Qoç (21 Mart- 20 Aprel arasında tanış oldunuzsa)
Astrolojik baxımdan Qoç ilin ilk bürcüdür. Qoç sevgisi fırtınalı, sakit olmayan bir sevgidir. Eynilə Qoçlar kimi... Qoç sevgisi də sürətli yaranır, düşünüb müzakirə etmək üçün çox vaxt lazım olmur. Qoç özünə güvənən bir bürcdür, bununla əlaqədar olaraq Qoç sevgisi şəhvət dolu, amma dava-dalaş da çox olan, enişli-yoxuşlu bir sevgidir.
Üstünlükləri: Sevginiz dramlarla dolub daşacaq
Müalicəsi: Qoç sevgisi yaşayanlar hədəfləri sevərlər. Özünüzə daim bir hədəf seçin. O hədəfə çatmaq sizin üçün bir beyin gimnastikası xüsusiyyətindədir və sevginizə hərəkət qazandırır
Buğa (21 Aprel-21 May arasında tanış oldunuzsa)
Öküz bürcü həssas, romantik bir bürcdür Bir-birlərinə masaj etmək, yataqda bir-birlərinə dondurma yedirmək favorit fəaliyyətləridir. Sevginizdə bahalı restoranlarda yemək yeməyə və əyləncəyə böyük əhəmiyyət verirsiniz. Mümkün olduğu qədər yataq otağı xaricinə çıxmağa və insanların arasına qarışmağa çalışın.
Müalicəsi: Qarşı tərəfin alıb-sata biləcəyiniz bir obyekt olmadığını unutmayın. Sevgidə daha həssas olmağı yoxlayın. Fiziki uyğunlaşma çox əhəmiyyətlidir
Əkizlər (22 May-21 İyun arasında tanış oldunuzsa)
Bu bürcün ən əhəmiyyətli xüsusiyyəti ünsiyyətcil olduğu üçün sevgi daim isti və çoxlu söhbətlərlə keçəcək. Əkizlər bir hava qrupu bürcüdür, bu sevgidə beyinlərin bədənlərdən daha çox təmas içində olması gözlənilə bilər. Şəhvətin doğru şəkildə yaşanması üçün ikinizdən birinin Torpaq bürcü olması yaxşı olar
Üstünlükləri: Daim çox danışacaqsınız
Müalicəsi: İşlər təhlükəli bir yoxuşa süründüyündə bir sevgi yazısı və ya şəhvət dolu bir e-poçt hər şeyi düzəldə bilər. Sevginizin doğru getməsini istəyirsinizsə boş danışmalardan imtina edib arada daha ciddi mövzular üstündə baş sındırmalısınız.
Xərçəng (22 İyun-23 İyul arasında tanış oldunuzsa)
Sevginiz ailə izlərini daşıyan qoruyucu bir havada olacaq. Həyat tərziniz ailə və ev həyatıdırsa xoşbəxt ola bilərsiniz tam axtardığınızı tapdınız deməkdir. Bu bürcə aid bir münasibəti olan kəslər tez uşaq sahibi olmaq və böyük bir ailə qurmaq istəyirlər.
Üstünlükləri: Xəyalınız tv seyr edib, birlikdə yemək bişirməksə, sizə fövqəladə bir münasibət vəd edir
Müalicəsi: Bir-birinizdən nə qədər fərqli olsanız da ev mühitində birlikdə olmaq sizə fərqli təcrübə qazandırır. Birlikdə divanda film izləyin, yemək bişirin xoşbəxtliyin müxtəlif dadlarını dadacaqsınız
Şir (24 İyul-23 Avqust arasında tanış oldunuzsa)
Həyatınız əsla darıxdırıcı olmayacaq, çünki daim dramatik yüksəlişlər və enişlər yaşayacaqsınız, ancaq müəyyən bir nöqtədən sonra yorula bilərsiniz. Şir bir Od bürcüdür yəni münasibətiniz isti olacaq, ancaq yanıb alovlanarkən münasibətinizi də yox etməməyə diqqət edin
Üstünlükləri: Şir Günəş tərəfindən idarə olunur. Münasibət nə vaxt mükəmməl olsa bunu anlayıb pozmamaq üçün əlinizdən gələni edərsiniz
Müalicəsi: Soyuqqanlılığınızı qoruyun. Hər şeyi ağ və ya qara olaraq görməkdən imtina edin
Qız (24 Avqust-23 Sentyabr arasında tanış oldunuzsa)
Nə vaxt tanış olduğunuz, nə geydiyiniz, nə yediyiniz hamısı dünən kimi yaddaşınızdadır. Qız həddindən artıq xırdaçı bir bürcdür, gözündən heç bir şey qaçmaz. Çox tənqidçi olsa da Qız bir Torpaq bürcüdür yəni həyatınızın mükəmmələ yaxın olma şansı çoxdur. Hər şeyin mükəmməl olması istəyiniz bəzən yorucu ola bilər. Həyatınızın bir az təsadüfi olmasına icazə verin
Üstünlükləri: Bir-birinizdən çox yaxşı muğayat olacaq dinc bir münasibət yaşayacaqsınız
Müalicəsi: Mübahisə etdiyiniz zaman gözəl xatirələrinizi ağılınıza gətirin və sahib olduğunuz gözəlliklər üçün şükr etməyi öyrənin.
