Astrolog Meral Erduran Ilgazın bürclər və filmlərlə bağlı maraqlı yazısını sizlərə təqdim edirəm.
Hər bürc astrologiyada ziddiyyət təşkil etdiyi bürcüylə bir əks meydana gətirər və həm cəzb etmə, həm itələmə əlaqəsi yaşayar. Ona görə 12 bürcün ziddiyədiylə bir əlaqəsi vardır. Ilgaz hər bürc əksi üçün bir film təklif edir.
Qoç- əksi (tərəzi): "Ürəyimi açsam rədd edilərəm"
Bu insanlar ‘Əlaqə Üçbucaqları' yaşamağa daha çox çəkilərlər, amma çox vaxt əlaqə üçbucaqları yaşadıqdan sonra yoldaşlarına geri dönərlər. "Uyğun olmayan yoldaşı tapma" vəziyyətinə daha çox rast gəlinər. Yəni evli bir adamla birlikdə olma, həyat yoldaşın onu aldatdığını bilə-bilə əlaqə içində qalma ya da iki adama eyni anda aşiq olma kimi vəziyyətlər bu insanlarda daha çox görülər. Yenə bunlardan qaynaqlanan günahkarlıq və günah duyğusu bu insanları hər vaxt narahat edir.
Closer - Daha Yaxınlaş (2004). Cinsilik, aldatma, qısqanclıq və günahkarlıq duyğusu hakimdir. Əlaqələri davam etdirmək uğruna deyilən yalanlar və insanların özlərinə dedikləri yalanlar.
Vicky Cristina Barcelona (2008). Əlaqə üçbucaqlarıyla dolu bir film.
Buğa- əksi (əqrəb): "Ehtiyac duymağa haqqım yoxdur"
Bu əks ehtiyaclarla əlaqədardır. Ehtiyaclar göz ardı edilər ya da qarşılana bilməyəcək qədər böyük olarlar. Adam özünü bir kənara buraxıb qarşısındakı adama asılı olmağı seçim edə bilər. Adam iki uc arasında gedib gəlir. Ya tərk edər və qaçar ya da qarşısındakı adamın içinə girərək çox asılı və ehtiraslı bir xarakter sərgilər.
Anna Kareninada Anna eşqi uğruna ictimai möhtərəmliyini hətta çox sevdiyi oğulunu belə heçə sayaraq eşqinin ardından gedir, lakin bu eşq də ona qeyri-kafi gəlir və zamanla qısqanclıq onu intihara qədər sürüyür.
Crazy, Stupid, Love (2011) Dəli Axmaq Aşiq: Arvadının onu aldatması nəticəsində evdən ayrılan Cal (Steve Carell), bir barda tanış olduğu Jacob (Ryan Gosling) sayəsində subay yaşamanın sirlərini öyrənər, amma əsl məqsədi hər vaxt arvadının sevgisini təkrar qazanıb onu yenidən əldə etməkdir
Bütün Twilight seriaları… Sevgisi uğruna ölməyi qəbul etmək. Ölümlü-ölümsüz olma mövzuları, ölülərin dünyası.
Əkizlər- əksi (oxatan): "Tələyə salındım və qısdırıldım. Çarəsiz vəziyyətdəyəm"
Bu insanlar əlaqələri içində də, yaxınlaşdığı zamanlarda tələyə düşmüş kimi hiss etməsinə səbəb olar. Həyat yoldaşının ya da sevgilisinin özünü məhdudlaşdıracağından və ya onu maneə törədəcəyindən qorxar. Bu səbəblə hər vaxt ona azadlıq verən, özünü inkişaf etdirməsinə kömək edən və ona yeni şeylər öyrədən insanlara ehtiyac duyar.
Addicted to Love (1997) Eşq Tutqunu: Sam (Matthew Broderick), kiçik bir qəsəbədə yaşayan bir astronomdur. Lindaya (Kelly Preston)a aşiqdir və cütlük evlənməyi düşünür. İbtidai məktəb müəllimi Linda məktəbi təmsil etmək üçün New Yorka çağrılır. Bu onun üçün bənzərsiz bir fürsətdir, çünki o artıq fərqli dünyaları, yenilikləri kəşf etmək istəyir. New Yorka gedincə də Fransız bir restoran sahibinə aşiq olar və gerçək eşqi tapdığını bildirir.
