Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Esmeralda

(verse:Qaraqan)
Mənim Esmeraldam tətiyi bir az bərk sıx
Son arzum bir qurtum su yanağına bir az zər tök
Payızdan sağ çıxan tək yarpaqlar möcüzəydi
Bu qədər gözəl qızın dilənməyi də möcüzəydi
Möcüzəydi sanki fırıldaq bir sehirbazın illuziyası
Gözəl idi sanki renesans dövrünün florensiyası
Sürreal hər bina hər daş hər səki dumanlı örpək
Gördüm və durdum yorğun baxışlar bir anlıq pəltək
Barmaqlarıma qulaq as ,tərs qələm, yaz, ancaq düzün yaz
Payızdır amma bəzər çiçəklər qızın üzün yaz
Mənim əziz dilənçim mənim yetim şəhzadə qızım
Danış mənə həyatıvı danış ətraflı uzun
Danış necə sərxoş atan səni bir gecə küçələrə atdı
Danış necə soyuqdu səkilər necə ağır həyatdı
Danış çirk paltarından üstündəki ləkələrdən
Danış sevinc gəmivi batıran qəddar ləpələrdən
Mənə Danış quru çörəyin dadından əl açıb dilənməkdən
Mənə Danış bəzənmiş qızların yanında utanıb ölməkdən
Mənə Danış balaca bacından, mənə danış xəstə anandan
Mənə Danış yarısın səmimi yarısın yalandan
Gizlət məndən dükandan bir dəfə yaylıq oğradığıvı
Gizlət məndən hər nahar suya çörək doğradığıvı
Gizlət məndən o gecə biqeyrətlərin sənə əl atmağını
Gizlət məndən uşaqların sənə barmaq uzatmağını
Gizlət məndən adıvı mənə ruhundan danış
Gizlət məndən iradəvi mənə qorxundan danış
Mənə Danış yuxularında gördüyün gəlin paltarından
Mənə Danış qaraçı nəslindən vətən yurdundan danış
İndi çox pis zamanə yox elə həmişə pisdi
Sənin zümrüd gözlərin sevgi dolu baxışın isti
Mənim tüklərim indi biz-biz həddi aşdım keçdim
Şəhzadələr içində yorğun gözlər səni seçdi
İndi mənə rəhm elə sən, qoy bir az mən danışım
Danışım, pul çirki ilə bozarmış qəlbdən danışım
Danışım boş otaqda üstümə gələn divarlardan
Danışım var-dövlət adlanan dəmir hasarlardan
Danışım çirkin cəmiyyətdən, bu qədər süni ətrafımdan
Danışım diplom şəxsiyyət vəsiqəsi kağız həyatımdan
Danışım nəzir qutusunun içində gizlənən Allahımdan
Danışım azadlığın pencək altı fəryadından
Danışım günahlarımdan, savablarımı gizlədim
Danışım dərin yaralarımdan, qanadlarımı gizlədim
Gizlədim biləklərimi qara qan damara qarışarkən
Gizlədim gözlərimi, yaşla dolub alışarkən
Gizlədim səndən köynəyin altında gümüş zəncirim var
Gizlədim səndən evdə məni gözləyən sevgilim var
Yox olsun zaman, məkan bir anlıq hər şey getsin
Zümrüd gözlərin qara bəbəylərimin içində itsin

Ey qız məni qoyma yalqız, bitəcək bu dərdlər
Qəlbimizdə ağrı, yandıranda bağrı
Yolumuzda sonsuz, oxu mənə lay-lay
Mənim Esmeraldam, mənim Esmeraldam

Məni qoyma yalqız bitəcək bu dərdlər
Qəlbimizdə ağrı yandıranda bağrı
Yolumuzda sonsuz oxu mənə lay-lay
Mənim Esmeraldam, mənim Esmeraldam


Tarix: 30.03.2015 / 11:39 Müəllif: Aziza Baxılıb: 320 Bölmə: Host
loading...