Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nigahların uyğunluğu haqqında bürclər nə deyir? (1-ci hissə)

Kişi qoç-qadın Qoç
" İki qoçun başı bir qazanda qaynamaz " deyimi məhz onlar üçündür. Arzuolunmaz nigahdır.

Kişi qoç-qadın Buğa
İncə və gözəl qadın Buğa xoşbəxtlik naminə Qoçun ailədə əsas rolunu qəbul etsə, əsl dünyəvi bir ittifaq alınacaq.

Kişi qoç-qadın Əkizlər
İdeal nigahdır. Qoç bilir ki, onun qadını ağıllı və gözəldir. Hər ikisinin coşqun xasiyyəti, söz və əməl birliyi bu nigahı uğurlu edir.

Kişi qoç-qadın Xərçəng
Dünyagörüşlərindəki ziddiyət və təzad, fikir müxtəlifliyinə görə bu nigah arzuolunmazdır. Coşqun xasiyyətli Qoçla emosional xasiyyətli Xərçəngin ittifaqı nəhayət ki, Qoçun qapını çırpıb getməsi ilə nəticələnəcək.

Kişi qoç – qadın Şir
Bu nigahda xasiyyət və temperament baxımından ümumu cəhətlər çoxdur. Məhəbbətdə təbii, səmimi və impulsiv olan qadın Şirin mərifət və məharəti tündməcaz və kobud Qoçu evə, ailəyə bağlayacaq. İntim münasibətdə əla tərəf müqabildirlər.

Kişi qoç – qadın Qız
Soyuq təbiətli qadın Qızın gözəlliyi güclü və qətiyyətli Qoçu qıcıqlandırsa da hisslərinə və ehtirasına cavab ala bilməyən Qoç tezliklə bezıb evdən gedəcək.

Kişi qoç – qadın Tərəzi
Bu iki bürc bir-birinin tam əksidir. Lakin tez coşan, başqasının fikri ilə hesablaşmayan ərlə, düşüncəli, yaraşıqlı, özünü tez ələ almağı çox gözəl bacaran qadın arasındakı güclü cazibə bu nigahı uğurlu edir.

Kişi qoç – qadın Əqrəb
Iki güclü şəxsiyyətin bir-biri ilə mübarizəsində yeganə müsbət cəhət intim həyatdakı uyğunluqluqlarıdır.

Kişi qoç – qadın Oxatan
Hər iki tərəf yaxşı tərbiyə alıbsa gözəl nigahdər. Bir-birini itirməmək naminə hər iki tərəf güzəştə getməyə hazırdır.

Kişi qoç – qadın Oğlaq
Qoç üçün möhkəm arxa, qadın üçün isə valideynlərinin iradəsi ilə baş tutan nigahdır. Əgər Qoç zəif iradəlidirsə, qdının əlində alətə çevriləcək, əks halda bu nigah ikilikdə təklikdir.

Kişi qoç – qadın Dolça
Bu bürcləri güclü fiziki yaxınlıq birləşdirir. Qadın ərinə hörmət edəcək, ona azadlıq və müstəqillik verəcək. Qadınının ondan sevgi və nəvaziş tələb etmədiyini, bəlkə də bunları kənarda axtarmasını Qoç hiss etməyəcək. İdeal nigah hesab olunur.

Kişi qoç – qadın Balıqlar
Zəhmli olorQoç ərlə, sakit təbiətli, fağır qadın Balığın arasındakı qarşılıqlı anlaşma ilə yaranan bu nigahda əgər ailədən kənar ideyalar, birgə fəaliyyət, ideya-fikir birliyi varsa uzunömürlü nigah ola bilər.


Tarix: 24.11.2014 / 15:37 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Burcler haqqinda çox şey
loading...