Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürclər aşiq olanda nə edirlər?

İnsanlar fərqlidirlər. Aiş olmaq da hər kəsdə müxtəlif cür olur. Sevən bürclərin necə olduğunu bilmək istəyirsinizsə bu xəbəri diqqətlə oxuyun. Aşiq olmuş insan normal halda olduğundan çox fərqlənir. Hətta öz hərəkət və davranışlarına belə təəccüb edir. Bir insan dostluq edərkən başqa, sevgili olarkən tamam başqa insan olur. Çünki sevgi hissi onu ağuşuna alır. Gəlin birlikdə aşiq olmuş bürclərlə tanış olaq.
Qadın qoç aşiq olarsa:
Qəlbiniz sevgi üçün döyünür. “Sevirəmsə, demək yaşayıram, varam!” cümləsi sizi tam izah edir. Kimi sevməyinizdən asılı olmayaraq bilirsiniz ki, qarşı tərəf sizdəki boşluqları tamlamağa qadirdir. Birlikdə bütün xüsusiyyətlərə sahib ola bilirsiniz. Siz gülər üzünüzlə insanların qəlbini fəth edirsiniz. Həyat enerjisi ilə bolsunuz. Empatiya mövzusunda yaxşı deyilsiz. Məhz bu səbəbdən qarşınızdakı şəxsi tam anlaya bilmirsiniz. Buna görə münasibətlərinizdə gərginlik ola bilir.
Bürclər aşiq olanda nə edirlər?
Qadın buğa aşiq olarsa:
Həssaslıqda və romantikada idealsınız. Xaricdən gözəl, daxildən heç olan insanların qəsdinə sadəliklə “bəzənmisiniz”. Məhz sadəliyinizdən zövq alırsınız. Həqiqət olmayan heç nəyə ehtiyacınız olmadığı kimi, real olmayan sevgiyə də dəyər vermirsiniz. Sevsəniz qarşı tərəfi bütün reallığınızla, sadəliyinizlə həyatınıza daxil edərsiniz. Bağışlamağı bacarırsınız və bu xüsusiyyətinizi sevgidə də göstərirsiniz. İdeal həyat yoldaşı simvolusunuz. Sədaqətə hər şeydən çox dəyər verirsiniz.
Qadın əkizlər aşiq olarsa:
Əkizlər incidilməkdən qorxurlar. Məhz bu səbəbdən qəlblərinin dərinliyinə kimsəni buraxmaq istəmirlər. Münasibətləri üzdən idarə edirlər. İnsanları olduğu kimi qəbul etmək istəmirsiz. Aşiq olmaq sizin üçün heç də asan başa gəlmir. Həm sizin “qaydalarınızı” pozmaq, həm də sizi incitməmək mümkün deyil. Siz dəyişilməz xasiyyətə maliksiniz. Məhz buna görə sevgidən “qorunursunuz”.

