Buğa bürcü astrologiyada boğaz bölgəsini və qırtlağı təmsil edir. Buğa bürcü insanları Venera tərəfindən idarə olunarlar və buna görə zəngin və şirin qidalar qəbul etməyə son dərəcə uyğundurlar. Az və yavaş hərəkət etdiklərindən, kökəlmə riskləri yüksəkdir.
Xərçəng bürcü insanları, həm özlərini, həm ətraflarındakı insanları yedirzdirməyi sevirlər. Doğuşdan biraz yumru bədən qurluşludurlar və irəlidəki yaşlarda kilo almağa meyilli olarlar. Yüpiter tərəfindən idarə olunan oxatan insanları da olduqca iştahlıdır. Bu bürcün insanları irəlidəki yaşlarda qaraciyər böyüməsinə ya da yağlanılmasına tutula bilərlər. Həmçinin balıq bürcü şirniyyat yeməyi çox sevir, bir də çox nizamlı olmadığına görə kilo almağa meyllidir.
Baxın bu da bingo! Balıq bürcüyəm və şirniyyat dişliyəm! Buna görə kilo almayım deyə yüngül şirniyyatlarla kifayətlənirəm.
Bürclərə görə seçdiyimiz yeməklər var?
İlk ağılıma gələnlər od qrupudur. Ümumiyyətlə zülallı qidalanmağı sevərlər. Şirlər və qoç bürcləri əti çox sevirlər. Acı bibəri xoşluyurlar. Dolça bürcü insanı qəhvə və ya kafeinli içkilər qəbul etməyə meyllidir. Ümumiyyətlə yuxu problemləri olur. Unlu, mayalı yeməklər, qızartmalar və şirniyyatlar buğaların və xərçənglərin seçimləridir. Pendir və növləri əkizlər bürcü tərəfindən çox yeyilir. Əqrəb, xərçəng və balıqlar maye qəbuluna düşkün olduqlarından, spirt qəbuluna meylli ola bilərlər. Oxatan bürcləri tərəvəzləri çiy olaraq yeməyi sevirlər. Oğlaqların seçimi isə, şorbalar və acı, turş dadlar. Tərəzilər şirniyyat və dəniz məhsullarına düşkün ola bilərlər.
Tarix: 24.11.2014 / 15:01 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Burcler haqqinda çox şey