Tərəzi (24 Sentyabr-23 Oktyabr arasında tanış oldunuzsa)
Bu münasibətin davam etmə şansı çox yüksəkdir, çünki zaman keçsə də bir-birinizə pərəstişkarlıq etməkdən imtina etmirsiniz. Tərəzi sevgi planeti olan Venera tərəfindən idarə olunur. Sevgi, səviyyəli münasibət, uyğunlaşma və dürüstlük münasibətinizin ana xəttlərini meydana gətirəcək.
Üstünlükləri: Ulduzlar sizin tərəfinizdədir, mükəmməl bir münasibət yaşamağa hazır olun
Müalicəsi: Tərəzinin ən böyük xüsusiyyəti tarazlıqdır. Həyatınıza tarazlıq gətirmək istəyirsinizsə müzakirə qabiliyyətinizi inkişaf etdirməyə çalışın
Əqrəb (24 Oktyabr-22 Noyabr arasında tanış oldunuzsa)
Əqrəb cinsi tərəfiylə məşhur bir bürcdür. Münasibətinizin böyük bir hissəsi cinsilik üzərində qurulsa da dərin və romantik bir münasibət yaşamanız üçün heç bir maneə yoxdur. Bəzən gizli qalması lazım olan şeyləri ortaya tökdüyünüz üçün problemlər yaşana bilər.
Üstünlükləri: Təkrar edim? Cinsi həyatınız həqiqətən mükəmməldir
Müalicəsi: Bir-birinizi yemək yerinə, bəzi problemləri açıqca danışın. Dava-dalaşdan qorxmayın, bunların sonunda barışmaq gözəl ola bilər
Oxatan (23 Noyabr-21 dekabr arasında tanış oldunuzsa)
Oxatan şəhvət dolu bir od bürcüdür. Mövzu qəlb münasibətləri olunca soyuq Oğlaq belə özünü itirə bilər
Üstünlükləri: Macəra üzərinə qurulmuş bir münasibətdir. Birlikdə səyahət etmək, hətta ayrı şəhərlərdə oturaraq sevgi yaşamaq sizin üçün uyğun ola bilər
Müalicəsi: Münasibəti canlı tutmaq üçün həftə sonu maraqlı planlar edin
Oğlaq (22 dekabr-20 Yanvar arasında tanış oldunuzsa)
Sizə güvən verən bir münasibət istəyirsinizsə doğru yoldasınız. Oğlaq münasibəti hər şeydən çox nizam-intizam, güvən verər insanlara. Saturn tərəfindən idarə olunan Oğlaq münasibətinin uzun davamlı bir münasibət olma şansı çoxdur
Üstünlükləri: Bu münasibətdə paylaşılmış hədəflər mövzu olduğu üçün müvəffəqiyyət şansı yüksəkdir
Müalicəsi: Oğlaq cütləri praktik və intizamlıdır bu xüsusiyyətdən faydalanaraq problemlərinizi sovuşdura bilərsiniz. Zidd düşməkdən çox, orta yolu tapmağa çalışın.
Dolça (21 Yanvar-19 Fevral arasında tanış oldunuzsa)
Bu münasibət əsla sıravi bir münasibət ola bilməz. Münasibətiniz eyni zamanda son dərəcə intellektualdır, birlikdə dünyanı xilas etmə planlarını belə müzakirə edə bilərsiniz
Üstünlükləri: Bu münasibət hər birinizə mənlik duyğusu qazandıracaq. Bu da son dərəcə aranızdakı müsbət elektriki artıran bir xüsusiyyətdir
Müalicəsi: Eyni hədəfi paylaşmaq hissi insanları daim birləşdirir. Evdə saxladığınız ev heyvanlarını birlikdə gəzdirməniz belə münasibətiniz adına müsbət bir baldır. Birlikdə planlar edin, həyatlarınızı paylaşın, amma eyni zamanda qarşı tərəfin fikrini də diqqətə alın.
Balıqlar (20 Fevral-20 Mart arası tanış oldunuzsa)
Bu münasibət o qədər uyğundur ki, ruh əkizinizi tapmış kimisiniz. Bu münasibətdən doğan sevgi romantik bir şəkildə yaşanacaq. Balıqlar filmlərdəki sevgilərə çox inanırlar və sevgilərini həqiqətən film kimi yaşayırlar: bənzərsiz və görkəmli. Balıq bürcü Neptun tərəfindən idarə olunur. Münasibətiniz hərdənbir səhv razılaşmalara və xəyalpərəstliyə qurban gedə bilər
Üstünlükləri: Bu münasibət anlayış doludur.
Müalicəsi: Hər an aşiq olmaq mümkün deyil. Gerçək bir dünyada yaşadığınızı qəbul edin. Gerçəkçi olmaq sevgini öldürmək mənasını vermir
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 338 Bölmə: Burcler haqqinda çox şey