The New World (2005) Yeni Dünya: Terrence Malickin idarə etdiyi Colin Farrellin baş rol oynadığı film… Amerikanın kəşfini romantik bir hekayəylə izah edən film, Kapitan John Smith və qızıl dərili şahzadə Pocahontasdan ilham almışdır. Fərqli iki dünyaya aid iki adam arasındakı romantik əlaqə, ikisinin də fərqli bir dünyanı kəşf etməsinə səbəb olur.
Xərçəng- əksi(oğlaq): "Var olmağa haqqım yoxdur"
Münasibəltlərdə xariclənmə, asosyallıq ya da özlərini ətrafdan soyutmaq "Heç kim məni sevmir, Heç kim məni anlamır. Bu dünyanın insanı deyiləm. Bura aid deyiləm" fikri içində ola bilər. İnsan xarici dünyayla zehni təmasdadır, ancaq romantik olaraq təmasda çətinlik çəkə bilər. Bu dünyada görmədikləri istiliyi özlərindən daha böyük bir həqiqətdə axtararlar; bu səbəblə fərqli insanlardır.
Lost en Translation (2003) Bir Danışa bilsə. Bob (Bill Murray) məşhur lakin məşhurluğunu itirmiş bir film ulduzudur. Bir reklam filmi çəkilişi təklifi üzərinə Tokioya gedər. Ətrafıyla ünsiyyət qurmaqda çətinlik çəkər. Charlotte (Scarlett Johansson) isə fotoşəkilçi həyat yoldaşı Johnun edəcəyi çəkiliş üçün Tokiodadır. Əri davamlı işlədiyi üçün o da özünü çox tək hiss edir. Bob və Charlotte qaldıqları oteldə tanış olarlar. Əvvəllər zaman keçirmək üçün başlayan əlaqələri gedərək qarşı qoya bilmədikləri bir yaxınlaşmağa başlayırlar.
Body Guard (1992): Köhnə gizli xidmət agenti olan Frank Farmer (Kevin Costner), pop ulduzu Rachel ‘Rach' Marronu (Whitney Houston) qoruma vəzifəsini qəbul etmişdir. Əvvəllər Frank ilə Rachel heç razılaşa bilməzlər. Lakin daha sonra aralarındakı qorunma əlaqəsi eşqə çevrilər. Ürəyinin qapılarını eşqə bağlamış olan sərt oğlaq xarakterli Frank, eşqi və məsuliyyəti arasında sıxışıb qalmışdır. Rachel isə ilk başlarda soyuq və şöhrətin gətirdiyi məsafəli havanı qoruyan rəftarıyla oğlaq xarakterini canlandırır kimi görünsə də, sonraları əslində xaricinə qabıq hörmüş olan və qorunmağa möhtac halıyla xərçəng tipinə bağlanar.
Şir- əksi (dolça): "İstifadə edildim, alçaldıldım"
Bu əks adamın özünə güvən duyğusuyla və özünü qəbul etməsiylə əlaqədardır. Adam uşaqlığından etibarən valideynlərinin arzularını və ehtiraslarını edərək istifadə edilmişdir. Cəmiyyətdə adamın yanıldıcı üzü qəbul görməkdədir, lakin gerçək öz mənliyi zəif düşməkdə və göz ardı edilməkdədir. Öz dəyərlərini və kim olduqlarını tam bilə bilməzlər. Bu insanlar içdən olaraq nümayişi sevərlər və özlərini dəbdəbəli bir şəkildə xarici dünyaya təqdim edərlər.