Qadın xərçəng aşiq olarsa:
Ünsiyyət qurmaq mövzusunda çox da usta deyilsiniz. Lakin bu demək deyil ki, sevgisiz həyata məhkumsuz. Sevgi sizin üçün adi bir hekayədən və ya bir ünsiyyətdən(əlaqədən) dəyərlidir. Hisslərinizə qarşı şübhə edirsinir. Lakin sevsəniz bütün ruhunuzla varlığınızla sevərsiniz. Bir insanı sevdinizsə ondan ayrılmaq və ya onu qəlbinizdən çıxartmaq çox qəliz olar. Çox dərindən sevməyiniz asanlıqla yaralanmağınıza səbəb yaradır. Əgər sevdiyiniz insanı qəlbinizdən çıxartmağa qərar versəniz inanın ki, bunu sizdən başqa kimsə bacara bilməz.
Qadın şir aşiq olarsa:
Qadın şir əl sevgini gözləyərək ömür sürər. Sevgi taxtına yalnız aşiq olduğu şəxsi layiq görər. Lakin onu gözləyərkən başqa insanlara da şans verərsiniz. Onlardan birində əsl sevgini tapmaq ümidi ilə münasibət qurarsınız. Axtardığınız cəhətləri həmin insanda tapa bilmədiyinizdə məyus olmazsınız. Əksinə yenidən axtarışa davam edərsiniz. Sevgi sizin qəlbinizi işıqlandırır.
Bürclər aşiq olanda nə edirlər?
Qadın qız aşiq olarsa:
İnsanlara toxnmaqdan qəti çəknmirsiniz. Qucaqlamağın sağlamlığa yaxşı təsir etdiyini düşünürsünüz. Bütün yorğunlugu, dərdi, çətinlikləri sevdiyiniz insanın yanında unudursunuz. Başqa bir dünyanın sakini olursunuz. Sevənə qədər hər şey sizin üçün ya qaradır, ya da ağ. Elə ki, sevdiniz onda “rəngləri” sayıb bitirə bilməzsiniz. “Ya olduğunuz kimi davranın, ya da davrandığınız kimi olun” məsləhəti sizə görədir. Münasibətinizdəki çatışmamazlıqlardan “qidalanırsınız”. Mübahisə etdiyiniz qədər çox sevərsiniz. Münasibətlərdə mübahisəni normal görən şəxsə ehtiyacınız var.
Qadın tərəzi aşiq olarsa:
Tərəzi bürcünün qadını təkliyi sevməzlər. Bir anı belə tənha olmaq istəməzlər. Siz xırdalıqlar sayəsində xoşbəxt olmağı bacaransınız. Bir xoş söz sizin üçün digər insanlara nisbətən daha çox məna daşıyır. Sizə gül hədiyyə edildiyində sevincinizin həddi hüdudu olmur. İsti, səmimi və az da olsa saflığınız ətrafınızdakı insanlara etibar hissi bəxş edir. Dəfələrlə aşiq ola bilərsiniz. Lakin ailə qurmaq məhz sizə görədir.
Bürclər aşiq olanda nə edirlər?
Qadın əqrəb aşiq olarsa:
Bürcünüzün təsiri ilə siz mübahisə, əsəb, qəzəb, güc nümayişi göstərirsiz. Əslində bu “şou” xoşunuza gəlir. Bəlkə də dərin sevginizin səbəbi də bu davranışlardır. Özünüzü unudacaq qədər dərindən sevərsiniz. Romantik dünyaya sakin olmaq sizin üçün həyat məqsədi kimidir. Ən qatı qaydalara belə riayət etməyi bacarırsınız. Qarşı tərəfin sizi başa düşməsi və uyğunlaşması bir qədər qəliz ola bilər.
Qadın oxatan aşiq olarsa:
Siz biraz güzgü kimisiniz. Qarşınızdakı insanın formasına keçirsiniz. Sevgiliniz sizi bəyənsin deyə bir an içində onun “bənzəri” olursunuz. Onun maraqlandıqları ilə maraqlanır, onun hobbilərini belə öz hobbinizə çevirirsiniz. Qısqanclıqda isə biraz həddini aşırsınız. Sevdiyiniz, dəyər verdiyiniz hər kəsi qısqanmağınız və bu qısqanclığınızı gizlətmədən açıq şəkildə dilə gətirməyiniz münasibətlərinizə zərər verir. Qarşınızdakı insandan sədaqət tələb edirsiz. Bu qaydaya ilk olaraq sizin də riayət etməyiniz düzgün olar. Hisslərinizi sevgilinizə açıq şəkildə göstərməyiniz qarşı tərəfi çaşdırır. Lakin sizi bu xüsusiyyətlərlə də sevən tapılır.
Bürclər aşiq olanda nə edirlər?
Qadın oğlaq aşiq olarsa:
Dalğalı dənizdə yelkən açan kimisiniz. Dalğalar sayəsində bütün hiss və duyğularınız sovrulur, çalxalanır. Heç də bu vəziyyətinizdən narazı olmayın. Bunu dalğalı dənizə çıxarkən düşünməli idiniz. Siz fəsil kimisiniz. Hansı ruh halınızda necəsinizsə o cür də insanı həyatınıza daxil edirsiniz. Çox həssas və hissiyatlısınız. Eşqə düşdüyünüzdə özünüzü dünyanın ən aşiq insanı kimi hiss edirsiniz. Sizin xoşunuza gəlməyən hər hansı bir şey yox kimidir. Əlaqədə enmələr, qalxmalar, giriş və çıxışlar yaşadığınız üçün bir insanla uzun müddət münasibət qura bilirsiniz.
Qadın dolça aşiq olarsa:
Qaydaları pozmaqdan, onları alt-üst etməkdən, deyilənin tam əksini etməkdən zövq alırsınız. Qadağaları pozmağınızdan aldığınız zövq sizə uzun müddət müsbət enerji verir. Sonra yenidən reallığa qayıdırsınız. Çətinliyə, sıxlığa dözümünüz yoxdur. Həyatınıza daxil etdiyiniz insanın yenilik gətirməyinə deyil, sizin çatışmamazlıqlarınızı, boşluqlarınızı doldurmağına diqqət edərsniz. Mənəvi dünyanızı qorumaq üçün bir neçə dəfə aşiq olmaq əvəzinə bir dəfə aşiq olmağa üstünlük verin.
Qadın balıq aşiq olarsa:
O qədər həssassınız ki, dərinlik sahibisiniz. Bir münasibət bitməyincə digərinə rahatlıqla başlaya bilərsiniz. İnsanlara tez alışırsınız. Ayrılmaq mövzusunda isə ləngsiniz. Tərəf müqabilinizi seçərkən diqqət, bilik, xırdalığa dəyər vermək kimi xüsusiyyətlərin olub-olmadığına fikir vermirsiniz. Lakin münasibət davam etdiyi müddətdə həmin xüsusiyyətləri onda axtarırsınız. Çox tələsik qərar verirsiniz. Ayrılmaq isə asan başa gəlmir. Tez aşiq ola bilirsiniz. Bu qədər tələsik qərarlar verməyin.


Tarix: 24.11.2014 / 15:09 Müəllif: Aziza Baxılıb: 137 Bölmə: Burcler haqqinda çox şey
loading...