Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürclərə görə evlilik həyatı

Qoç:

Coşğulu sürprizləri sevən Qoç qadını və kişisi qarşı cins üzərində doğuşdan gələn bir təsir və cazibədarlığa malikdir. Qoç qadını eşqi və ehtirası hiss etmədiyi bir əlaqəni əsla etdirməz. Həyəcanını itirməyən evlilik həyatı istəyər və həyat yoldaşından davamlı maraq görməyi, yoldaşının həyatında ilk sırada olmağı arzulayar.
Qoç kişisi isə enerjisi ilə əlaqənin dinamikasını qoruyar və öz yüksək enerjisinə uyğun bir qadını həyat yoldaşı seçər. Qoç kişiləri fırtınalı evliliyin baş qəhrəmanıdır. Yazınızı qışa, qışınızı yaza çevirə bilər. Bu keçidləri cəsarətlə qarşılayıb qəbul edəcək qadını özünə həyat yoldaşı seçəcək. Həddindən artıq qısqanc olduğu üçün həyat yoldaşına bir sıra qadağalar qoya bilər. Qadını ilə yaşadığı həyəcanın kənara əks olunmasını xoşlamaz.
Qoç qadını da, kişisi də cinsi həyata çox əhəmiyyət verər. Münasibətlərində yaşanan heç bir problem və müzakirənin yataq otaqlarına girməsini istəməzlər. Belə olduğu təqdirdə son dərəcə həyəcanlı, romantikanın sıx yaşandığı, kefli və rəngli bir evlilik həyatı olar.

Buğa:

Buğa qadını və ya kişisi duyğudan məhrum evliliyi əsla seçməzlər. Eşqin olmadığı cinsəllik onlarla lazım deyil. Evlilik qərarı almaları üçün tam mənası ilə güvənməli və özlərini etibarda hiss etməlidirlər.
Buğa kişisi qadınına güvənib eşqin müqəddəsliyini yaşamağa başladığı andan etibarən fədakar davranacaq və illərlə əldə etdiyi bir çox vərdişindən uzaqlaşacaq. O, evlilik həyatında xüsusi günlərə daim diqqət edir və romantikanı həyatının bir parçası halına gətirər.
Buğa qadını isə evliliyi çox ciddi qəbul edər. Özü üçün həyat yoldaşı olacaq kişinin yaxşı ata olması da onun üçün olduqca əhəmiyyətlidir. Evlilik qərarını alması üçün qarşısındakı insanı dəfələrlə sınayacaq. Özünə hörmət edilməsini və kişisinin həyatının hər mərhələsində ona dəstək olmasını gözləyəcəkdir. Buğa qadını evliliyin xoşbəxt və rahat olması üçün hər cür fədakarlıq edəcək, eyni davranışı yoldaşından da gözləyəcəkdir. Cinsi həyatı yoldaşının ona qarşı göstərdiyi nəvazişə görə dəyişə bilər. Həyat yoldaşı ona maraq göstərdiyi müddətdə heç bir problem yaşamayacaqlar.

Əkizlər:

Merkurinin enerjisi bitmək-tükənmək bilməyən mehriban insanlar, eşq və evliliyə qarşı daim tədbirli davranan insanlardır. Evlilik onları ürküdər, qarşısındakı qadın və kişinin səmimiyyətinə tam mənası ilə güvənməsi lazımdır. Romantik olduğu üçün bəzən yoldaşını qısqandırmaq üçün ona qarşı olan marağını hiss etdirməməyə çalışacaq.
Əkizlər kişisi evləndiyi qadında davamlı kəşf edə biləcəyi bir şeylər axtarar. Əkizlər qadını isə birdən-birə evlilik qərarı almayacaq, uzun müddət bir yerdə olduqdan sonra bərabərliyi rəsmiləşdirəcək. Evlilik həyatında rəngli cinsi həyatı var. Ərlərinə olan sevgilərini hər fürsətdə ifadə edər və onu cəlb edəcək davranışları ilə çaşdıraraq bütün marağını üstündə tutmağı bacarırlar.

