Qoç bürcünə stress və ekstrim demək olar ki, vacibdir. Bu onlar üçün adrenalin mənbəyidir, həmçinin onların gücünü sərgiləmək üçün əla bir haldır.
Qoçlar çətin vəziyyətlərdən tez çıxmaq, imkansızlara və zəiflərə kömək etməkdən zövq alırlar. Bu bürcün nümayəndələri sonadək mübarizə aparırlar – həm fiziki, həm də psixoloji.
Buğa bürcü (21 aprel — 21 may)
Buğa bürcünün nümayəndələri stress halları zamanı özlərinə uzun müddət gələ bilmirlər.
Dərt – kədər onları bürüyür. Bu halla buğalar mübarizə belə aparmağı xoşlamırlar, bir kənarda oturub təhlükənin keçməsini gözləyirlər. Buğaların ən böyük silahı – səbrdir.
Əkizlər 22 may — 21 iyun
Əkizlər bürcü çətinliyə düşən kimi həyacanlanmağa başlayırlar və dərhal stress halına düşürlər. Əkizlər dərhal uzağa qaçmağa çalışırlar, lakin psixoloji stresdən uzağa qaçmaq olmaz. Onlarda güclü streslər, dəliliyə belə gətirib çıxarda bilir.
Lakin əkizlərin bir xüsusiyyəti var ki, onlar qaranı ağ kimi qəbul edə bilir və hər şeyin yaxşı olacağına inandıra bilirlər özlərini.
Xərçəng 22 iyun -22 iyul
Xərcəng bürcü stress zamanı hətta xəstələnə bilirlər. Təhlükə zamanı dərhal özlərinə qapanır bu bürclərin nümyəndələri.
Talehin zərbələrinə davamlıdır xərçənglər və ailənin bütün zərbələrini öz üzərilərinə götürə bilirlər.
Şir 22 iyul- 23 avqust
Şir bürcündən olanlar üçün stress qıcıqlandırıcı bir haldır. Bu onlar üçün adrenalin ola bilər, lakin müəyyən həddə qədər.
Artıq bu hal onları narahat etməyə başlayanda, bu bürcün nümayəndələri öz xeyirləri naminə satqınlığa gedə bilərlər, alçala bilərlər. Ən əsası odur ki, belə hallarda şirlər tez bir zamanda özlərini təmizə çıxarda bilirlər.
Qız 24avqust -23 sentyabr
Qız bürcünün nümayəndələri stress hallarına həmişə hazırdılar. Onlara görə həyat o qədər də asan deyil. Qızların əsas məqsədi çətinlikəri dəf etməkdir.
Stress zamanı bu bürcün nümayəndələri sağlıqlarına ziyan verirlər, həmçinin ətraf insanlar da bundan nəsibini alırlar.
Qızlar bütün günahı digər insanlarda görürlər, onlar fikrincə məhz siz səhvə yol verməsəydiniz, belə hallar olmazdı
Tərəzi 24 sentyabr — 23 oktyabr
Tərəzi və stress bir birinə zidd olan şeylərdir. Bu hal tərəzilər üçün dözünülməzdir, onlar bu zaman öz psixikalarına cavabdeh belə ola bilmirlər. Onlar dərhal panikaya və təşvişə düşürlər. Burada əlbəttə satqınlığa da yol verənlər olur.
Bir çoxları üzlərini itirməsələr də, sağlıqlarına 100% zərər verirlər. Tərəzilər üçün ən yaxşı variant kiminsə arxasında gizlənmək olur.
Əqrəb 24 oktyabr — 22 noyabr
Əqrəblər acı hisslərlə dolurlar. Bu bürcün nümayəndələri stress halından belə divident götürə bilirlər.
Neqativ halda əqrəb insanı “sanca” bilər, pozitiv olduqda isə o, səni xilas belə edə bilər.
Bir çox acı xasiyyətli əqrəblər, təhlükə qarşısında “mələyə” dönürlər.
Oxatan 23 noyabr — 21 dekabr
Oxatanlar həmişə mübarizəyə hazırdılar. Lakin qələbə tezliklə əldə olunmasa o, “döyüş zonasından” qaçır və bir çox zaman bunu tək edir.
Bu bürcün nümayəndələri bir qayda olaraq, vicdan məsələlərində özlərini azad hiss edirlər.
Oğlaq 22 dekabr — 20 yanvar
Oğlaqlar bütün bürclərə dayanıqlılıq və səbr dərsi verirlər. Oğlaqlar stresə ən çox tab gətirə bilən bürcdürlər. Onlar sanki bütün zərbələrə davamlı bir “dağdırlar”.
Onlara həmişə güvənmək olar. Lakin oğlaqlardan incəliyi gözləmək lazım deyil, onlar bir çox zaman ətrafdakıları onlara borclu hiss etmək üçün sevirlər.
Dolça 20 yanvar — 19 fevral
Dolça bürcünün nümayəndələri hər bir stress vəziyyətindən orijinal çıxış yolları tapa bilirlər və yalnız özləri üçün yox.
Onları özlərini xilas etməyə çağırmaq mənasızıdır.
Balıqlar 20 fevral — 20 mart
Balıqlar bürclərin ən qəmli nümayəndələridirlər. Onlar stress hallarına həmişə hazırdılar, ağlamaq üçün səbəb axtarırlar.
Onlar hətta özgə insanların kədərinə ağlamağa hazırdılar. Balıqlardan kömək gözləmək mənasızdır.
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Burcler haqqinda çox şey