Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Respublikası Xatirə Kitabı

Azərbaycan Respublikası Xatirə Kitabı — İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabı.Mündəricat
1 Kitab haqqında
2 Kitabın redaksiya heyəti
3 Titul səhifəsi
4 Kitabın seriyaları
5 Həmçinin bax


Kitab haqqında

Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib.

Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır.

Kitab ümumilikdə 20 cilddən ibarət olacağı və nəşrin 2015-ci ilə kimi başa çatdırılması nəzərdə tutulub.

Kitabın redaksiya heyəti

Titul səhifəsi
Baş redaktor: Nahid Rəhim oğlu Hacıyev
Şöbə müdiri: Kamil Mikayıl oğlu İsmayılov
Böyük redaktor: Vüqar İsa oğlu Əsgərov

Kitabın seriyaları
"Azərbaycan Respublikası Xatirə Kitabı" I cild, "A" hərfi. (kiril əlifbası ilə) Bakı-1998. səh. - 2000 tiraj. - (cildli)
"Azərbaycan Respublikası Xatirə Kitabı" I cild, "A" hərfi. (latın əlifbası ilə) Bakı-2002. səh. - 2000 tiraj. - (cildli)
"Azərbaycan Respublikası Xatirə Kitabı" II cild, "B,C,Ç" hərfi. (kiril əlifbası ilə) Bakı-2000. səh. - 2000 tiraj. - (cildli)
"Azərbaycan Respublikası Xatirə Kitabı" II cild, "B,C,Ç" hərfi. (latın əlifbası ilə) Bakı-2002. 828 səh. - 2000 tiraj. - (cildli)
"Azərbaycan Respublikası Xatirə Kitabı", III cild, Q hərfi, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2001. 804 səh. +60 səh. ofset dəftərçə.
"Azərbaycan Respublikası Xatirə Kitabı" III cild, "Ə" hərfi. Bakı-2003.
"Azərbaycan Respublikası Xatirə Kitabı" III cild, "D" hərfi. Bakı-2003.
"Azərbaycan Respublikası Xatirə Kitabı" III cild, "D,E və Ə" hərfi. Bakı-2003. 837 səh. - 2000 tiraj. - (cildli)
"Azərbaycan Respublikası Xatirə Kitabı", V cild, H hərfi, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2005. 822 səh.+48 səh. ofset dəftərçə.
"Azərbaycan Respublikası Xatirə Kitabı" VII cild, K, Q(Q...-Qaz.) hərfləri, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2007. 614 səh.+52 səh. ofset dəftərçə.
"Azərbaycan Respublikası Xatirə Kitabı" VIII cild, "Q-L" hərfi. Bakı-2008. 560 s. - 2000 tiraj. - (Cildli)
"Azərbaycan Respublikası Xatirə Kitabı", IX cild, M(M...-Məmmədov L.), Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2009. 647 səh. +44 səh. ofset dəftərçə.
"Azərbaycan Respublikası Xatirə Kitabı", X cild, M (Məmmədov M.-Möyləmov), Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2010. 552 səh. +40 səh. ofset çapı.
"Azərbaycan Respublikası Xatirə Kitabı", XI cild, M (Mu...-N.), Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2011. 655 səh. +40 səh. ofset dəftərçə.


Tarix: 13.03.2013 / 21:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 234 Bölmə: Kitablar elm
loading...