Dolça — Qoç. Bu bürc sahiblərinin oxşar cəhətləri var. Hər ikisi liderliyə can atır. Təbii ki, çox vaxt Qoç qalib gəlir. Problemli münasibətdir, ailədə yaranan söz-söhbətlər hər ikisini tez bezdirəcək.
Dolça — Buğa. Hər ikisi sözünü deməyi bacarandır. Güzəştə getmirlər. Bunlar arasındakı münasibətlər dostluq münasibətləridir. Sevgi çətin hallarda meydana gələ bilər. Ailə nadir hallarda xoşbəxt olur.
Dolça — Əkizlər. Dəyişən xarakterə malik Əkizlər Dolçanın əmrinə tabe olacaqdır. Zövqləri və maraq dairələri eynidir. Çox vaxt bir yerdə yaradıcılıq işləri ilə məşğul olurlar. Bir-birini çox gözəl başa düşürlər. Ailə uğurludur.
Dolça — Xərçəng. Dolçanın artıq dərəcədə emosionallığı Xərçəngi özündən çıxarır. Onlar özlərinə yüksək diqqət tələb edir. Bir-birini çətin başa düşürlər. Ünsiyyətləri demək olar ki, alınmır. Ailə uğursuzdur.
Dolça — Şir. Bir neçə müddət ərzində bu münasibətlər gözəl görünə bilər. Sonradan isə problemlərin üzə çıxması onları da bezdirəcək. Hər ikisinin münasibətlərində liderlik iddiasında olması vəziyyəti daha da çətinləşdirəcək. Ailə çox vaxt uğursuz olur.
Dolça — Qız. Zirək, cəld olan Qız Dolçaya tənqidi yanaşır. Hər ikisinin mənəvi münasibətə, sevgiyə böyük ehtiyacı var. Münasibətlərdə problemlər var, ailə uğursuzdur.
Dolça — Tərəzi. Onlar bir-birinə çox uyğundurlar. Musiqini, incəsənəti sevirlər. Aralarında ciddi münaqişə demək olar ki, yaranmır. Hər ikisi bir-birini sevir, hörmət edir. Ailənin qədrini bilirlər. Ailə çox uğurludur.
Dolça — Əqrəb. Bir-birinin əksidirlər. Əqrəb qısqanc, Dolça azadlığı sevəndir. Əqrəb çox vaxt aqressiv olur, Dolça isə təzyiqi sevmir. Bu da əlbəttə ki, Dolçanın Əqrəbdən yan gəzməsinin səbəbidir. Ailə uğursuzdur.
Dolça — Oxatan. Hər ikisi aktiv, həyatsevərdir. Hər ikisi cəmiyyət içində olmağı xoşlayır. Dostluq və işgüzarlıq münasibətləri çox gözəldir. Ailə münasibətlərində isə yaranan narazılıqlar hər ikisini tez bir zamanda bezdirəcək.
Dolça — Oğlaq. Ilkin görünüşdən bir-birinə çox uyğun görünəcəklər. Hər ikisi çalışmağı, işləməyi, karyeranı, cəmiyyətdə müəyyən mövqe tutmağı bacarır. Amma ailədə problemlər var. Əsas problem onların bir-birini başa düşməməsidir.
Dolça — Dolça. Bir-birinə çox gözəl uyğun gəlirlər. Hər ikisi ağıllı, düşüncəli və bacarıqlıdır. Onları maraqlandıran mövzular çoxdur. Bir-birini çox yaxşı başa düşürlər. Ailə uğurlu ola bilər.
Dolça — Balıqlar. Bu münasibətdə xarici görünüş müəyyən rol oynayır. Belə ki, Balıqların xarici görünüşü Dolçaları valeh edir. Bu münasibətlərdə həqiqi sevgi yarana bilər, əgər Balıqlar nazlı olsalar… Tərəflərdən biri güzəştə getməyi bacarmalıdır. Əks halda, sağlam və xoşbəxt ailə haqqında danışmaq mümkün deyil.
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Burcler haqqinda çox şey