Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik psixologiyası

Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, bunada hamiləlik psixologiyası deyilir.


Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərin yanında bir də psixoloji dəyişikliklər yaranır. Bütün duyğuları eyni anda yaşayan ana namizədi, özünə dəstək axtarır. Bu dövrdə bütün duyğuların bir arada yaşanması son dərəcə normaldır. Çünki, ana həm hamiləliyi, həm də özünü kəşf etməyə başlamışdır. Özünü fərqli və dəyişkən bir bədəndə gözlərkən, hamiləliyin gətirdiyi fiziki problemlər yaşarkən, bir tərəfdən də uşaqla bağlı ağlında yaranan bir çox suallarla da mübarizə etməyə çalışır. Bu vəziyyətdə ananın etməli olduğu bir tək şey hamiləlik vəziyyətini qəbul etməsi, bütün yaşanan duyğuların hamiləlik dövrünə xas olduğunu düşünməsidir. Həm də ana, uşağın öz bətnində yaşadığını hiss etməli və bu vəziyyətin keyfini çıxartmalıdır. İnsanlar bilmədikləri müvzudan daha çox narahatlanaraq tələsiklik edirlər və bu baxımdan problemlər yaşayırlar. Bu səbəbdən hamiləlikdə ilk addım kifəyət qədər məlumata sahib olmaqdır. Məlumatın düzgün alınması qədər, məlumatın verilməsi tərzi də düzgün olmalıdır.


Özünü itirməmək və daha az problem yaşamaq üçün ananın, mütləq özünü rahat hiss edə biləcəyi həkimlə məsləhətləşməsi və bu dövrü onunla yaşaması ən yaxşı seçimlərdən biridir. Çünki, analiğa namizəd olan xanım doqquz ay ərzində, fiziki dəyişikliyin gətirdiyi rahatsızlığların yanında, həyəcan, qorxu, təlaş, qayğı və narahatlıq da yaşamaqdadır. Həkimdən əlavə, daha çox məlumat ala biləcəyimiz kitablardan, internetdən və hamiləlik kurslarından da faydalana bilərsiniz. Belecə daha çox məlumatin verdiyi güc və biliklə daha az həyəcan və tələsgənlik yaşanacaqdır. Ana namizədi hamiləlikdə yaşadığı psixoloji problemlər xaricində, doğum müvzusunda da anlaşılmaz düşüncələrini bu şekildə aydınlığa çixartmalıdır.


Fiziki olaraq yaşanılan hər cür rahatsızlıqlar və problemlər ananı hamiləlikdən soyutmamalı, doğulacaq uşağın rahatlığını və bu problemlərin qısa vaxtdan sonra bitəcəyi düşünməlidir. Uşağa yaxşı bir ana olub olamamaq qayğısı, yaxşı bir gələcək vermək qorxusu, sağlam bir doğum keçirməklə yanaşı ananın ağlını daim məşğul edecekdir. Ona görə də bu düşüncələrin yuxuları qaçırdacaq qədər büyüdülməsi yersizdir. Çünki, doğumdan sonra uşağı qucağına alan ananın düşüncələri tamamən dəyişəcək, ona toxunmağın verdiyi həyəcanla bu narahatlıq silinəcəkdir.
Ana namizədinin yoldaşı və ailəsi ilə olan münasibəti də bu dövrdə çox büyük rol oynamaqdadır. Qisacası yeni ana qorxularını, qayğılarını, problemlərini xüsusən yoldaşı ilə paylaşmalıdır. Ana və ata, valideyin olmaq məsuliyyətini birlikdə üzərlərinə almalıdırlar. Yoldaşın bu dəstəyi ilə ana duyğusal olaraq bəslənir və özünə güvən hissi yaranır. Ananın sağlam psixoloji vəziyyəti, uşağı da düzgün istiqamətə yönləndirir. Yoldaşın dəstəyinin yanında ailə və dost dəstəyi də önəmlidir. Bəzi problemləri yoldaş yerinə, bir ananın ya da hamiləlik mövzusunda təcrübəsi olan bir rəfiqənin köməyi ilə həll etmək daha asan ola bilər.


Sağlam uşaq yetişdirmək hamiləlik dövründən başlayan bir duyğudur.Ana namizədi öz duyğularını düzgün tanıdıqca, uşağına daha sağlam bir ana modeli yaradacaqdır. Əgər duyğularını tanımaqdan qaçar, və ya dəstək almazsa gərginlik və stress dolu bir dövr yaşaması və bunun da uşağa təsiri qaçınılmaz olacaqdır. Ana bütün bu duyğuları yaşarkən biraz daha sakitləşmək üçün, sadə bir idman ya da bir xobbi ilə məşğul ola bilər. Bunlara; üzgüçülük, gəzinti, rəsm çəkmək, muncuq düzmək, tikiş tikmək, yeni yemək tariflərini yoxlamaq kimi işlərlə məşğul ola bilərlər.
Əgər hansısa bir işdə işləyirsə və sağlam bir hamiləlik keçirirsə işinə həkim nəzarətində devam edə bilərlər. Bu şəkildə özünü meşğul edərək, hamiləlik narahatçılığı ilə daha az üz-üzə gələcək və daha az qayğı duyacaqdır. Önəmli olan doqquz ay sürəsində, stresdən uzaq, sakit və rahat günlər yaşamaqdır.Hamilə olmasalar da qadınların baxımlı olmaq cəhdləri onların psixologiyalarını düzgün istiqamətdə yönləndirməkdədir. Qısası, ana namizədləri özlərini daha yaxşı hiss etmələri baxımından; əl-ayaq baxımı, saç düzümlərində deyişiklik, bir neçə geyim ve aksesuar alış-verişi, fərqli rəngdə makyaj etməklə özlərini düzgün istiqamətdə yönləndirə bilərlər. Bu mövzuda diqqət edilməli olan məsələ, edilən qulluğun təmiz və sağlam olmasıdır. Bunların xaricində; düzgün yatmaq, düzgün qidalanmaq, arada ilıq duş almaq ve massaj etmək kimi şeylər də hamiləlik dövrünü rahat keçirmək üçün gözardı edilməməlidir. Xüsusən, bilinməsi vacib olan tək şey, hamilə bir qadının çox həssas olduğudur. Üzərində durulmaması vacib olan çox sadə bir mövzu böyüdülə bilər, lazimsiz şeylərə əsəbləşə bilərlər. Hamilə qadın bunun hər nə qədər fərqində olsa da, özününə hakim ola bilməməsi bir gercəkdir. Unudulmamalıdır ki, hamiləlik, doğum və analıq, hər qadının yaşamaq istəyəcəyi bir duyğudur.


Tarix: 18.05.2013 / 13:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 805 Bölmə: Hamiləlik
loading...