Analar çox vaxt körpələrinin daha çox ağlamasından şikayət edirlər. Əgər körpənizin ağlamasının səbəbini bilmirsinizsə, əvvəlcə körpəni nə vaxt qidalandırdığınızı düşünün. 3 saat əvvəl doyurmusunuzsa, yemək yedirməyə çalışın. Əgər ağlamağının səbəbi aclıq deyilsə, onda bezini yoxlayın, bez də təmizdirsə, onda körpənin yerini dəyişin, daha doğrusu, onu başqa otağa keçirin. Bu şəkildə onun ağlamasının səbəblərini müəyyən edə bilərsiniz.
Körpəni necə sakitləşdirmək olar?
Körpə ağlayırsa, ona əmzik, ya da diş qaşıyıcısı verin.
Onu hərəkət etdirin, masaj edin, qarnını ovxalayın.
Körpəni qarnı üstə yatıraraq kürəyini sığallayın, əgər qaz sancısı varsa, bu masaj ona rahatlıq gətirəcək.
Körpənizə yaxın olun. Körpələr bəzi məqamlarda bu yaxınlığa ehtiyac duyur.
Ağlayarkən onu qucağınıza alaraq qaranlıq bir otağa keçin və layla çalaraq sakitləşdirin.
Əgər bütün bu deyilənlər işinizə kömək etmirsə, onda körpəniz səs-küydən, qələbəlikdən və ya işıqdan narahat ola bilər.
Tarix: 22.11.2014 / 16:22 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Hamiləlik