Hər ana ata istəyir ki övladı özünə güvəni olan, özünə inanan bir insan olsun. Həyata qarşı daha güclü, çətinliklərlə asalıqla başa çıxan, tez yorulmayan, öz ayaqları üzərində dayanan, hər vəziyyətdə öz ehtiyaclarını qarşılaya biləcək gücə sahib olan bir fərd olmasını arzu edir.
Bunun üçün özlərinə görə əllərindən gələni edən valideynlərə mütəxəssislər bu müddət ərzində bir az yol göstərməlidir.
Özünə güvən duyğusunun təməli körpəlik dövründə qoyulur. Bir yaşına kimi ana atasından kifayət qədər maraq və sevgini görmək, eyni zamanda irəliləyən yaşlarda da bu gözəl duyğunun davamının təmin edilməsi çox əhəmiyyətlidir. Sevildiyini hiss etmək özünü qiymətli və əhəmiyyətli hiss etmənin təməlini qoyur. Sevilmə duyğusu ilə özünü etibarda hiss edən uşağınız güvən anlayışını bu dövrdə yaşayaraq öyrənər, öz qanadları ilə uçma zamanı gəldiyində də özü üçün lazım olacaq bacarıqlara sahib olar. Bu səbəblə xüsusilə uşağınızın sosiallaşmağa başladığı 3 yaş dövrünə qədər sevginizi hiss etməyi çox vacibdir.
Nümunə 1:
6 ay etibarı ilə uşaqlar qatı qida ilə qidalanma müddətinə başlayar. Zamanla inkişaf bacarıqları artdıqca öz qaşığını özünün tutmasını, tökərək də olsa qaşığını ağızına qədər aparıb "mən yedim" müvəffəqiyyətini göstərməsini istəyirik. Halbuki bir çox ananın bu dövrlə başladığı və sonra da kədərlənərək davam etdirdiyi dəstəkləmə davranışlarını müşahidə edirik.
Öz yeməyini yeməyi bacara bilən bir uşaq özü özünü təmin edə bildiyi üçün özünə güvən duyğusunun təməlini qoymuş olur. Uşağım ac qalacaq duyğusu ilə dəstəklədiyiniz yeməklər kilosunun qorunmasına köməkçi olarkən özünə güvən duyğusunun meydana gəlməsinin bir müddət daha qarşısını alır. Yəni bir tərəfdən doğru etdiyinizi düşünərkən digər tərəfdən səhv etmiş ola bilərsiniz.
Nümunə 2:
Öz yatağında yatmağı 4 yaşında olmasına baxmayaraq bacarmadığını müşahidə etdiyimiz çox uşaq var. Bir çox valideynlər uşaqlarının hələ çox böyümədiyini, onsuz da böyüdüyündə bunu özbaşına edə biləcəyini deyir. Halbuki uşaqlar körpəlik dövründən etibarən öz yatağında tək yatmağı bacara bilər.
Bacara bilməməsinin səbəbi, sizin, bu müddət ərzində müvəffəq olmaq üçün ona edilməsi lazım olanı hələ verməmiş olmanız və onunla birlikdə yatmağa davam edərək sizdən daha çox asılı olmasına zəmin hazırlamış olmağınızdır. Tək qala bilməmək, əksəriyyətlə ananın dəstəyinə ehtiyac duymaq özünə güvən duyğusunun meydana gəlməsinə mane olur.
Nümunə 3:
İbtidai siniflərdə çox tez-tez qarşılaşdığımız bir səhnə: Uşaq məktəbə anası ilə gəlir. Böyük bir öpüşlə sağollaşdıqdan sonra ana əyilərək uşağın çantasını əlinə alır, ayaqqabılarını dəyişdirir, gödəkcəsini çıxardır və "Sağol canım.." deyir. Bu vəziyytədə biz harda səhv etdik?
Rahat və ipsiz bir ayaqqabını, gödəkcəni çıxartmağı əgər uşağınız 3 yaşındadırsa onsuz da özü edə bilər. Uşağın bu bacarıqlarının inkişaf etməsini və özünə güvənən bir uşaq olmasını istəyirsinizsə onu öz başına buraxmalısınız, əvvəlcə yalnız uzaqdan baxmalı, çox çətinlik çəkdiyi qisimlərdə necə edəcəyini ona öyrətməli, yenə edə bilməsə kömək edərək davam etməlisiniz. Növbəti dəfə özünün bacarmasını yenə gözləməlisiniz. Yüngül bir gülümsəmə ilə "Sən artıq böyüdün, bunları özün edə bilərsən." deyərək onu cesarətləndirə bilərsiniz. Bir çox ibtidai sinif müəllimləri də belə edir. Uşaqlara sinif daxilində müvəffəqiyət qazanması üçün bacara biləcəyi səviyyədə məsuliyyətlər verir. Sən artıq bir fərdsən fikrini gün boyunca uşağa izzah etməyə çalışır.
Özünə güvənən bir uşaq yetişkin dəstəyinə gün ərzində təbii ki ehtiyac duya bilər. Çünki hələ bir uşaqdır. Amma bacara biləcəyi də çox şey var. Öz yeməyini yeyə bilər, çox sıx olmayan paltarlarını dəyişə bilər, oyuncaqlarını yığa bilər, sizə süfrəni qurmada köməkçi ola bilər, siz yanında olmayanda və ya uzaqda olarkən qorxmaz, nəticə əldə edə bilməsə də səy göstərər, öz yatağında yata bilər, yoldaşları ilə problemlərini həll edə bilər, nərdivanlardan çıxa bilər və s.
Onu bir şəxsiyyət olaraq yetişdirmək üçün həyat üçün lazımlı bacarıqlara yiyələnməsini təmin etməlisiniz. Bu sizin üzərinizə düşən vəzifədir. 3 yaşdan etibarən müəllimlər sizinlə bu vəzifəni paylaşar.
Onu həmişə uşaq olaraq görməmək, məsuliyyət vermək, çox danlamamaq, dayanmağınız lazım olan yerdə dayanmaq, davamlı dəstəkləməniz, hələ 2 yaşında belə olsa bacara biləcəyi şeylər olduğunu ona xatırlatmaq özünə güvənən bir insan olması üçün böyük bir addımdır.
Uşağınızı xoşbəxt bir ailə mühiti ilə təmin etmək və ona bu mövzuda nümunə olmaq da özünə güvən duyğusunun inkişafı üçün əhəmiyyətlidir. Ətrafındakı insanlara güvənən uşağın özünə güvənmək üçün lazımi qədər motivasiyasısı olacaq.
Tarix: 22.12.2012 / 16:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 840 Bölmə: Hamiləlik