə iştirak edən Çan bu məqsədlə yüz minlərlə dollar xərcləyib. Məsələn, 2004-cü ildə Hind okeanında baş verən sunami və yenə də həmin ildə Çindəki su daşqınlarından zərər çəkənlərə böyük həcmdə maliyyə yardımları göstərib. 2004-cü ildə Honkonqda keçirilən beynəlxalq xeyriyyəçilik sərgisində Ceki Çan YUNİSEF və iki beynəlxalq uşaq təşkilatının hesabına 4,14 milyon Honkonq dolları köçürüb.
Ceki Çan, həmçinin sunami və zəlzələdən zərərçəkmiş yapon xalqına 3.3 milyon dollar yardım göndərib. O, öz çıxışı zamanı belə deyib: “Məqsədim ehtiyacı olan insanlara kömək etməkdir. Mən istəyirəm ki, dünyamı dəyişdiyim zaman bank hesabımda bir sent belə qalmasın”.
Son illərdə Ceki Çan çox az hallarda kinolara çəkilir, ancaq buna baxmayaraq, o yenə də dünyanın ən məşhur kino aktyorlarından biri olaraq qalmaqda davam edir. Çanın nadir hallarda kinoya çəkilməsi onun haqqında bir neçə dəfə ölüm xəbərinin çıxmasına səbəb olub. Amma hər dəfə də məlum olub ki, Çan sağdır və onun az-az tamaşaçılarla görüşə gəlməsi vaxtının çox hissəsini ailəsinə həsr etməsi ilə bağlıdır. Son.
Çanın yaratdığı qəhrəmanlar müəyyən qədər Bryus Linin qəhrəmanları ilə müqayisədə
daha zəif, tənbəl təsiri bağışlayırlar. Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi, bir
qədər də aciz görünən qəhrəmanlarını Bryus Linin coşqun enerjili savaşçılarının əksi kimi
yaradıb. Onun tənbəl və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər. Ancaq onlar
özlərindən güclü olan və sadə adamları incidənlərə qarşı cəsarətlə ayağa qalxır və sonda
onları məğlub edərək, haqq və ədalətin bərpasına nail olurlar.
Ceki Çan
Tarix: 30.11.2014 / 19:48 Müəllif: Aziza Baxılıb: 254 Bölmə: Müxtəlif