Bürclərin Ayrılma Səbəbləri....
QOC
Hər dediyini etməniz sizə sahib olduğunu, ovucunda olduğunuzu düşündürməniz, başqalarıyla maraqlandığınızı fərq etdirməniz, qısqanclığınız, sahibləniciliyiniz, bezməsi üçün kifayətdir.
BUGA
Çətin ayrılar. Seksual istəksizliyiniz, mali etibarsızlıqlarınız, maddi qərarlarınızın tez-tez səhv çıxması, təcrübə təmin etməməniz, çox xərcləməniz gələcəyə dönük düşünə bilməməniz və davrana bilməməniz, doğru və dürüst olmayan tutumlarınız ayrılmaq istəməsi üçün kafi səbəblərdir.
ƏKIZLER
Qorumaq duyğusu, sahiblənici və qısqanc olmanız kafi səbəblərdi. Bir dəqiqədə unudar!
XERCENG
Qovalasanız qaçar,qaçsanız qovalar. Xəyal qırıqlığına uğratmanız, incitməniz, düşündüyü kimi biri olmadığınızı bildirməniz, tənqidi, şəfqətsiz, tündxasiyyət rəftarlarınız onun hirsliliklərini qızışdırar və özünü anında soyumuş hiss edər.
ŞIR
Qürurunu zədələməniz, səhvlərindən bəhs etməniz, tənqidçinik, onu dəstəkləməməniz, təqdir etməməniz çəkib getməsinə səbəb olar və bir daha da asan asan geri dönməz
QIZ
Diqqətli, ağıllı və mehriban olmamanız kifayətdir. İntellektual təcrübəniz və mədəni kafiliyiniz də yoxsa çox tez itirərsiniz. Geri dönməz, ancaq ürəyinizi də qırmaz.
TEREZI
Müasir, məşhur, baxımlı və hörmətli olmamanız kifayətdir. Nəzakətini pozmamaq üçün danışmadan tərk edəcək.
ƏQREB
İdarəni ya ona buraxmalısınız ya da əlinizdən bir saniyə belə buraxmamalısınız. İdarəni itirmə duyğusunu yaşaması ayrılmaq və sizi ağrılar içində buraxmaq üçün kifayətdir.
OXATAN
Gəzməkdən xoşlanmamanız, başqa mədəniyyətlərə maraq duymamanız və ağıllı biri olmadığınızı fərq etdirməniz kifayətdir. Buna eqo qırğınını da əlavə etsəniz, hər zamanki sürətiylə Oxatan uzaqlaşacaq.
OGLAQ
Ən çətin ayrılan bürcdür. Əgər sizi kifayət qədər mənimsəmişsə! Ailəsi haqqında mənfi danışmalarınız, maddi təhlükəsizliyini çətinə soxmanız, işində dəstəkləməməniz, mali mövzularda nizamsız və düşüncəsiz davranmanız kifayətdir. Əlbəttə hamısı bir yerdə olmaq şərtiylə!
DOLCA
Onu istəmədiyinizi bildirməniz, bunu söyləməniz və ya hiss etdirməniz kifayətdir. Bunlar yoxsa məhdudlaşdırmanız, hesab soruşmanız, müdaxilə etməniz, yoldaşlıqlarına qarışmanız ağır sözlərlə tərk edilmənizə rahatlıqla səbəb olar.
BALIQ
Aldatmaq üçün səbəbə ehtiyacı yoxdur. Çünki səbəbləri hər an dəyişə bilər. Ayrılmaq üçün də! Romantik dünyasını azca sarsıdacaq hər hansı bir konkret hadisə kifayətdir. Gerçək səbəb öz mənfəətinə daha uyğun bir vəziyyət tutmuş olmasıdır! .......
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Burcler haqqinda çox şey