Ana südünün tərkibi haqqında bilmədiklərimiz...
Müxtəlif süd növlərinin tərkibində olan yağların arasında mühüm fərqlər vardır. Ana südünün tərkibində
esensial yağ turşuları var. Onun miqdarı 57 % - dir. Amma inək südü və süni qida qarışıqlarında bu yağlar mövcud deyil. Esensial yağ turşuları uşağın beyin və gözlərinin inkişafı üçün çox lazımlıdır və həmçinin, damarların normal fəaliyyətinə zəmin yaradır.
Ana südündə yüksək molekullu esensial araxidon turşusu var. Bu turşu yeni doğulmuş uşağın orqanizmində çox vacib rol oynayır. Əvvəla, əsəb hüceyrələrinin membran quruluşunda iştirak edir, ikincisi isə, bağırsaqların formalaşmasında əsas rol oynayır. Araxidon turşusu inək südündə yoxdur.
Ana südündə lipaza fermenti mövcuddur. O, yağların parçalanması və həzm olunmasında əsas rol oynayır. Bu ferment inək südü və süni qidalarda yoxdur.
Lipaza, laktaza kimi həzm prosesinə kömək edən fermentlər yetişməmiş və pozulmuş fermentativ sistemlə doğulan körpələrin sağlamlığını müdafiə edir.
Beləliklə, ana südünün bütün yağları tamamilə mənimsənilir və körpənin orqanizmi tərəfindən səmərəli istifadə olunur.
Ana südü heyvan mənşəli süddən və süni qidalardan fərqli olaraq infeksiya əleyhinə amillər və körpənin boy atmasına lazım olan maddələrlə zəngindir.
Ana südündə kifayət qədər vitaminlər var . Ana südü ilə qidalananlarda xərçəng və diabet kimi qorxulu xəstəliklərə tutulmaq təhlükəsi çox azdır. Hətta əgər uşaq soyuqdəyməyə tutularsa, ana südü ona ən mükəmməl dərmandır. Amma inək südü və quru süd ilə qidalanan uşaqlar bu nemətlərdən məhrumdurlar.
Ana südü həzmi yüngülləşdirən zülallar, kalsium, fosfor , A və C vitaminləri ilə zəngindir.
Bütün xanımlarımıza bu anı yaşayıb ondan həzz almağı bacarmağı arzulayıram.
Əziz analar və ana olmağa namizəd xanımlar , körpələrinizi - canınızdan olan bir parçanızı Ana südündən məhrum etməyin!
Tarix: 22.11.2014 / 16:31 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Hamiləlik