Harvard Universitetinin Kitabxanası — ABŞ-da kitabxana
Harvard Universitetinin Kitabxanası (ABŞ) özündə kollec, muzey, məktəb, elmi-tədqiqat mərkəzləri və s. olmaqla 100-ə yaxın müəssisənin kitabxanasını birləşdirir. Bu dünyada ən böyük akademik kitabxana sistemidir. Bu cür sistemin təməli 1638-ci ildə qoyulub. Con Harvard adlı zadəgan öz vəsaiti hesabına kollec yaradır və kollecə özünün 400 cildlik şəxsi kitabxanasını və var-dövlətinin yarısını bağışlayır. Bir ildən sonra kollecə onun adı verilir. Müasir dövrümüzə qədər bu kitabxanadan ancaq bir neçə kitab gəlib çatıb. Beləki, 1764-cü ildə baş vermiş yanğın zamanı kitab kolleksiyası məhv olur. Ancaq ayrı-ayrı adamların köməyi və ianələr hesabına kitabların sayı getdikcə çoxalır. Hazırda kitabxananın ümumi kitab fondu 16 milyondan artıqdır və Konqres Kitabxanasından sonra ABŞ-da ikinci böyük kitabxana hesab olunur.
Harvard kitabxana sisteminin ən geniş kitabxanası 1907-ci ildə bu kollecin məzunu olmuş Harri Vaydnerin adını daşıyan kitabxanadır. Harri Vaydner məşhur "Titanik" gəmisi batarkən həlak olmuş sərnişinlərdən biri olub. Ölümündən sonra anasının xahişi ilə kitabxanaya onun adı verilib.
Kitabxanada slavyan, Yaxın Şərq və yəhudi ədəbiyyatı nümunələrindən ibarət 5 milyon nüsxəlik kitab fondu, həmçinin 3000-ə yaxın inkunabul (Avropada kitab çapına başlanılan gündən 1501-ci ilədək kustar üsulla çap olunan kitablar belə adlanır) XVI-XVII əsrlər Avropa mədəniyyəti, incəsənəti və tarixinə aid kitablar qorunur.
Tarix: 13.03.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: Kitablar elm