Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd verən ananın pəhrizi

Laktasiya zamanı qadın çoxlu enerji sərf etməli olur. Bu səbəbdən süd verən ana istədiyi qədər yeməli və kifayyət qədər maye qəbul etməlidir (8-10 stəkandan az olmayaraq).
Ananın qidalanması mütləq sağlam və çeşidli olmalıdır: ət/balıq, meyvə-tərəvəz, müxtəlif yarmalar, süd məhsulları (xama, qatıq, kefir və s.). Gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qida qəbul etmək lazımdır.
Əvvəllər pediatrlar süd verən analara bir çox qidalardan imtina etməyi tövsiyə edirdilər. Lakin hal hazırda pediatrlar uşağın həyatının yalnız birinci 3 ayında bu kimi qidaları qadağan edirlər:
- yumurta, toyuq əti, tərkibində yumurta olan souslar (ilk növbədə - mayonez).
Tərkibində yumurta olan un məmulatlarının qəbuluna icazə verilir - uzun vaxt ərzində yüksək dərəcədə emalından sonra zülal tam dağılır.
- şokolad və kakao.
- qoz-fındıq.
- dəniz məhsulları (kürü, kalmar, midi və s.). Bu qadağan balığa aid deyil. Süd verən ana həftə ərzində 2-3 dəfə balıq yeyə bilər.
- sitrus meyvələri (limon, portağal, mandarin və s.).
Nəzərinizə çatdıraq ki, südverən ana bu məhsulları uşağın həyatının yalnız ilk 3 aylığında qəbul etməməlidir. Daha sonra bu məhsulları pəhrizə tədricən, bir-bir daxil etmək olar. Bu zaman mütləq uşağın reaksiyasına fikir vermək lazımdır. Əgər uşağın səhhətində heç bir dəyişiklik yoxdursa, məhsul pəhrizinizdə qala bilər. Əksinə isə uşaq səpib, nəcisi dəyişilib, baş nahiyyəsində qabıqvermə baş veribsə, "əmmalı" məhsul yenə də 3-4 ay ərzində pəhrizdən çıxarılır.
Aşağıdakı məhsulların qəbulu isə südverən ananın pəhrizində məhdudlaşdırılmalıdır:
- süd - gündə 1 stəkan, qatılaşdırılmış şirin süd - gündə 1-2 çay qaşığı. Süd uşaqda sancılara və allergik reaksiyalara səbəb ola bilər.
- inək südündən hazırlanmış pendir (xüsusən sarı növlər). Gün ərzində 1-2 tikə.
- şor. Şorda inək südü zülalları çoxdur. Tərkibində şor olan un məmulatlarına icazə verilir.
- çiyələk, moruq, qara qarağat, böyürtkən, şaftalı, ərik, gilas, pomidor allergik xüsusiyyətlərinə malikdir. Bu səbəbdən gün ərzində 1-2 ovuc giləmeyvə, 1-2 şaftalı, pomidor, əriyin qəbluna icazə verilə bilər.
- banan - gündə 2 dənədən artıq olmayaraq.
- qəhvə və tünd çay. Bunların tərkibində olan maddələr uşağı qıcıqlandırır, hətta uşaqda baş ağrısına səbəb ola bilər.
- konserv, sosiska, kolbasa, hisə verilmiş balıq. Bu qidaların tərkibində külli miqdarda aromatlaşdırıcılar, konservantlar və s. kimyəvi maddələr var ki, onlar həm ananın həm, təbii ki, körpənin səhhəti üçün ziyanlıdır.
- dükanlarda satılan hazır tortlar, pirojnalar, vaflilər və s. şirniyyatlar. Bu qidalarda da müxtəlif kimyəvi əlavələrlə "zəngindir". Evdə bişirilən şirniyyatlara icazə verilir (az miqdarda!).
- ağ çörək və un məmulatları (bulka, piroqlar və s.). Gün ərzində 3-4 tikə ağ çörək və ya 1 dənə bulka yemək olar.


Tarix: 24.12.2014 / 12:01 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Hamiləlik
loading...