Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bətindəki rüşeymi (uşağı) abort etdirmək olarmi?

Bətndəki rüşeymi (uşağı) abort etdirmək olarmı? Olarsa, neçə aya kimi və hansı hallarda?

Dinimizə görə, ana bətninə düşdüyü an hamiləlik başlamış sayılır. Bətndəki uşaq (rüşeym) müxtəlif mərhələlərdən keçir, bir neçə aydan sonra ona ruh verilir. İslamda üstün və geniş yayılmış fikrə görə, hamiləliyin heç bir mərhələsində bunu etmək olmaz – nə ruh verilməzdən əvvəl, nə də sonra. Kimsə bu haram əməli etsə, bir insanı öldürmüş sayılar və şəriətə görə qanbahası verməlidir. Abort yalnız o zaman icazəlidir ki, uşağın bətndə inkişafı və ya doğuluşu ananın həyatı üçün ölüm təhlükəsi yaratmış olsun. Ya ananın, ya da uşağın həyatını xilas etmək seçimi yarandıqda uşağı tələf edib ananı xilas etməyə icazə verilir.


Tarix: 23.11.2014 / 21:54 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Hamiləlik
loading...