You've Got Mail (1998) Mesajınız Var: Kathleen Kelly (Meg Ryan) kiçik bir kitabçı dükanına malikdir. Joe Fox (Tom Hanks) isə, müvəffəqiyyətli bir iş adamıdır və böyük bir kitabçı zəncirinə malikdir. Joe hər şeyi iş hesab edir və Kathleeni işindən edərkən "Bu yalnız bir iş, bunu özünə götürmə" deyir. Kathleen isə, "Bu da nə demək? Hər şey fərdidir. Həyatda hər şey fərdi olaraq başlar" deyərək ürəkdə yaşamanın nə qədər əhəmiyyətli olduğunu vurğulayır.
Breakfast at Tiffany's (1961) Tiffanyda Nahar: Audrey Hepburnun unudulmaz filmi… Partiya qızı, zəngin kişilərə eskortluk edən, həddindən artıq dəbdəbəli, lüksü və lüks həyatı sevən yalnız əyləncəni düşünən, amma əslində bağlanmaqdan qorxan bir quruluşa sahibdir. Holy xarakteri (Audrey Hepburnun) xarakteri həm şir, həm də dolça arketipinin qarığışından meydana gəlmişdir. Partiya qızı amma eyni zamanda da çaşdırıcı bir həyat hekayəsi var. Həmişə başqaları üçün yaşamış öz şəxsiyyətindən tam olaraq əmin deyil. Lüksü sevir. Nə vaxt bədbəxt hiss etsə məşhur ləl-cəvahirat dükanı olan Tiffanysa gedir və vitrindən ləl-cəvahiratı seyr edərkən depresiyasından xilas olmağa çalışar. Bağlanmağı sevmir. Çox sevdiyi pişiyinə belə sırf buna görə bir ad qoymayıb və ona "cat" (pişik) deyir.
Qız- əksi (balıq) "Yalnız özümü fəda etsəm sevilə bilərəm."
Əlaqələrdə qurban və qurtarıcı arketipi güclüdür. Əgər uşaq hər hansı bir səbəbdən erkən yaşda qoruyucusunu itirdiyini düşünsə, azad iradəsi əlindən alınmış kimi hiss edər. Bu vəziyyətdə öz yoluna gedə bilməyəcək və avtomatik olaraq qurban vəziyyətinə düşəcək. Hər vaxt qarşısındakına prioritet verərək "Əvvəl başqaları" deyər. Bu insanlar fədakarlıqda olacaq ehtiyaclarından ötəri hər vaxt bir şeylərə ehtiyacı olan insanları həyatlarına çəkərlər. Spirtlilər, xəstələr, psixoloji problemləri olanlar bu insanların ən çox cazibə hiss etdikləri insanlardır.
Leon (1994) Sevginin Gücü: jean Rêno və ailəsi öldürüldükdən sonra bir cangudən tərəfindən himayəyə alınan 12 yaşındakı bir gənc qızı canlandıran Natalie Portman arasındakı eşq ya da sevgi hekayəsidir. Mathilda (Natalie Portman) atası narkotik işləriylə məşğul olduğu üçün əvvəl kiçik qardaşına baxma rolunu üstlənər; ailə öldürülüncə tək başına qalar və Leon (Jean Reno ) tərəfindən himayə edilər. Qurban və qurtarıcı rollarının bolca olduğu filmin sonunda Leon Mathilda üçün özünü fəda edər.
About a boy (2002) Bir Kişi Haqqında: Marcus (Nicholas Hoult) və anası Fiona (Tonu Collette) arasındakı əlaqə qız-balıq əksi üçün çox gözəl bir nümunə meydana gətirir. Ana psixoloji olaraq çətin vəziyyətdədir, intihara təşəbbüs göstərmiş biridir. Uşaq ananın ona baxa bilməyəcəyini görür və erkən yaşda özünə baxma məsuliyyətini almaq məcburiyyətində qalır. Özünü anasına baxmaq məcburiyyətində hiss edir. Sırf anasını xoşbəxt edə bilmək üçün məktəbdə tənqid mövzusu olma uğruna onun ənsevdiyi mahnını səhnədə oxuyue. Hugh Grant isə, istəyəsə belə daha sonra Marcusun qurtarıcısı rolunu üstlənir.
Tarix: 24.11.2014 / 15:36 Müəllif: Aziza Baxılıb: 347 Bölmə: Burcler haqqinda çox şey