Xərçəng:

Xərçəng qadını da, kişisi də duyğuları ilə yaşayar. Aşiq olduqları andan etibarən ürəklərini bir qorxu hissi bürüyər və duyğularını ifadə etməkdə bir müddət çətinlik çəkərlər. Ötəri əlaqələrin insanları deyillər.
Xərçəng kişisi evlənəcəyi qadına hər şeydən əvvəl hörmət etməlidir. Hər şeyini paylaşa biləcəyi qadını həyat yoldaşı seçərlər. Həyat yoldaşı onun digər yarısıdır. Son dərəcə evinə bağlı olan Xərçəng kişisi sevdiyi qədər sevilmək də istəyər. Toxunmaq onun üçün çox əhəmiyyətlidir. Şəfqətli bir öpüş və ya qucaqlaşma onlar üçün cinsəlliyə bərabərdir.
Xərçəng qadını isə son dərəcə ehtiraslı təbiətə malikdir, onu sahiblənəcək kişini həyat yoldaşı olaraq seçər. Xərçəng qadını çox küsəyəndir. İlk addımı daim kişisindən gözləyir. Diqqət göstərən bir kişi üçün edə bilməyəcəyi heç bir fədakarlıq yoxdur. Uyğunlaşma və tarazlığı təmin etməkdə olduqca məharətlidir.

Şir:

Hər ikisi də azadlığına meyilli və qarşı cinsin diqqətini üzərlərində tutmaq istəyən insanlardır. Rəngli, əyləncəli, ehtiraslı bir təbiətləri vardır.
Şir kişisi evlənməyi asanlıqla düşünməz. Bunu ona düşündürəcək qadın qətiliklə onu cəzbedəcək fərqli xüsusiyyətlərə sahib olmalıdır. Həyat yoldaşlarında təbii bir zəriflik axtararlar və ona hörmət duyan, sevgisini hər cür davranışı ilə göstərən qadınları həyat yoldaşı olaraq seçərlər. Qadın bütün mənliyi ilə cəzbedici olmalıdır. Cinsəllik həyatlarının birinci mərhələsində yer alır. Yoldaşları tərəfindən arzulandıqlarını hiss etmək onlara qarşı bağlılıqlarını daha da artıracaq.
Şir qadını evlənəcəyi insandan gözlədiklərini çox əvvəldən təyin edir. Güclü, güvən duya biləcəyi kişini həyat yoldaşı seçər. Özünə hörmət edilməsi, dəyər verilməsi onlar üçün çox əhəmiyyətlidir. Evləndiyi andan etibarən ailəsinə sahib çıxar. Qısqanc olduğu üçün duyğularını dəqiq şəkildə ifadə edər və həyat yoldaşının buna hörmət etməsini gözləyər. Sevgisini cinsəlliklə göstərməkdən xoşu gələr. Evlilik həyatında yalan və inamsızlıq olmadığı müddətdə heç bir problem yaşamazlar.

Qız:

Xəyallarını bəzəyən qadın və ya kişi axtararlar. Özlərinə görə meyarları vardır.
Qız kişisinin həyat yoldaşı qürur duyulacaq biri olmalıdır, onunla hər cür fikir mübadiləsi aparıb, hər mövzuda danışa bilməlidir. Qadının daim baxımlı və cazibədar olmasını arzu edər. Gigiyena onun üçün olduqca əhəmiyyətlidir. Qız kişisi romantikdir və həssas nöqtələri vardır. Yoldaşına qarşı daim dürüstdür. Həssaslıqlarına əhəmiyyət verən qadına qarşı daim nəzakətli və sevgi doludur.
Qız qadını romantik , yaxşı xasiyyətli və dürüstdür. Evlənəcəyi kişinin dürüst olmasına, bütün narahatlıqlarını açıq şəkildə ifadə etməsinə əhəmiyyət verər. Duyğularında səmimi olan Qız qadını bu davranışa səssiz qalmayacaq. Cinsi həyat onlar üçün xüsusi nəzər nöqtəsidir. Daim xüsusi və həyəcanlı qalması üçün bu mövzuda çox diqqətlidirlər.

