İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov (rus. Аврамий Богданович Асланбегов; 10 sentyabr 1822 – 7 dekabr 1900) — Rusiya İmperiyası ordusunun əslən azərbaycanlı vitse-admiralı.[
İlk illər
İbrahim bəy Aslanbəyov 1822-ci ildə Bakıda doğulmuşdur. Üç il Peterburqdakı dənizçilik məktəbində tərbiyə alan İbrahimbəy 1837-ci ildə oranı adı Qırmızı lövhəyə yazılmaqla bitirmişdir. Baltik dənizində "Aleksandr Nevski" və "Prozerqin" hərbi freqatlarında üzən miçman Aslanbəyov iki il "İmperator I Pyotr" sürətli hərbi gəmisində Daqerord yaxınlığında keçirilən təlimlərdə iştirak etmişdir.
1842-ci ildə Dənizçilik Məktəbinin zabitlər sinfini bitirən İbrahim bəy Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində üzmüş, Qara dənizin şərq sahillərində baş verən toqquşmalarda iştirak etmişdir. Elbrus hərbi gəmisinə komandirlik edən leytenant Aslanbəyov 1854-cü ildə düşmənin ticarət "gəmilərini darmadağın etmək üçün dörd dəfə (30 iyun, 7 iyul, 3 və 6 avqust) dənizə çıxmış, avqust ayında isə desant gəmisinin döyüşən batareyasına komandirlik etmişdir. Bu xidmətinə görə ona kapitan-leytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müharibənin axırına kimi Sevastopol qarnizonunda olmuş, avqustun 27-də sonuncu hücumu dəf edərkən kontuziya almışdır. Şərq müharibəsindən sonra Nikolayev limanında 36-cı donanma ekipajına komandirlik etmişdir.
Aslanbəyov 1860-1861 ci illərdə Sokol pərli korvet gəmisinin komandiri kimi Aralıq dənizində üzmüş və həmin gəmini Kronştadta gətirmişdir. 1863-cü ildə həmin korvetlə Nikolayev şəhərinə qayıdan İbrahim bəy, iki ildən sonra Retvizan gəmisinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse admiral Q.İ.Butakovun zirehli eskadrasında qərargah rəisi olmuşdur.
Aslanbəyov 1869-1872-ci illərdə dəfələrlə müxtəlif ümumdövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir. Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur.
Kontr-admiral rütbəsinə yüksəlməsi
1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi ilə təltif olunanda İbrahim bəy Aslanbəyov səkkizinci donanma ekipajının rəisi idi.Onun bioqrafiyası həm admiral kimi, həm də hərbi dəniz tarixçisi kimi çox zəngindir. Əgər başqa hərbçinin ömür yolu ilə müqayisə etməli olunsa, ancaq general Əliağa Şıxlinskinin artilleriya tarixindəki xidmətləri ona bərabər hesab oluna bilər.
Bunun səbəbi, azərbaycanlı generallardan hərb elmi ilə məşğul olan ancaq Əliağa Şıxlinski idi.Əliağa Şıxlinskinin elmi və hərbi fəaliyyəti Azərbaycanla daha çox bağlı olmuşdur. Admiral Aslanbəyovun elmi tədqiqatları isə rus hərb elmində geniş istifadə olunsa da, bu günə qədər dövrümüzə gəlib çatmamışdır. 1872-ci ildə I Pyotrun anadan olmasının iki yüz illiyi böyük bayram şənliyi kimi keçirilirdi. Bu münasibətlə ümum-rus texniki sərgisində iştirak etmək və imperatorun kiçik avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək Aslanbəyova etibar olunmuşdu.
1879-1882-ci illərdə İbrahim bəy gəmi heyəti ilə dövr-aləm səyahətinə çıxmışdır. O, Sakit Okeanda dəmir zirehli hərb və buxar yelkənli iti gedən gəmilərdən ibarət hərbi heyətə Minin, Knyaz Pojarski, Hersoq Edinburqski, Asiya və Afrikaya rəhbərlik etmişdir. Aslanbəyov okeanda sürətlə hərəkət edən kreyserlərin və uçan eskadriliyanın orduda tətbiq edilməsinin təşəbbüskarıdır. O, məşhur admiral A.A.Popovun xahişi ilə sonuncu layihədə nəzərə almaq məqsədilə tələb və qüsurların siyahısını tərtib etmişdir.
