Rəvayət edilir ki, Ənəs ibn Malik (r.a) demişdir: «Bir gün Allah Elçisi (s.a.v) yanımızda ikən yuxuya getmişdi. Sonra gülümsəyərək başını qaldırdı. Biz dedik: «Səni güldürən nədir, ya Rəsulallah?» O: «İndicə mənə bir surə nazil oldu» – deyərək bu ayələri oxudu: «Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur». Sonra o buyurdu: «Kövsərin nə olduğunu bilirsiniz?» Biz dedik: «Allah və Elçisi daha yaxşı bilir!» O dedi: «O Rəbbimin mənə vəd etdiyi, içində çoxlu xeyir olan və Qiyamət günü ümmətimin yanına toplanacağı hovuzdur. (Ətrafına düzülən) qədəhlər ulduzların sayı qədərdir. Onlardan (ümmətimdən) bəzi qullar çıxarılıb kənarlaşdırılacaqdır. Mən də: «Ey Rəbbim! Onlar mənim ümmətimdəndirlər» - deyəcəm. Allah buyuracaq: «Sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər!»
(Muslim 400, 607, 921.)
Tarix: 24.04.2013 / 22:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Hedisler