Tərəzi:

Eşqlə yaşayan Venera insanları tərbiyəli və nəzakətlidirlər.
Tərəzi kişiləri evlənəcəyi qadının şahzadə kimi əsil olmasını arzu edər. Evlənmək kimi müəyyən bir düşüncələri yoxdur. Bu düşüncəni həyatına girəcək qadının əmələ gətirməsini arzu edər və bu, elə belə də olar. Şən, gülərüz və anlayışlı qadın onun evlilik həyatının şahzadəsi olar. Nəzakətsiz və qəlbi qıran davranışlardan heç xoşlanmazlar. Cinsi həyat onun üçün ritual kimidir. Yataq otağında detallara əhəmiyyət verər və yoldaşından da eyni davranışı gözləyər.
Tərəzi qadınları qarşı cinsə heç də asan güvənə bilməz. Əvvəlcə həyat yoldaşı olacaq kişinin etibarlı olmasına diqqət edər. Eşqlə bəslənən Tərəzi qadını yoldaşını da eşqlə bəsləyər. Ehtiraslı və həyəcanlıdır. Bu təbiəti onu daim dinamik və enerjili edir. Xoşbəxt evlilik həyatı olur.

Əqrəb:

Sirrli və dərin baxışlı gözləri ilə ehtiras dolu Əqrəb qadını və da kişisi bəyəndikləri adamı əvvəl-axır əldə edərlər.
Əqrəb kişiləri duyğularından əmin olmadan əlaqələrini evliliyə doğru yönləndirməzlər. Zövcələrinin gözəl və baxımlı olmasını istəyərlər. Qəzəbləri də, sevgiləri də şiddətlidir. Əqrəb kişisi cinsəlliyə çox əhəmiyyət verər və yoldaşının bu mövzuda onun qədər istəkli olmasını arzulayar.
Əqrəb qadını evlənəcəyi kişi ilə ortaq dəyərlərinin olmasını istər. Ağıllı həyat yoldaşı olmasını istəyər. Duyğuları ilə yaşayar, kədərləndiyi zaman yoldaşı kədərinə ortaq olmalı və ona dəstək verməlidir. Kiçik şeylərlə xoşbəxt ola biləcəyi kimi kiçik, lakin üst-üstə yığılan narahatlıqlarını da böyüdə bilərsiniz. Cinsi həyat onun üçün çox əhəmiyyətlidir. Yoldaşı tərəfindən bəyənildiyini görmək, sevgi dolu sözlərlə əzizlənmək evlilik həyatını çox daha gözəl bir hala gətirməsi üçün onu təşviq edəcəkdir.

Oxatan:

Sevgini ən sadə halı ilə yaşamaqdan xoşlanan, dürüst insanlardır.
Oxatan kişisi maraq duyduğu qadının arxasından qaçmaqdan zövq alar. Məcbur edilməkdən xoşlanmaz, həyat yoldaşı ilə ünsiyyətə çox əhəmiyyət verər, duyğularını coşğu ilə ifadə edər, gizli şeylərdən xoşlanmaz. Yoldaşının fiziki xüsusiyyətlərinə əhəmiyyət verər. Baxımlı qadını özünə həyat yoldaşı seçər. Özünə hörmət edən qadınların pərəstişkardır. Oxatan kişisi cinsiliyə sevdiyi müddətcə əhəmiyyət verər. Yoldaşına olan duyğuları azalmağa başladığı anda ondan uzaqlaşar. Monoton evlilik ona görə deyil.
Oxatan qadını qısqanc, şəhvətli və idealistdir. Onu olduğu kimi qəbul edəcək kişini həyat yoldaşı seçər. Ailənin müqəddəsliyinə inanır, evlilik həyatına kənardan müdaxilə edilməsinə icazə verməyəcək qədər ağıllıdır. Cinsəllikdə yoldaşının arzu və istəklərinə əhəmiyyət verər.

Oğlaq:

Oğlaq kişisi əsla düşünmədən hərəkət etməz. Evlilik qərarını verməsi olduqca çətindir. Həyat yoldaşı seçəcəyi qadının hörmətli olmasına əhəmiyyət verər, güvən əlaqənin təməlini meydana gətirər. Olduqca qısqanc olduğu üçün qaydalara riyayət edilməsini xoşlayır və yoldaşına qarşı bir sıra məhdudiyyətlər qoya bilər. Bunu açıqca ifadə etməkdən çəkinməz. Həyat yoldaşı onun sirdaşı, yoldaşı, sevgilisi olmalıdır. Yoldaşının yanında içindəki uşaq ortaya çıxar. Şəfqətli bir qadın üçün edə bilməyəcəyi heç bir şey yoxdur . Cinsəllikdə şəfqət onun üçün əhəmiyyətlidir. Yoldaşı tərəfindən bəyənildiyini, arzu edildiyini hiss etdiyi müddətcə xoşbəxt olar və xoşbəxt edər.
Oğlaq qadını həssas, səbirli və ciddi bir xarakterə malikdir. Evlilik onlar üçün çox ciddi düşünülməsi lazım olan bir mövzudur. Bu mövzuda əsla tələsik qərar verməzlər, Oğlaq qadını nə istədiyini bilir və yoldaşını buna görə seçir. Sevgi dolu bir həyat istəyər. Səmimiyyətdən uzaq, süni davranışlara dözümü yoxdur. Oğlaq qadınının cinsi həyatında rahat ola bilməsi tamamilə yoldaşının ona yanaşmasına bağlıdır. Sevgi ilə görəcəyi hər davranış onu ehtiraslı bir qadına çevirəcək.

