2013- ci ilin birinci yarısında oğlan uşaqlarına qoyulan ən populyar adlar peyğəmbər və imam adları olub. Ədliyyə Nazirliyindən verilən məlumata görə, siyahıya liderliyi Yusif adı edir. Belə ki, bu il 146 oğlan uşağına məhz bu ad qoyulub. Yusif adı 2012-ci ildə 4011, 2011-cu ildə 2956 oğlan uşağına verilib.
Sonraki sırada Hüseyn, Əli, Məhəmməd, Ömər adları yer alır. İlk onluqda Murad, Ayxan, Fərid, Tunar və Nihat adları da var.
Bu ilin qız adları sırasında isə 142 uşaqla Nuray adı liderlik edir. Ötən il Nuray adı ilə çağırılan qızların sayı 3497, 2011-cu ildə isə 3010 nəfər olub. Ən populyar qız adları sırasında ardıcıllıq belədir: Zəhra, Fatimə, Ayan ,Aylin, Fidan, Leyla, Zeynəb, Xədicə.
Sakinlər arasında isə son illər yeni doğulan uşaqlara qoyulan adlarla bağlı fikirlər təzadlıdiı. Adları bəyənənlər də var, populyar adlar sırasında mənasız adların olmasından və Azərbaycan adlarının zəngin olmasına baxmayaraq uşaqların çoxuna eyni, türk adların qoyulmasından narahat olanlar da.
Mütəxəssislər də insana qoyulan adın onun gələcək taleyində böyük rolu olduğu qənaətindədirlər. İlahiyyatçı Hacı Şahin deyir ki, son 5-10 illə müqayisədə uşaqlarına müqəddəslərin, pəyğəmbər və imamların adını qoyanların sayı artıb. Amma adını bəyənməyənlərin sonradan yeni ad seçimi etmək şansı var. Qoyulan adları yenidən dəyişdirmək hüququna malik olan istənilən şəxs soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün müvafiq sənədlərini rayon İcra Hakimiyyətinə təqdim edib, dövlət rüsumu ödəməklə istədiyi adı daşıya bilər.
Tarix: 06.01.2015 / 11:41 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Körpəyə qulluq