Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daşların Mənaları

Mineralların insana müalicəvi təsiri litoterapiya adlanır. Hələ qədim zamanlarda belə hesab edirdilər ki, yerdəki mineral daşlar enerjini ulduzlardan götürüb insanlar ötürür. Onda görə də məhz hansı daşın insana uğur gətirəcəyini, hansının müalicəvi əhəmiyyətli olduğunu, hansının sevgi-məhəbbət Rəmzi daşıdığını öyrənməyə çalışırdılar.
Bəzi ölkələrdə Zodiak nişanlarını bu daşlarla əlaqələndirirdilər.
Qoç- Yaşam;
Buğa- Əqiq;
Əkizlər- Xalsedon;
Xərçəng- Zümrüd;
Şir- Serdolik;
Qız- Firuzə;
Tərəzi- Xrizolit;
Əqrəb- Beril;
Oxatan- Topaz;
Oğlaq- Rubin;
Dolça- Qranit;
Balıqlar- Ametist.

ALMAZ- Günəşin və Marsın daşıdır. Almaz hər rəngdə ola bilər. Ən nadir tapılanı isə qırmızıdır. Qədim yunanlar almazı «Tanrıların göz yaşı» sayır, onu hakimiyyətin Rəmzi hesab edirdilər. İnsanlar inanırlar ki, kimin barmağında almaz üzük varsa o pis yuxu görmür. Ağır doğuş keçirən qadınların qoluna almaz bağlayırlar. İnanclara görə şeytan almazdan qorxur.
AMETİST- Saturna və Neptuna himayəlik edir. Bənövşəyi kvarsdır, ağıl daşı sayılır.
Göz xəstəliklərindən, allergiyadan, baş ağrılarından əziyyət çəkənlərə və ürəyindı problemi olanlara yaxşı təsir göstərir. Beyini inkişaf etdirir, mənfi enerjini aradan götürür, yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir, yaxşı yuxu gətirir. Sinir sistemini sakitləşdirir. Balıqlar bürcündə doğulan insanların uğur daşıdır.
KƏHRƏBA-Qədim zamanlardan sağlamlıq Rəmzi hesab olunur. Qalxanabənzər vəzin yəni zob xəstəliyinin müalicəsində faydası var. Həmin xəstəlikdən əziyyət çəkənlər kəhrəbanı boyunbağı kimi gəzdirirlər. Bu il siçan ili olduğundan kərəbanı da ilin daşı saymaq olar. Şir bürcü altında doğulan insanların talismanıdır.
QRANAT- Tünd qırmızı daşdır. Taleh, məhəbbət daşı sayılır. Rəngi qırmızı olduğundan onu qan daşı da adlandırırlar. Təbii tozunu su ilə içəndə insanın yaddaşı yaxşılaşır, ürəyi sakitləşir.
FİRUZƏ- Mavi rəngli bu daş müalicəvi əhəmiyyətə malikdir. İnsanlar inanırlar ki, firuzə daşı onları pis nəzərdən qoruyur, mübahisələri dayandırır, ailədə əmin-amanlıq yaradır, evə ruzi gətirir.
Daşını tanı :
Mirvari- saglamlıq
Opel- ümid
Topaz- sədaqət
Firuze- çiçəklənmə
Xrizolit- nigahta xöşbəxtlik
Sapfir- əqlin qabiliyyəti
Rubin- gözü açıqlıq
Qranit- düzgünlük
Ametist- təbiilik
Akvamarin- cəsurluq
Almaz- bakirəlik
Zümrüd- məhəbbət
SERDOLIK- AWK, SEVGI daşıdır! Bu daşı taxan şəxs sevgi baxımından uğurları yaranacaq özdə tez bir zamanda!


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 268 Bölmə: Burcler haqqinda çox şey
loading...