Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürcünüzə görə tətili seçiminiz

Qoç
Qoçlar həyəcanı sevər. Hər dəfəsində ayrı-ayrı yerləri seçərlər. Maneələr onların əsəblərini pozar. Qoç bürcünün macəraya həvəsi tətildəykən onu, paraşutdan tullanmaq, dağlara dırmaşmaq və s. kimi əyləncəyə aparar. Hər zaman nəyəsə ehtiyac duyar. Tətilə çıxmadan öncə getdiyi yeri yaxşıcana araşdırar.
Buğa
Buğa insanı rahatlığa və gözəlliklərə düşkündür. Yaşıllıqlar içində, dağ, ya da göl mənzərəli yerlər tam onluqdur. Uludağ, İsveç, İsveçrə və s. yerlərdə dincəlsə əla olar. Buğa insanlar tətildə muzeyləri, sənət əsərlər kimi yerləri, mağazaları gəzməyi çox sevərlər.
Əkizlər
Əkizlər daha çox yeni şeylər öyrənəcəyi məkanlara üz tutarlar. Tətil zamanı o, nəyisə öyrənməlidir. Yoxsa ona tətil zövq verməz. Dənizi, tarixi yerləri, muzeyləri, alış-veriş mərkəzlərini daha çox üstün tutar. Əkizlər tətilə özüylə kiçik günlük dəftər, fotoapparat mütləq götürər.
Xərçəng
Kövrək olan xərçənglər hər zaman tətildə ancaq sakitçilik istər. Bilmədiyi yerlər, yad yerlər onun marağını çəkməz. Ətrafında canlı mahnı, dəniz mütləq olmalıdır. Kiçik otelləri, amma güvənli olmasını seçər. Xərçənglər bədxərcliyi sevmədiklərindən, tətilə çıxarkən çox şey almazlar.
Şir
Şir bürcü gündəlik həyatında belə rahatlığı sevər. O ki, qaldı tətilə, bu unudulmaz bir tətil olmalıdır. Yaxşı tətil üçün pul yığar. Kiçik tətillər onluq deyil. Şirlər hara gedir getsin, pulunun yetəcəyi bir lüks otelləri üstün tutar. Gecə həyatını da ləngitməz.
Qız
Qızlar ən çox enerjisini aparan yerlərə gedər. Bu bürcdə doğulanlar tətildə oturmağı yox, gəzməyi üstün tutarlar. Pul xərcləmədə xəsis olsalar da, ürəyi istədiklərini alarlar. Masaj, sauna bu bürcə yaxşı gələr.
Tərəzi
Sosiyal olan tərəzilər daha çox üzlərini böyük şəhərlərə tutarlar. Ən çoxda tətilə dostlarıyla gedərlər. Kiçik yerdə olsa daha tez qaynayıb-qarışarlar. Tətildə sevdikləriylə olsa tətilini daha yaxşı keçirmiş olar.
Əqrəb
Tətil proqramı fikirləşmək belə əqrəblərə çətin gəlir. Başına nəyi qoydusa, ora da gedər. Sakit və ilham verən yerləri seçər. Su yerləri, dəniz onu xoşbəxt edər. İnsanlardan kənar dincəlmək istəyər. Göl kənarında balıq tutaraq, kitab oxuyaraq, tətilini keçirə bilər.
Oxatan
Sportla keçirilən tətil oxatançun əla keçər. Nə qədər uzağa getsə, tətil də o qədər həyəcanlı olar. Gecə ulduzların altında yatmaqdan zövq alar. Tətilində ləzzətli yeməklərdən geri qalmaz.
Oğlaq
Tarixi yerlərə önəm verirlər. İstanbul'da Pera Palas, New York'ta Plaza, Londonda qalmaq onun ürəyicə olar. Oğlaq bürcü ailəsinə bağlı olsa da, tətildə onlardan uzaq olmaq istəyər.
Dolça
Dolçalar hara getsələr də, tətilin vaxtına giməmək üçün təyyarə ilə gedərlər. Yaponiya onlar üçün maraqlı tətil yeri ola bilər. Tətil boyu spa salonlarına gedərlər. Masaj, sauna onlar üçün pis olmazdı. Daha çox xidmətdə yaxşı durulan yerlərə gedərlər.
Balıqlar
Balıqlar romantik tətili seçərlər. Tətilində mütləq sevgi olmalıdır. Dənizin dalğasını eşidəcək qədər yaxınlıqda yerləşən oteli üstün tutarlar. Balıqlar üzməyi, gəmidə gəzməyi, dəniz kənarlarını çox sevərlər. Yetər ki, sevgi, romantika olsun.


Tarix: 24.11.2014 / 15:57 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Burcler haqqinda çox şey
loading...