Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (gecə vaxtı dəstamaz almağın fəziləti)

Uqbə ibn Amir (r.a) demişdir: «Bu gün mən Allah Elçisinin (s.a.v) buyurmadığı şeylər haqqında danışmayacağam. Çünki mən Allah Elçisinin (s.a.v) belə buyurduğunu eşitdim: «Kim bilərəkdən mənim adımdan yalan danışarsa, Cəhənnəmdəki evinə hazırlaşsın». Həmçinin Peyğəmbərin (s.a.v) belə buyurduğunu eşitdim: «Ümmətimdən bir kişi var ki, gecə duraraq dəstəmaz almaqla nəfsini müalicə edir. O, əllərini yuduqda bir düyün, üzünü yuduqda bir düyün, başını məsh etdikdə bir düyün, ayaqlarını yuduqda isə bir düyün açılır. Uca Allah pərdə arxasında olanlara buyurur: «Nəfsini müalicə edən bu quluma baxın! Bu qulum Məndən nə istəyirsə, o da ona veriləcəkdir».

(İbn Hibban 1052, 2555. Şueyb əl-Arnavut isnadını səhih adlandırmışdır.)


Tarix: 24.04.2013 / 22:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Hedisler
loading...