Bürclər oktyabrda nə vəd edir?
Qoç
Bu ay kompromisə (qarşılıqlı güzəştə) getməlisiniz ki, həlli sizin qeyri-mümkün olan məsələlərin necə asanlıqla həll olunduğunu görəsiniz. Özünüzə və gördüyünüz işə çox güvənəcəksiniz. Bu da əbəs yerə deyil. Çünki bir işi görməmişdən qabaq çox ölçüb biçirsiniz.
Buğa
Bütün ay ərzində çox fəal olacaqsınız. Bu da öz bəhrəsini, əlbəttə ki, göstərəcək. Həmçinin oktyabrda yarımçıq qoyduğunuz və sonraya saxladığınız bütün işləri tamamlayacaqsınız. Bundan sonra bir müddət dincəlməyiniz məsləhətdir.
Əkizlər
Oktyabrda ürəyinizdə olan yaradıcı planlarınızı reallaşdıra biləcəksiniz. İşdə də sizi uğur gözləyir. Amma bununla yanaşı, qəlbinizdə gül və musiqinin yoxluğunu hiss edəcək və bundan əziyyət çəkəcəksiniz. Sevgi macərası yaşamaqdan qorxmayın.
Xərçəng
Əvvəlki aylardan yığılan yorğunluq professional sahədə sizi depressiyaya gətirib çıxaracaq. Buna səbəb həm də rəhbərinizin sizə açıq təzyiqi olacaq. Amma ruhdan düşməyin. Bu sizi sevməyənlərin xoşuna gələ bilər. Odur ki, özünüzü toplayın və əvvəlki kimi əla işləyin.
Şir
Hərəkətə keçmək zamanıdır. Sürət və təzyiq uğurunuzun açarı olacaq. Ailə məsələlərində maddi yatırım etməkdən çəkinməyin. Mənzil probleminizin həlli üçün ideal aydır. Cəsarətli olun, risk etməkdən çəkinməyin. Əlbəttə ki, söhbət düşünülmüş riskdən gedir.
Qız
Sosial məsələlərdə çox narahat olacaqsınız. İş sahəsində sizi problemlər gözləyir, böhtanlarla qarşılaşacağınız istisna deyil. Ola bilər ki, yaxın dostlarınızdan biri sizə xəyanət etsin. Odur ki, ehtiyatlı olun. Tam olaraq ailənizə güvənə bilərsiniz.
Tərəzi
Oktyabr Tərəzilər üçün ilin ən yaxşı aylarından olacaq. Həm daxili, həm də xarici həyatınızda harmoniya itib. Ola bilsin keçmiş həll olunmamış problemlərinizə qayıdasınız. Amma səbirli olmaq və problemləri kökündən həll etmək məsləhətdir.
Əqrəb
Şəxsi həyatınızda qarmaqarışıqlıq gözlənilir. Fəal olmağınız məsləhətdir. Nəticələr çıxarmalı və xarici görünüşünüzlə ciddi məşğul olmalısınız. İşgüzar həyatda da hər şey qaydasında olmayacaq. Peşəkar məsələlərdə ciddi rəqabət aparmalısınız.
Oxatan
Bu ay yalnız nizam-intizamlı olmağınız sayəsində karyerada yüksələ biləcəksiniz. Evlilik və ya ailənizlə bağlı planlarınızın həyata keçməsi gözlənilir. Amma həssas olmayın. Həyatın çətinliklərinə sinə gərmək üçün yalnız məntiqlə düşünün.
Oğlaq
Bu ayın emosional atmosferi qalıcı olmayacaq. Amma asanlıqla istənilən çətinliyin öhdəsindən gələ biləcəksiniz. Özünüzə güvəniniz qayıdacaq. Dostlarınızla münasibətlərinizi yaxşılaşdıracaqsınız. Küsülü olduğunuz insanlarla barışmağınız da istisna edilmir.
Dolça
Oktyabrda da səhvləriniz üzərində işinizi davam etdirəcəksiniz. İşlərinizdə irəliləyiş gözlənilir. Həmçinin bu ay həyatınızı kökündən dəyişmək qərarına gələ bilərsiniz. Amma bundan əvvəl yaxşıca fikirləşməyiniz məsləhətdir. Yoxsa silinəni geri qaytarmaq çətindir.
Balıqlar
Bu ay sizin üçün çox gərgin keçəcək. Çətin məsələləri yalnız özünüz həll edəcəksiniz. Fırıldaq işlərdən əl çəkməlisiniz, yoxsa pozitiv dəyişikliklərin gəlişinə mane ola bilərsiniz. İnsanlarla nə qədər səmimi olsanız, bir o qədər səmimiyyətlə qarşılaşarsınız.
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Burcler haqqinda çox şey