Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağım iştahsızdır

Əlavə qidaya tərəvəz ilə başlayın

Əlavə qida dövrü əslində körpənizin bundan sonrakı sağlam qidalanma vərdişlərinin oturacağı bir müddətdir. Bu səbəbdən əlavə qida verərkən körpənizin ilk tanış olacağı qidalar tərəvəz qrupundan olsa damaq dadı buna uyğun inkişaf edəcək.

Körpəlikdən uşaqlığa keçməsinə icazə verin

Nə vaxt nə yeməyinə, nə geyəcəyinə, nə oynayacağına qərar verdiyiniz körpəniz artıq yox. Qarşınızda öz qərarlarını verən, öz istəklərinin və sevmədiklərinin fərqində olan və təbii ki, buna görə yaşamaq istəyən bir "uşaq" var. Sərhədlərini yenə sizin təyin etdiyiniz bir dünyada öz qaydaları ilə var olmaq istəyən bir uşaq. Ağzına qaşığı əvvəlki qədər asan sala bilməməniz də çox təbii bu vəziyyətdə. Buna görə əlinizdə qaşıq və ya çəngəl ilə arxasında qaçmayın, buraxın özü öz ehtiyacı qədər yesin.

İşlər qaydasına düşənə qədər ara yeməkləri yığışdırın

Tez bazar və hazır meyvə sularının qəbulu qan şəkərində ani dəyişikliklər edərək yemək əvvəlində iştahı öldürür. Onsuz da kiçik olan mədə həcmi ara yemək ilə dolmuş olan uşağınızdan ana paylarda performans gözləməyin. Buna görə yemək aralarında uşağınıza "Onsuz da yeməyini də yemədi, ac qalmasın" məntiqi ilə yemək bir şeylər verməyin. Gündəlik proqramımız müəyyən olsun. Ümumiyyətlə körpəliyindən etibarən yuxu saatları nizamlı olan uşaqların yemək saatları da avtomatik olaraq nizama girir. Saatlarınız müəyyən olsa uşağınızın bədən ritmi də bu proqrama uyğunlaşma təmin edəcək. Bunun nəticəsində uşağınız yemək saatlarında acmağa, yuxu saatlarında da əsnəməyə başlayacaq. Gecə paylarına son verin. Təxminən 9.aydan sonra gecə bəslənmə ehtiyacı ortadan qalxır. Uşağınız qarını tox olduğu üçün səhər naharına da istəksiz başlayacaq.

Cəza və ya maddi mükafat verməyin

Yemək yemək istəmirsə, məcbur etməyin. Ancaq yeməyini istəklə, xüsusilə də özü yemişsə, həftəlik yemək cədvəli edib, o nahar üçün bir gülən üz etiketi yapışdırmasını təmin etməniz onu motivasiya edəcək.

Məcbur etməyin ancaq alternativ də yaratmayın

Uşağınız yeməyini bitirməməyi seçmiş ola bilər. Bu vəziyyətdə israr etməyin, ancaq ara yeməkdə də bir şey verməyin. O zaman uşağınız bir sonrakı payı gözləməsi lazım olduğunu öyrənəcək. Ancaq ağılınızda olsun, bu qaydanın oturması vaxt ala bilər.


Tarix: 06.01.2015 / 11:56 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Körpəyə qulluq
loading...