• Əbu Cəmrə (r.a) rəvayət olunur: Rəsulullah (s.ə.s) belə soruşdu: “Bilirsinizmi, bir olan Allaha iman etmək nə deməkdir?” Oradakılar belə cavab verdilər: “Allah və Rəsulu daha yaxşı bilər”. Rəsulullah (s.ə.s) belə dedi: “Allahdan başqa ilah olmadığına və Mühəmmədin Rəsulullah olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq və qənimətin beşdə birini vermənizdir.” (Səhihi-Buxari, Kitabul-İman, c. I, səh.19)
• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Üç şey (xüsusiyyət) kimdə olarsa, o, imanın şirinliyini dadmış olar: Allah və Rəsulu ona başqalarından daha çox sevimli olmaq, sevdiklərini yalnız Allah üçün sevmək, Allah onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis ? 56.)
• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Heç biriniz; məni, özünə uşağından, atasından və bütün insanlardan daha sevimli qəbul etmədikcə iman etmiş sayılmaz.” (Səhihi-Buxari, Kitabul-İman, c. 1, səh.9; Səhihi-Müslim, Kitabul-İman, 70)
• Abbas ibn Əbdülmüttəlib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : Allahı Rəbb, İslamı din və Muhəmmədi rəsul qəbul edən adam, imanın dadını dadmışdır.” (Səhihi-Müslim, Kitabül-İman, Hədis ?56 )
• Əbu Hüreyrə (r.a), rəvayət edir ki, Rəsulullah (s.ə.s) belə buyurdu: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş ola bilməzsiniz.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis ? 93)
• Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «İman altmış və bir neçə şöbədən ibarətdir, həya da imanın şöbəsindəndir» «Səhih əl-Buxari İman kitabı, 1/9 səh.67»
Tarix: 26.04.2013 / 21:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 350 Bölmə: Hedisler