Admiral İbrahim bəy Aslanbəyov Sakit Okean adalarında üzmüş, hətta Polineziyanın xırda adalarını da dolanmışdır. Onun şəxsi işində saxlanan rəy və xatirələrdən, xususilə dənizçiliyə aid inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz heyəti və ümumiyyətlə, tabeliyində olanlar arasında yuksək hörmətə malik olmuşdur.Həmin dövrdən qalan sənədlərdə ad-familiya yaxşı oxuna bilinmir.Lakin məlum olmuşdur ki, Aslanbəyov xarici ölkələrdə də yaxşı tanınırdı.O, gəmi heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı. Hətta kiçik rütbəlilərin də şəxsi təşəbbüsünü həmişə qiymətləndirirdi. Açıq ürəkliyi və qətiyyəti ilə fərqlənirdi. Aslanbəyovun gəmi ilə səfərləri haqqında çoxlu lətifələr, eləcə də özünün danışdığı Şərq əhvalatları hələdə məşhurdur. Bu, onun məşhur şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir.
1854-cü ildə kontr-admiral İbrahim bəy Aslanbəyov Baltik Donanmasının kiçik flaqmanı təyin olunur. Üç il sonra 1887-ci ilin sentyabrın 22-də hərbi-dəniz Donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali rütbədən sonra Baltik Donanması üzrə flaqman vəzifəsinə təyin olunan Aslanbəyov 1900-cü ilin dekabrın 7-də Peterburq şəhərində vəfat etmişdir.
Mükafatları
Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və xarici ölkələrin yüksək ordenləri ilə təltif olunmuşdur.İbrahim bəy Aslanbəyovun xidmətləri Serbiyanın "Takova" (1879), Rusiyanın Müqəddəs Vladimir (1854), birinci dərəcəli Müqəddəs Stanislav (1881), birinci dərəcəli Müqəddəs Anna (1883) , Ağ qartal (1888) Yaponiyanın Günəşin doğması (1882), Havay dövlətinin ikinci dərəcəli Kalakua (1882), ordenlərinə layiq görülmüşdür.
1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak edən admiral Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və birillik məvacibi həcmində pul mükafatı ayrılmışdır.
Hələ sağlığında 1882-ci ilda nəşr olunmuş Dəniz xəritəsi nəql edir kitabının 28-ci və 253-cü səhifələrində İbrahim bəy Aslanbəyov haqqında verilmiş qısa bioqrafik göstərici böyük əhəmiyyət kəsb edir. Əsaslı mənbələrdən göstərilən məlumatların bəzilərində deyilir :“Aslanbəyov yarımadası, Oxot dənizi, Saxalin adası, 1882-ci ildə ekipaj tərəfindən kəşf edilib və Sakit Okean komandanı, eskadrilya kontr-admiralı İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun soyadı ila adlandırılıb. Soyadları xəritə üzərində hərf səhvilə yazılıb."
Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə kəşf edilib və xəritəyə ekipaj, kliper Plastun kimi yazılıb. Elə həmin vaxtda da Aslanbəyov soyadı ilə adlandırılıb.
Aslanbəyov İbrahim bəy Allahverdi oğlu (1822-1900). Dəniz korpusu məktəbini bitirib. 1837 – 1842-ci illərdə Baltik dənizində üzüb. 1842-1861-ci illərdə Qara dəniz donanmasında Selafail, Varşava gəmilərində, Femistokol riqində və başqalarında qulluq edib. 1865 – 1868-ci illərdə Reqvizan gəmisinin komandiri, 1879-1882-ci illərdə Sakit Okean eskadriliyasının komandiri olub. 1887 – ci ildə Vitse-admiral rütbəsini alıb.”
Yaradıcılığı
Ötən əsrin altmışıncı illərindən başlayaraq admiral İbrahim bəy Aslanbəyov Morskoy sbornik jurnalında silsilə elmi publisistik məqalələri dərc olunmuşdur: Sokol üçdorlu hərb gəmisinin Aralıq dənizindən Kronştadta səfəri (1861) Admiral P.S.Naximov bioqrafik oçerk, (1868), Admiral A.S.Qreyq (1873), Admiral A.İ.Panfilov (1874), Dəniz akademiyasının 50 illiyinin bayram edilməsi münasibətilə nitqi (1877), Kontr-admiral İ.Aslanbəyovun səfərləri haqqında məlumatlar (1881) və başqa məqalələrindən tədqiqatçılar bu gün də bəhrələnirlər.
Naximovun bioqrafiyası adlı oçerki kitab kimi bir neçə dəfə nəşr olunmuşdur.
Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyi kitabı 1889-cu ildə Sankt-Peterburqda nəşr olunmuşdur.
Xatirəsi
M.P.Lazarev adına Ukrayna Hərbi Dəniz Donanması Veteranları İttifaqının təşəbbüsü ilə Kiyevdə, Dənizçilər Parındakı Fəxri xiyabanda bir sıra yüksək rütbəli dəniz zabitlərinin büsütü qoyulacaq. Onların sırasında İbrahim bəy Aslanbəyovun da büstü olacaq
Tarix: 11.01.2013 / 14:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 713 Bölmə: Müxtəlif