Uşağı bir çox xəstəliklərdən qoruyan sünnətin doğru zamanda və savadlı həkimlər tərəfindən edilməsi vacibdir. Sünnətin ya ilk 20 gündə (2 yaş əvvəli) ya da 7 yaşından sonra edilməsi məsləhət görülür. Uşağın 2-6 ya da 4-5 yaş arası sünnət edilməsi bəzi psixoloji problemlərə səbəb ola bilər.
Minilliklərdir edilir:
Dünyada bu gün müzakirəsiz ən çox edilən cərrahi əməliyyat olan sünnətin tarixi e.ə. 2000-ci illərə qədər uzanır. Tarix boyunca Misirlilərin, Yəhudilərin və Babillilərin sünnətli olduqları görülmüşdür. Köhnə Misir piramidalarında tapılan bəzi mumiyaların sünnətli olduqları da aşkarlanmışdır.
Yalnız dini əsaslı deyil:
Sünnət (circumcision) təməldən dini bir tətbiq olaraq bilinsə də mövzunun sağlamlıqla da yaxın əlaqəsi var. Hətta bu səbəblə bir çox adam, dini inanclarında sünnətin yeri olmamasına baxmayaraq uşaqlarını sünnət etdirirlər.
Qərb cəmiyyəti də kəşf etdi:
Sünnət bu gün, həm dini inanc həm də artıq qərb ölkələrində də olduğu kimi tibbi vacibliyinə görə də edilməkdədir. Hal-hazırda bütün dünyada ən çox edilən cərrahi əməliyyatdır və dünyadakı kişilərin təxminən 20 faizi sünnətlidir. Cəmiyyətimizdə isə bu nisbət yüzdə 100-dür.
Tarix: 03.01.2015 / 13:54 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Körpəyə qulluq