Ön söz
İngilis dili dünyada çox müxtəlif cəmiyyətlərə və sahələrə xidmət edən əsas informasiya daşıyıcısı kimi sürətlə beynəlxalq dilə çevrilməkdədir. İngilis dili xəbər və yeniliklərin dünyada geniş yayılmasında da çox mühüm əhəmiyyət kəsb edir. O, indi dünyada sənaye və siyasət sahəsində aparıcı dildir. Buna görə də ingilis dilini öyrənməyə və bu dilin zəngin informasiya daşıyıcısı olan lüğətlərə böyük ehtiyac var. Məhz bu ehtiyac Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzini[1] və Xəzər Universiteti Nəşriyyatını[2] ingiliscə-azərbaycanca 6 cildlik böyük və əhatəli bir lüğət hazırlamağa sövq etmişdir.
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
Bu lüğətə, yəni Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğətə (XİABL)[3] təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələr daxildir. Lüğətin başlıca məqsədi buraya daxil olan bütün baş sözlərin düzgün yazılışını, tələffüzünü və mənalarının dəqiq tərcüməsini verməkdir.
Birinci və ikinci cildin tərtibçiləri Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyev dir. 3-6-cı cildlərin tərtibçiləri Hamlet İsaxanlı, Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyevdir.
XİABL ilk növbədə ana dili Azərbaycan dili olanlar üçün nəzərdə tutulmuşdur. Digər türkdilli oxucular da bu lüğətdən istifadə edə bilər. Lüğət Azərbaycan dilini öyrənmək istəyən ingilis dilli xaricilər üçün də faydalı ola bilər. XİABL tərcüməçilər, tələbələr, ingilis dili müəllimləri, həmçinin ingils dilindən öz elmi və praktiki fəaliyyətində istifadə edən hər kəs üçün faydalı olacaqdır.
Tarix: 13.03.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Kitablar elm