Qoç - göy yaqut, ametist
Buğa - zümrüd
Əkizlər - əqiq, beril
Xərçəng - əqiq, zümrüd
Şir - aleksandrit, yaqut
Qız - olivin, yaşma
Tərəzi - beril, almaz
Əqrəb - topaz, gematit
Oxatan - firuzə, sapfir
Oğlaq - süleymandaşı, opal
Dolça - ametist, sapfir
Balıqlar - yaşma, xrizolit
Hansı daş-qaş qiymətli hesab olunur? Əlbəttə ki, gözəl və möhkəm olanı.
Hər bir daş həyatını Yer kürəsinin qabığında başlayır. Qiymətli və adi daşlar məhz burada əmələ gəlir. Bəziləri vulkanın alovlu ağzında, digərləri isə bapbalaca tozcuqdan yaranır.Bütün əşyalar kimi qiymətli daşlar da atomdan ibarətdir. Atomları "əl-ələ" tutan balaca kürəciklər şəklində təsəvvür etmək olar. "Bədən" atom, "əllər" isə elektronlardır. Amma atomların hamısı "əl-ələ" tutmurlar, çünki "əllər"in sayı məhduddur. Bir-birilə ən möhkəm bağlanan almazın tərkibindəki karbonun atomlarıdır: atomun hər dörd "əl"i yanındakı atomun dörd "əl"indən möhkəm bağlanıb. Beləcə, çox möhkəm şəbəkə yaranır. Ona görə də almaz ən möhkəm material hesab olunur və 10 dərəcəli cədvəl üzrə 10 xal qiymətləndirilir.
Amma qiymətli daş-qaş tək möhkəmliyinə görə qiymətləndirilmir. Eyni ölçülü daşlar müxtəlif dərəcədə qiymətli sayıla bilər. Səbəb onun təmizliyindədir.Adi halda gözlə görünməyən çirk hələ daş əmələ gələrkən atomların arasına düşür. Amma mütəxəssis fotometrlə daşın üzərinə işıq salan kimi onu aşkar edə bilər.
Emal edilmiş daş minalandırılmış və təraşlı daşdan fərqlənir. Yerdən tapılmış daş təraşçıya göndərilir. Cilalama maşınının köməyi ilə usta daşı zərgərlik malına çevirir. Bu çox xırda və incə işdir. Məsələn, brilyantın ən azı 56 kənarı var. Ona görə də onun üzərinə işıq düşdükdə şüaları hər kənarda qırılır və ətrafa işıq saçır.
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 291 Bölmə: Burcler haqqinda çox şey