Hər bir qadının həyatında arzuolunmaz hadisə baş verə bilər. Bu məqamlarda kimin günahkar olduğu artıq vacib deyil. Yalnız bir sual önə çəkilir: nə etməli? Planlaşdırılmamış hamiləlikdən necə can qurtarmalı? Təcili kontrasepsiya qorunmamış seksual əlaqədən ən yaxşı çıxış yoludur. Tədbirlər nə qədər tez görülsə, hamiləliyin qarşısını alma ehtimalı yüksəlir. Hamiləlik əleyhinə vasitələr (kontrasepsiya) haqqında çoxları bilmir,odur ki yenidən bu mövzuya müraciət olundu.
Əgər 1-5 dəqiqə ötübsə
Uşaqlıq yolunun şırınqa ilə yuyulması – köhnə üsuldur, bir o qədər də effektli deyil. Çünki spermatozoidin uşaqlığa və boruya daxil olmasına 90 saniyə vaxt lazımdır. Hətta öncədən şırınqanı hazırlasanız belə.
Risklər: risk də bu üsulun effekti kimi aşağıdır. Lakin sirkə turşusu məhlulunu (və ya qaynamış suyun yerinə limon şirəsi) yuyunma zamanı çox istifadə etsəniz, uşaqlıq yolunun selikli qişası zədələnə bilər.
48 saatdan çox 72 saatdan az vaxt ötübsə
Ehtiyatda bir qədər vaxt var, hamiləliyin qarşısını “hormonal bomba” vasitəsilə almaq mümkündür. Təmiz progestin tərkibli oral həblər və ya kombinə edilmiş prepartlar qəbul etmək olar. 48 saatdan az vaxt keçibsə, birinci üsula, 72 saatdan az vaxt keçibsə, ikinci üsula müraciət edin. Hər iki preparat eyni təsirə malikdir. Onlara görə menstrual tsikl əks tərəfə hərəkət edir. Ovulyasiya ( yetişmiş yumurtahüceyrənin yumurtalıqdan çıxması) məhv edilir. Əks təsirləri ürəkbulanma (46% qadınlarda), qusma (22% qadınlarda), başgicəllənmə, yorğunluq hissi, süd vəzilərində ağrı və baş ağrıları ola bilər.
Əsas şərtləri: qəbul qrafikinə ciddi əməl olunmalıdır ( hormonal preparatlarla zarafat etmək olmaz), 12 saatdan bir qəbul etmək lazımdır. İkinci qəbuletməni unutmayın.
Vacib məqam! Əgər cinsi akt hamiləlikdən sonra baş veribsə, bu preparat dölə mənfi təsir göstərməyəcək.
kontrasepsiya-arzuolunmaz hamiləlik
48 saatdan az vaxt ötübsə
Progestin həblər –(progestin oral kontraseptiv vasitələr) postinor və ya “mini-pili”: eksklyuton, mikrolyut, ovret qəbul olunmalıdır.
Qəbul sxemi: 1 həb postinor və 12 saatdan sonra da 1 həb (cəmi 2 həb)
20 həb “mini-pili”, 12 saatdan bir qəbul edilir (hər dəfə 10 həb, ümumi 20 həb)
72 saatdan az vaxt keçıbsə
Kombinasiya edilmiş oral kontraseptivlər.
Qəbul sxemi: marvelon, mikrogenon, minizisdon, femoden – 4 həb, 2 dəfə 12 saatdan sonra daha 4 həb ( ümumi 8 həb). Bisekurin, no-ovlon, ovulen, ovidon, anovlar – 2 həb 2 dəfə 12 saatdan sonra (ümumi 4 həb)
Məsləhət : ürəkbulanma və qusma baş verə bilər. Bunların qarşısını almaq üçün həbləri axşam yatmamışdan öncə, yemək zamanı və ya südlə içə bilərsiniz.
120 saatdan az vaxt ( 5 gün)
Uşaqlıqdaxili vasitələr (matkadaxili): T- şəkilli spiral həkim-ginekoloq tərəfindən uşaqlığa yerləşdirilir. Əgər 72 saatdan artıq və 5 gündən az vaxt keçibsə, vəziyyəti dəyişmə imkanı var. Spiral nəinki sonrakı mərhələlərdə sizi arzuolunmaz hamiləlikdən qoruyacaq, həmçinin qorunmamış cinsi aktdan sonra baş vermiş yeni hamiləliyin də qarşısını ala bilər. Bu haqda həkim-ginekoloq məsləhətlər verə və tədbirləri həyata keçirə bilər. Lakin nəzərə alın ki, həkim öncədən müəyyən etməlidir ki, siz bu kontraseptiv vasitəsini götürə biləcək qadınlar qrupuna daxilsiniz. Adətən spiral bu qrup qadınlara icazə verilmir: doğmayan, iltihabi, yoluxucu ginekoloji xəstələri olanlar. Spiralın orqanizmə daxil edilməsi yad cismin bədəndə yaranması haqda siqnaldır. Bu zaman uşaqlıq (matka) yığılmağa başlayır və yumurtahüceyrəni bərkiməyə imkan vermir.
Mənfi təsirləri: qarının altında sancılı ağrılar, menstrual günlərin sayı artır, boru hamiləliyi riski artır, spiralın düşmə ehtimalı da var.
Cinsi əlaqədən 5 gündən artıq vaxt keçibsə, mütləq ginekoloqa müraciət etmək lazımdır. Yəqin ki, sizə abort təklif olunacaq. Bu dövrdə qəbul edəcəyiniz preparatların mənfi təsiri uzunmüddətlidir. Cərrahi müdaxilənin olmağına baxmayaraq kompleks tədbirlər görmək lazımdır. Xüsusən mənfi qan rezuslu qadınlara aiddir.
Əgər cinsi həyatınız aktiv deyilsə və oral kontraseptiv vasitələrlə orqanizmi zəhərləmək istəmirsinizsə, müəyyən səbəblərdən qarşı tərəf prezervativ istifadəsindən imtina edirsə, cinsi aktdan sonra təcili kontraseptiv vasitələrdən həddindən artıq istifadə də düzgün deyil. Özünüzlə oyun oynamaqdansa, ginekoloqa müraciət edin. O nəinki dəyərli məsləhətlər verəcək, həmçinin orqanizminizə uyğun qoruyucu vasitə seçməkdə sizə yardımçı olacaq.
Həkimə zorlama və ya istəmədiyiniz cinsi həyat problemləri haqda danışmaq o qədər də asan deyil. Öncədən görülmüş tədbirlər istənilən halda sizi sığortalamış olur. Unutmayın ki, bu vasitələr sizi cinsi xəstəliklərdən qorumur. Əgər həm cinsi yolla keçən infeksiyalardan, həm də hamiləlikdən qorunmaq istəyirsinizsə, yeganə 99 % qorumaya malik vasitə prezervativdir.
Sonda qeyd edək ki, ən yaxşısı sonradan peşman olacağınız əlaqədən əvvəlcədən qorunun!
Tarix: 26.11.2014 / 15:52 Müəllif: Aziza Baxılıb: 168 Bölmə: Ginekoloq Meslehetleri