Türkiyənin "Karadeniz Teknik Üniversitesi"nin Farabi Xəstəxanasının diyetoloqu Uğur Bayramoğlu uşaq əmizdirən anaların pəhriz saxlamasının təhlükəli olduğuna diqqət çəkib.
Həkim hamiləlik zamanı qadının 9-12 kiloqram kökəlməsinin normal bir hal olduğunu deyib.
U. Bayramoğlunun sözlərinə görə, analar doğuşdan sonra südün verilməsi üçün ehtiyac olan enerjini hamiləlik ərzində qazanılan çəki nəticəsində əldə edirlər. Ona görə hamiləlikdən sonra pəhriz saxlamaq uşaq əmizdirən analar üçün təhlükəli ola bilər:
"Uşaqlar süd əmdikcə ananın döşündə öz-özünə yeni süd əmələ gələcək və beləcə tədricən arıqlamaq mümkün olacaq. Düzgün əmizdirən və ev daxilində fiziki aktivliyini sürdürən bir ana pəhrizə qətiyyən ehtiyac duymadan hamiləlik sırasında qazandığı çəkini ata bilər".
Bu sözlərin doğruluğunun şahidi olaraq bütün analara uşaqlarına mütləq süd vermələrini həm özləri həm də övladları üçün faydalı olduğunu xatırlatmağı özümüzə borc bilirik.
Tarix: 06.01.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Körpəyə qulluq