Bəzən uşağımıza toxunduqda onun temperaturu olduğunu zənn edirik.Uşağınıza toxunduğunuzda dərisinin sizə isti gəlməsi hər vaxt onun atəşi olduğunu göstərməz. Uşağınızın atəşi olub olmadığını anlamaq üçün istiliyini ölçərək, tam əmin olmanız lazımdır. Atəş olaraq qəbul edilən dərəcə 38 ºC-dən çoxdur.Bəs termometri uşağın harasına qoyub ölçmək lazımdır?
Qulaq, dil altı, popo və qol altı. Bu dörd yer qəbul edilmiş atəş ölçmə nöqtələridir. Ancaq bunlara diqqət yetirmək lazımdır:
- Qol altından ölçmək ən rahat ölçmə yeridir məncə.. 2-2,5 yaşından kiçik uşaqlarda dil altından ölçüm etmək texniki olaraq bir az çətindir.
- Elektron dərəcələrin ölçmə müddəti 3-4 dəqiqədir.- Qulaq dərəcələri saniyələr içində etibarlı ölçümlər hesab edilir. Ancaq dərəcə ölçənin ucunun körpənizin qulaq kanalına yaxşı oturduğundan əmin olmanız lazımdır.
Mütləq rahat istifadə edə biləcəyiniz bir dərəcə ölçəniniz olmalıdır. Bu dərəcə ölçənlə uşağınız qızdırmalı deyilkən bir neçə səfər ölçməlisiniz.
Bəs neçə dərəcə yüksək sayılır?
Hər səviyyədəki atəş təhlükəli sayılmaz. Qəbul edilən atəş sərhədləri belədir:
- Atəşsiz: 34,4-37,9
- Qızdırmalı: 38,0-39,9
- Yüksək qızdırmalı: 40,0 və yuxarısı
Əgər uşağınızın atəşi yoxsa lakin xəstə görünüşü sizi narahat edirsə , bir saat içində atəşini bir daha ölçün. Əgər uşağınızın atəşi yüksəkdirsə dərhal həkiminizəmüraciət edin.
Üç aydan kiçik körpəniz istilənmişsə:
Yeni doğulan dövründəki körpələrdə infeksiyalarla mübarizə aparmaq qabiliyyəti məhdud olduğundan ciddi infeksiyalar inkişaf edə bilər. Körpənizin atəşi 38ºC'nin üzərinə çıxarsa, təcili olaraq həkiminizi axtarın. Həkimlə məsləhətləşmədən dərman verməyin.Əgər tanış həkim tapmadınızsa uşağınızı ən yaxınınızdakı bir xəstəxananın təcili hissəsinə apara bilərsiniz.
Üç aydan daha böyük uşaqlar üçün;
Qızdırma- bədənin infeksiyalarla mübarizə üsullarından biridir. Uşağınızın hər atəşi çıxdığında həkim lazım olmaya bilər. Diqqətli olmaq şərtiylə öz başınıza da uşağınızın atəşini idarə altına ala bilərsiniz. Ancaq aşağıdakı vəziyyətlərdə təcili olaraq həkiminizi axtarmağa dəyər.
- Əgər uşağınızın atəşi 40 dərəcə və yuxarıda isə
- Əgər uşağınızın atəşi orta dərəcədə 48 saatdan (2 tam gecə və gündüz) daha uzun sürər
- Əgər uşağınız çox xəstədirsə və ya açıqlaya bilmədiyiniz xəstəlik əlamətləri daşıyırsa
- Əgər uşağınız bir şey içmək istəmir, dayanmadan ağlayır və ya çox halsız görünürsə
- Əgər uşağınız qızdırmalı qıcolma keçirirsə.
Qıcolma
Qıcolma -uşağın qızdırması hədsiz yüksək olanda baş verə bilər.Qızolma anında uşağınızın əlləri və ayaqları şiddətli bir şəkildə yellənməyə başlar və gözləri arxaya doğru axa bilər. Ümumiyyətlə 1-5 dəqiqə davam edər.
Atəşi necə sala bilərsiniz?
Əgər uşağınız üç aydan daha kiçiksə dərhal həkiminizə müraciət etməniz lazımdır. Ancaq bu vaxt körpənin üzərini açaraq gözləyin və 15 dəqiqə sonra təkrar atəşinə nəzarət edin. Əgər uşağınız üç aydan böyüksə aşağıdakı addımları tətbiq edin:
1. Uşağınızın üstünü açın...
Uşağınızın atəşi çıxarkən titrəməsi son dərəcə normaldır. "Soyuqladığı üçün atəşi çıxdı" deyə üzərini örtməyin. Qalın geyimlər bədən istiliyini çölə keçirməyərək uşağınızın atəşinin daha da yüksəlməsinə səbəb olar. Əgər uşağınız titrəyirsə, onu bir ağla və ya incə bir dəsmalla örtün.
2. İlıq duş...
Üzərini açmanıza baxmayaraq uşağınızın atəşi 39ºC'nin üzərinə çıxırsa onu ilıq duşa soxmaq və ya ilıq yaş dəsmal ilə kompres etmək də faydalı ola bilər. Uşağınızı ilıq duşa salırkən aşağıdakı təlimatları yaddan çıxarmayın.
- Ləyəni ilıq su ilə doldurun.
- Uşağınızı suyun içində oturdun. İlıq su ilə duş edin. Ancaq müddətin çox uzun olmamasına diqqət yetirin. Uşaq uzun müddət duşda qalsa üşüyər və titrəməyə başlar.
- Arxaya doğru yatmasına icazə verməyin.
- Suyu uşağınızın başından aşağıya tökməyin. Bir süngəri isladaraq onu uşağınızın bədəninin ətrafında gəzdirin.
- Duşdan çıxardığınızda quru bir dəsmal ilə qurulayın.
- Uşağınız titrəməyə başladığı zaman, onu ləyəndən çıxarın və bir dəsmal ilə bükün.
3. Dərman müalicəsi...
İndiki dövrdə qızdırma salmaq üçün bir çox dərmanlar olduğundan bu məsələni də uşağın şəxsi həkimiylə məsləhətləşib vermək daha da məqsədəuyğun olar.
Tarix: 01.12.2012 / 18:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 911 Bölmə: Hamiləlik