İncil (ərəb dili إنجيل; yunan dili εὐαγγέλιον Evanqelion – "xoş xəbər"). Əsasən xristiyanların Müqəddəs Kitablarının bir hissəsi. Hal-hazırda İncil dedikdə, adətən Əhdi-Cədid nəzərdə tutulur.[1] Əhdi-Cədidin ilk dörd kitabı olan və İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göyə qalxmasından bəhs edən yazılara da ayrı-ayrılıqda “Evanqelion” deyilir, lakin Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində bu dörd kitab “İncil” deyil, “Müjdə” olaraq tərcümə olunmuşdur.[2]Mündəricat
1 İncil kanonu
2 İncilin qədim əlyazmaları
3 Kanonik İncillər
4 Apokrifik İncillər
5 Barnaba İncili
6 İncilin təhrif nəzəriyyəsi
7 İstinadlar
8 Mənbə
İncil kanonu
İncil kanonu dedikdə, Kilsə tərəfindən Allahdan ilham almış yazı, Allahın Kəlamı olaraq qəbul edilən yazıların toplusu nəzərdə tutulur. İsa Məsih kitab yazmayıb və yazdırmayıb. Onun İncili və ya Müjdəsi yazıya alınmazdan əvvəl şifahi formada mövcud idi. Həvari Paul eramızın I əsrində bu şifahi Müjdəni (yunan dilində εὐαγγέλιον Evanqelion) İsa Məsihin Özündən aldığını yazırdı.[3] Bu şifahi “İncil” həm İsa Məsihin Müjdəsi, həm də sonra Onun Kilsəsi, yaxud İmanlılar Cəmiyyətinin Müjdəsi olub.
İncilin qədim fraqmenti
İsa Məsihdən sonrakı ilk iki yüzillikdə erkən xristianların Müqəddəs Kitabı, əsasən, Tövrat da daxil edilməklə bütün yəhudi Müqəddəs Yazıları olub. Xristianların çoxu Müqəddəs Kitabın yunan dilinə məşhur tərcüməsi Septuagintadan istifadə edirdilər. İsa Məsihin həyatı və təlimi haqqında müxtəlif İncil kitabları ortaya çıxmağa başladı. Kilsə bunların dördünün dəqiq olduğunu, qalanlarının isə həqiqətə uyğun gəlmədiyini qərarlaşdırıb. Lakin kanon prosesi başa çatmazdan çox-çox əvvəl məşhur xristian müəllimləri tərəfindən yazılmış əsərlərdə kanonik İncillərdən bir çox sitatlara rast gəlinir. I əsrin axırlarında yaşayan Romalı Kliment Korinflilərə 1-ci məktubunda[4] kanonik İncillərdən sitat gətirir. II əsrin əvvəllərində Antakyalı İqnatiy Mattanın yazdığı Müjdədən sitat gətirir[5] və Müjdələrlə tanış olduğunu bildirir.[6] II əsrin xristian ədəbiyyatında Papiy, Didaxe, Markiona qarşı proloq, Lionlu İrineyin yazılarında və b. əsərlərdə də kanonik İncillərin müəllifləri barədə məlumatlar verilir və onlardan sitatlar gətirilir. Lionlu İriney “Bidətlərə qarşı” əsərində yer üzünün dörd yanı olduğu kimi, İncilin də məhz dörd Müjdələrdən ibarət olduğunu qeyd edirdi.[7] II əsrin sonlarında – III əsrin əvvələrində yaşamış İsgəndəriyyəli Kliment öz əsərlərində kanonik İncillərin ayələrindən geniş istifadə edir və Müjdələrin yazılmasının tarixçəsini yazır: “İlk əvvəl nəsil şəcərəsi olan Müjdələr yazılmışdı. Markın Müjdəsi belə meydana gəldi: Peter Romada ikən Məsihin təlimini vəz etdiyi zaman, Müqəddəs Ruhla dolub, İncildə olanı nəql edirdi. Ona qulaq asan (bunlar çox idilər) Markı inandırdılar ki, o, çoxdan Peterlə birlikdə səyahət edən bir adam kimi onun dediklərini yazsın. Mark məhz belə etdi və bu İncil kitabını ondan xahiş edənlərə təqdim etdi. Peter bunu öyrəndikdə, nəinki Marka qadağan etmədi, daha da onu ruhlandırdı. Nəhayət Yəhya o İncil kitablarının Məsihin dünyadakı əməllərindən bəhs etdiyini gördü və şagirdlərin təşviqi ilə, Ruhdan ilham alaraq ruhani bir İncil kitabını yazdı”.[8] IV əsrdə kanonun formalaşması başa çatıb.
Tarix: 12.03.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Kilseler