Oxatan — Qoç. Bir-birinə uyğun şəxslərdir. Aralarında problem olsa belə, tez barışa bilirlər. Hər ikisinin ünsürü od olduğundan oxşar cəhətləri çoxdur. Bir-biri ilə vaxt keçirməyi xoşlayırlar. Hər cür münasibətlər mümkündür. Ailə uğurludur.
Oxatan — Buğa. Oxatan Buğanın dedikləri ilə oturub-durmağı sevmir. Buğa daha çox evə bağlıdır, Oxatansa səyahəti, gəzib-dolaşmağı sevir. Uzunmüddətli münasibətlər haqqında danışmaq qeyri-mümkündür. Ailə uğursuzdur.
Oxatan – Əkizlər. Hər iki bürc sahiblərinin oxşar cəhətləri vardır. Hər ikisi hər şeyin yaxşı olmasına inanır. Yeni tanışları, yeni məkanı çox sevirlər. Əsas problem Əkizlərin ailədə lider olmaq istəyidir. Bu da Oxatanların xoşuna gəlməyəcək. Güzəşt olmazsa, ailə uğursuzdur.
Oxatan — Xərçəng. Bir-birindən kəskin fərqlənən iki bürc. Xərçəng sabitliyi, sakitliyi sevir, Oxatan isə həmişə yenilik sorağındadır. Dostluq münasibətləri mümkündür. Ailədə bir çox problemlərin yaranması halları ola bilər. Ailə çox vaxt uğursuzdur.
Oxatan — Şir. Bu iki bürcün münasibəti hər ikisinə xoş təsir bağışlayacaq. Oxatan məsləhətə qulaq asır, Şir isə yox, buna görə də yaranan münasibətdə Şir Oxatanın üzərində liderlik edəcək. Onlar bir-birini çox gözəl başa düşürlər. Hər ikisinin oxşar cəhətləri ailənin uğurlu olmasına zəmanət verir.
Oxatan — Qız. Bu bürc sahiblərinin münasibəti çox vaxt anlaşılmazlıqlarla nəticələnir. Oxatanın problemlərə laqeyd yanaşması Qızları özündən çıxaracaq. Münasibət çətin alınır. Çox vaxt Qız küsüb gedir, Oxatan tək qalır. Ailə uğursuzdur.
Oxatan — Tərəzi. Tərəzinin dözümlülüyü Oxatanın ürəyincədir. Tərəzi də Oxatanın qeyri-adi ekstravaqant hərəkətlərini bəyənir. Hər ikisinə ünsiyyət yaratmaq xoşdur. Dava-dalaş üçün, dedikcə az səbəb olacaq. Münasibətlər yaxşıdır. Ailə uğurludur.
Oxatan — Əqrəb. Oxatan səmimi, Əqrəb sirlidir. Oxatan münasibətlərində daimi deyil, Əqrəb qətidir. Oxatan azadlığı sevir, Əqrəb sabitqədəmdir. Oxatan tez küsüb, tez də barışır. Əqrəb isə illərlə küsülü qala bilər. Münasibətlər çətin alınır. ailə uğursuzdur.
Oxatan — Oxatan. Bu bürc sahibləri bir-birinə çox oxşayırlar. Bəzən bu oxşarlıq yalnız müsbət xüsusiyyətlərə deyil, mənfi xüsusiyyətlərə də aiddir. Hər ikisi lider olmağa can atır. Ailədə tərəflərdən biri güzəştə getməyi bacarsa, uğurlu münasibət alına bilər.
Oxatan — Oğlaq. Oğlağın hərəkətlərində ehtiyatlıq var. Oxatan isə çox vaxt riskə getməyi sevir. Oğlaq Oxatana qarşı çox tələbkardır. Bu isə Oxatanı yorur. Onlar bu münasibətlərdən tez bezirlər. Ailə çox vaxt problemlidir. Od ilə Torpaq ünsürlərinin bir evdə olması çox çətindir.
Oxatan — Dolça. Hər ikisi qısqanc, əyləncəni sevən filosof, işgüzardırlar. Oxşar cəhətlərinə baxmayaraq, çox vaxt münasibətlərdə problemlərlə üzləşirlər. Dostluq və işgüzarlıq münasibətləri mümkündür. Böyük sevgi olmasa, ailə çox vaxt uğursuzdur.
Oxatan — Balıqlar. Bir-birindən çox fərqlənirlər. Heç biri güzəştə getməyi bacarmır. Balıqları başa düşmək Oxatana çətin gəlir. Bir-birini sevsələr də, ailədə problemlər yox deyil. Çox vaxt münasibətlər uğursuzluğa gətirib çıxarır.
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Burcler haqqinda çox şey