Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Uca Allahın: “Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunma

Uca Allahın: “Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə” ayəsi.

Əbu Səid əl-Xudrinin (r.a) rəvayət etdiyinə görə, Peyğəmbər (s.a.v) döyüşə çıxdığı zaman münafiqlərdən olan kişilər döyüşə getməyib, ona müxalif olduqlarına görə sevindilər. Peyğəmbər (s.a.v)döyüşdən qayıtdığı zaman (özlərinə bəraət qazandırmaq üçün ) ondan üzr istədilər və and içdilər. Görmədikləri işlərə görə tərif olunmağı istədilər. O (zaman) bu ayə nazil oldu: “(Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə...” (“Ali-İmran” / 188)

Humeyd ibn Abd ər-Rahman ibn Əuf rəvayət etdiyinə görə Mərvan qapıda duran gözətçilərdən birini İbn Abbasın yanına göndərib dedi: “Ey Rafi! Get İbn Abbasın yanına və ona de ki, etdiyi əmələ görə sevinən və görmədyi işlə görə tərif olunmağı sevən hər bir kəsə əzab veriləcəksə, onda bizim hamımız əzaba düçar olacayıq.” İbn Abbas dedi: “Bu ayə, Əhli Kitab barəsində endi.” Sonra İbn Abbas bu ayəni oxudu. “Allah Kitab əhlindən: “Siz onu (Kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” deyə əhd aldığı zaman, onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir! Sonra (həmçinin bu ayəni də) oxudu: “Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə.” (“Ali-İmran” / 187-188) İbn Abbas dedi: “Peyğəmbər (s.a.v) onlardan bir şey soruşdu, onlar isə həqiqəti gizlədib, ona başqa cavab dedilər. Bunu etməklə onlar Peyğəmbərin (s.a.v) sualına verdikləri bu cavaba görə tərif olunmaq istədilər və həqiqəti gizlətdiklərinə görə də sevindilər.”


Tarix: 23.04.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Hedisler
loading...