(Nəqarət: ErranT)
Hər işdə ehtiyatlı ol, hər tərəfdən gələ bilər təhlükə
Yüz ölç, bir biç, iş gör təmiz, ailəvə sadiq ol
Qaytar hörmətə hörmət
Bil yerini, hər yerdə az danış
Çox öyrən, tanı düşməni dostu
Səbrin olsun, yaxınıva kömək elə
Amma yaxşılığlarını vurma minnətə
Və heç vaxt demə kim pis kim yaxşıdı öz səhvini görməmiş
Bu gününə görə qiymət vermə heçkimə dünənini bilməmiş
Ölməmiş düşmənin tələsib atma silahını yerə əlinnən
Hər kəsi oxu tanı bir kitab kimi ama oxumağa başla əvvəlinnən
(verse: Qaraqan)
Rapə başladım ‘97-dən
İlk vaxtlar çox ağır gəlirdi musiqi beatlər
Amaru Shakur, Ruff Ryders, DMX aqressiv hitləri
Dinlədiycə fərqlənirdim Backstreet Boys fanatlarınnan
Pop qrupları 15 mahnı, hamısı sevgidən albomlarında
Öz dilimdə dinlədim ilk dəfə Anarın nağıllarını təsir etdi
“Sabah Olmayacaq” mahnısı mənə, ilk dəfə qələmə, kağıza əsir etdi
Nazil etdi ilham pəriləri doldu səyfə, sonra doldu dəftər
Dəyirmanın üyütdüyü sözləri dinlədim, oxudum günlərlə, həftələrlə
Pis dəqiqələrdə Xose gəldi köməyimə verdi mahnılar sərtliy ürəyimə
Westside Underground Aftermath, rapin içini çölünü yığdım özəyimə
Güc biləyimə gəldi rap istedad yadaki lənətdi
Çox şey öyrəndim kitablardan daha çoxunu mənə dərdlər öyrətdi
Kim deyir rap yoxdu, rap öldü, getmədi toya, pul almadı, söndü
Tərbiyəsizdi ama yerində söydü, yayılmadı ama hamı duydu
Rapimiz, tariximiz, çağdaş şairlər rap səhnəsində
Əsas səs deyil, musiqi deyil, sözdü rap səhnəsində
İndi çox deyirlər Xose zəifdi, Anar yoxdu, Dəyirman tamam batıb
Ama hər gecə oların sözlərini əzbərliyib, oxuyub, yatıb
Rapi gətirdilər bizə, gətirdilər düz söz olsa da çətinlik
Yaltaqlıq deyil bu mahnı sadəcə müəllimlərimizə vəkillik!
(Nəqarət: ErranT)
Hər işdə ehtiyatlı ol, hər tərəfdən gələ bilər təhlükə
Yüz ölç, bir biç, iş gör təmiz, ailəvə sadiq ol
Qaytar hörmətə hörmət
Bil yerini, hər yerdə az danış
Çox öyrən, tanı düşməni dostu
Səbrin olsun, yaxınıva kömək elə
Amma yaxşılığlarını vurma minnətə
Və heç vaxt demə kim pis kim yaxşıdı öz səhvini görməmiş
Bu gününə görə qiymət vermə heçkimə dünənini bilməmiş
Ölməmiş düşmənin tələsib atma silahını yerə əlinnən
Hər kəsi oxu tanı bir kitab kimi ama oxumağa başla əvvəlinnən
(verse: Felon de Jure)
Kim nə bilir, diss nədi, beat nədi, heat nədi, Black Wall Street nədi
Nədi G style, nədi F style, neçə saniyə olmalıdı hər battleda freestyle
Neçə course, neçə verse rapdə norma neçə bar, neçə sample doğru forma
Nədi sağ mic, nədi sol mic, neçə cür backvoice mümkündü ikili xorda
Rap tək istedadla bitmir, professionallıq gözdən itmir
Çox MC seçə bilmir bir birindən, bizdə bloodla cripsi
Məsnəvidi rap bizdə adət, rapiniz yavaş sanki istirahət
Misralarda yatırsız, çətin Dirty South sizdə istiqamət
Jeans marka Sean John, köynəy Ecko, black white Converse, hamısı ghetto
Red bandana, my cap New Era, A-town chain, məndə fərqli sfera
H.O.S.T rapdə prestij bizim işimiz rap dadlı isti
Bəlkə deyil sadə amma keyfiyyətli, demirəm hiphopdu capoera
Mənim adım Qanuni Cinayət, məzarım pir qəbrim ziyarət
Rap nazirini tutdux girov, indi əlimizdə tam xilafət
Tik imarət adıma mənim, hərdən adım gəlmir yadıma mənim
Amma tanıyıram böyük kiçik hörmət ar gəlir imdadıma mənim
(Nəqarət:ErranT)
Hər işdə ehtiyatlı ol, hər tərəfdən gələ bilər təhlükə
Yüz ölç, bir biç, iş gör təmiz, ailəvə sadiq ol
Qaytar hörmətə hörmət
Bil yerini, hər yerdə az danış
Çox öyrən, tanı düşməni dostu
Səbrin olsun, yaxınıva kömək elə
Amma yaxşılığlarını vurma minnətə
Və heç vaxt demə kim pis kim yaxşıdı öz səhvini görməmiş
Bu gününə görə qiymət vermə heçkimə dünənini bilməmiş
Ölməmiş düşmənin tələsib atma silahını yerə əlinnən
Hər kəsi oxu tanı bir kitab kimi ama oxumağa başla əvvəlinnən
Tarix: 30.03.2015 / 11:44 Müəllif: Aziza Baxılıb: 546 Bölmə: Host