Dolça:

Ruhu azadlıqla bəslənən Uranın həyəcanlı, şən insanları...
Dolça kişisi evlilikdən qorxar. Qısa müddətli əlaqələr yaşamaqdan xoşlanar, çox asan bağlanmaz. Həyatlarına müdaxilə edilməsindən, xarakterinin dəyişdirilməyə çalışmasından xoşlanmaz və buna əsla imkan verməzlər. Macərapərəst, özünə güvənən, enerjili qadınlardan xoşlanar və həyat yoldaşı seçərlər. Ağıllı, məhsuldar, düşüncələrini dəqiq bir şəkildə ifadə edən, sosial bir qadınla evlilik həyatı son dərəcə xoş keçəcək. Cinsəllik həyatı çox əhəmiyyətlidir, bu mövzuda hər zaman həssas davranacaq, yoldaşından da eyni həssaslığı gözləyəcək.
Dolça qadını humanist, romantik və çox enerjilidir. Həyat yoldaşı seçəcəyi kişinin onun düşüncələrinə əhəmiyyət verməsini, hər şeyi onunla paylaşmasını istəyər. Özünü güvəndə hiss etmək onun üçün çox əhəmiyyətlidir. Sosial həyatda həyat yoldaşı ilə birlikdə yer almaqdan çox xoşlanar. Cinsəllik həyatının imtina edilməz bir parçasıdır. Əzizlənməkdən və özünü özəl hiss etməkdən çox xoşlanar.

Balıq:

Balıq kişisi qadınını kəşf etməkdən böyük bir həzz alır. Qadın hər halı ilə qadın olmalıdır. Romantikliyi bütün möhtəşəmliyi ilə ona yaşadacaq qadını həyat yoldaş seçərlər. Özəl günlərə əhəmiyyət verən Balıq kişisi yoldaşından da eyni davranışı gözləyər. Ailə həyatı onun üçün çox əhəmiyyətlidir. Həyat yoldaşı ilə söhbət etməkdən, birlikdə yeyilən yeməklərdən çox xoşu gələr. Sədaqətə çox əhəmiyyət verər, güvən duyğusunu qazandığı andan etibarən yoldaşını əzizləməkdən və onun üçün əlindən gələn hər şeyi etməkdən son dərəcə həzz alar. Dava etməkdən xoşu gəlməz. Dözümlü, səs tonu yüksəlməyən bir qadına hörməti sonsuzdur. Cinsi həyatı son dərəcə rəngli və həyəcanlıdır. Yoldaşının istəklərinə daim önəm verərək ona yaxınlaşar.
Balıq qadını onunla yoldaş ola bilən kişini yoldaş olaraq seçər. Duyğularını tam mənası ilə azad buraxa biləcəyi, ürəkli bir kişini həyat yoldaşı olaraq istəyər. Eşqin bütün həyəcanını doya-doya yaşamaq və yaşatmaq üçün əlindən gələn fədakarlığı etməkdən qaçmaz. Yoldaşına sadiqdir, hər davranışında onun yanında olar və dəstək verər. Cinsiliyə çox əhəmiyyət verər, yoldaşının sevgisini cinsi yaxınlaşmasına görə qiymətləndirər. Sevgini göstərmə baxımından yataq otağı onun üçün böyük əhəmiyyət kəsb edər.


Tarix: 24.11.2014 / 15:02 Müəllif: Aziza Baxılıb: 194 Bölmə: Burcler haqqinda çox şey
loading...