Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Wir

ŞİR ulduzlar padşahı olan Günəşin himayəsi altındadır. Buna görə də Zodiakın mərkəzi simasıdır. O parlayır, səmada süzür. Çox çətinlik çəkir, çünki tez-tez zorakılığa əl atır, lakin xarakterinin əsas cəhəti xeyirxahlıqdır. Lovğalıq ŞİRƏ yaddır. ŞİR təbiidir. Bununla da ürəkləri fəth edir. Hər kəs ŞİRİN yanında olduqda başa düşüldüyünü hiss edir. ŞİRİN köməyinə bel bağlamaq olar.
ŞİR temperamentlidir, tez qızışandır. Çox böyük daxili qüvvəyə malikdir. İgidlik göstərməyə qabildir. Lakin şöhrətpərəstliyi də vardır. Uşaqlıq xüsusiyyətlərini qoruyub saxlamışdır, sadəlövhdür, onu təsir altına almaq asandır, tələyə asanlıqla düşür. Psixoloji duyumunun olmaması ona səhvlərə, bəzən də əsl faciəyə gətirib çıxarır. Lakin nə qədər çətinliklərə rast gəlsə də, təbii şuxluğunu nadir hallarda itirir. Adamlarda olan xainlik onu hər şeydən çox heyrətləndirir. ŞİR özü vəfalı dostdur. Lakin səbatlı deyildir. ŞİR səxavətlidir, var-dövləti və cah-cəlalı sevir. Nizamsızlığı və israfçılığı buna gətirib çıxarır ki, yoxsulluq içində ölür. Qonaqpərvərdir. Qumarı, idmanı, yarışları xoşlayır. Bu işarə altında dünyaya gələn adamlar hər hansı peşənin sahibi ola bilərlər. Lakin çox vaxt rəhbər vəzifələr tuturlar.
QADIN-ŞİR. Məhəbbətdə səmimi, hərarətli səxavətlidir, dolaşıq sevgi macəralarını xoşlamır. İstəyir ki, pərəstişkarları çox olsun. Lakin çox məğrur olduğu üçün təsadüfi əlaqələrdən qaçır. Qadınlarla dostluğu o qədər də xoşlamır, kişi məclisini üstün tutur. Sevdiyi adama qarşı çox tələbkardır, xəyanəti bağışlamır. Heç vaxt güzəştə getmir. Sevdiyi adamın onu sevdiyini və ona layiq olduğunu qətiləşdirmədikcə nikah bağlamır. Gözəl ana və evdar qadındır.

İşarələrin qarşılıqlı münasibətləri: BUĞA, DOLÇA və ƏQRƏB ilə ittifaq uğursuzdur. ƏKİZLƏR, TƏRƏZİ və OXATAN ilə ittifaq uğurludur. QOÇ ilə ŞİRİN xarakterində və temperamentində ümumi cəhətlər çoxdur: məhəbbət tez başlanır. BUĞA ilə möhkəm ittifaq mümkün deyildir. Böyük fiziki cazibəyə baxmayaraq BUĞANIN tərsliyi xudpəsənd ŞİRİ əsəbiləşdirir. QIZ hər şeyə tənqidi yanaşdığına və kifayət qədər temperamentli olmadığına görə onunla münasibətlər mürəkkəbdir. OXATAN ilə ümumi cəhətləri çoxdur temperamentləri mürəkkəb və oxşardır. Hər ikisi səmimi, təbiidir. OĞLAQ ilə ittifaq çətin ki, mümkün olsun, yalnız əməkdaşlıq və dostluq uğurludur. ƏQRƏB ilə ittifaq çox şübhəlidir.


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: Burcler haqqinda çox şey
loading...