Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Ədli Şadı Karaman hamiləlikdə yüksək hərarətin nəticələri haqqında məlumatlar verdi.
"Normal bədən istiliyi 36-37 dərəcə arasında olur. 37 dərəcədən yuxarı isə artıq hərarət hesab olunur. Hərarətin yüksəlməsi orqanizmin hansısa prosesə qarşı müqaviməti və mübarizəsidir. Hamilə qadınlarda normal bədən istiliyi hamilə olmayanlarla eynidir. Tək fərq yüksək hormon səviyyələri və bədən müqavimətindəki aşağılıq səbəbidir. Hamilə qadınlarda yüksək hərarətin daha asan ortaya çıxması və təsirlərinin də çox ciddi olmasına diqqət yetirmək lazımdır."
Hamiləlikdə yüksək hərarətin səbəblərini açıqlayan Karaman, "Yüksək hərarət iki qrupa ayrılır. Birincisi infeksiya səbəbi ilə ortaya çıxan yüksək hərarətdir. Hamiləlikdə ən çox rast gəlinən infeksiyalar, qrip infeksiyaları, üst tənəffüs yolu infeksiyaları və sidik yolları infeksiyalarıdır. İkincisi isə infeksiya xarici səbəblərlə ortaya çıxan yüksək hərarətdir. Bu qrupda isə yüksək istiliyə uzun müddət məruz qalmaq (hamam, sauna, gün vurması), allergik reaksiyalar və qida zəhərlənmələri sayıla bilər." - şəklində açıqladı.
Yüksək hərarətin hamiləlikdəki zərərli təsirlərindən bəhs edən Karaman, "Hərarət meydana gəldiyində hamiləliyin hansı dövrü, hərarətin yüksəklik dərəcəsi və müddətinə fikir vermək çox önəmlidir. Yüksək hərarətin zərərli təsirləri çox zaman 39 dərəcədə özünü göstərir. İlk üç ay yüksək hərarətinin hamiləlikdə ən təhlükəli olduğu və ən çox ziyan meydana gətirdiyi dövrdür. Bu dövrdə döldə orqanlar meydana gəldiyindən hərarətin mənfi təsirləri daha çoxdur. Başlıca mənfi təsir, düşük riskinin artması, başgəlişi anomaliyaları, ürək qapaq anomaliyaları, qol və qıç anomaliyaları və zəka geriliyi" - deyə ifadə etdi.
Bu mənfi təsirlərdən müalicə və qorunma üsullarını da izah edən Karaman, bunları təklif etdi: - "Hamiləlikdəki yüksək hərarətin müalicəsində əsl məqsəd onun salınması ilə birlikdə hərarətə səbəb olan faktorun ortadan qaldırılmasıdır. Hərarətin salınması üçün ilıq duşlar, soyuq kompreslər ve parasetamol qruplu hərarət salıcı dərmanlar istifadə edilə bilər. Hərarətə səbəb infeksiya xarici faktorları aradan qaldrmaq üçün isə bunları aradan qaldırmaq, yəni isti mühitlərdən uzaqlaşmaq, allergik yeməklər qəbul etməmək kifayətdir.
Qorunma tədbirlərinin başında hamilələrin infeksiya riskindən qaçınmaları çox vacibdir. Bədən müqavimətini artırmaq üçün hamilələrin balanslı bəslənmələri, lazım olduğunda multivitamin istifadə etmələri son dərəcə əhəmiyyətlidir. Hamilələrin ayrıca isti hamam, sauna, isti ləyən və duş kimi mühitlərdən qaçınmaları və günəşdə çox qalmamaları lazımdır. İsti günlərdə və mühitlərdə hamilələr çox su içməlidirlər."
012345
(səs: 0)
10-10-2014, 16:00FərişŞərhlər: 25Baxılıb: 574Geriyə
Hamilə qadınların ən böyük qorxusu...
Hamilə qadınların ən böyük qorxusu...
Qrip hamilələr üçün daha təhlükəli
Qrip hamilələr üçün daha təhlükəli
Hamiləlikdə yüksək temperatura diqqət edin!
Hamiləlikdə yüksək temperatura diqqət edin!
Hamiləlikdə yüksək hərarətə diqqət edin!
Hamiləlikdə yüksək hərarətə diqqət edin!
Tarix: 23.11.2014 / 22:04 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Hamiləlik