Adlarimizin baş hərfləri:)
A: Sırf romantizmə o qədər də meyliniz yoxdur. Daha çox hərəkətli olmaq istəyirsiniz. Bu məşğul olduğunuz hər şeyə aiddir. Eşqbazlıq edəcək qədər səbrli deyilsiniz. Birlikdə olduğunuz insan cazibədar olmalıdır. Xüsusilə fiziki yöndən. çünki bir şəhvətsevər olaraq siz buna çox əhəmiyyət verərsiniz.
B: Romantiklik və romantizm sizin xüsusiyyətinizdir. Şam işığında yemək, ay işığında yerimək sizin üçün idealdır. Sevgiliniz sizə hədiyyə almaq məcburiyyətindədir, çünki, bu cür nömrələrdən xoşunuz gəlir. Xüsusilə ehtiras mövzusunda iradəniz çox qüvvətlidir.
C-ç: İctimailik qanınızdan axır. Siz eşqbazlıqsız dayana bilməzsiniz. Sevgiliniz hər zaman yanınızda olmalıdır. Tamam duyğulu və həssassınız. Bir az eqoistsiniz, sanki, sevgiliniz sizə itaət etməlidir.
D: Ağlınıza nə qoymusunuzsa, onu mütləq etməlisiniz. Qeyri-mümkün olsa belə asan olaraq imtina etməyənlərdənsiniz. Həddindən artıq köməksevərsiniz. Əsas xüsusiyyətləriniz: sadiq, qısqanc, eqoist olmağınızdır.
E-Ə: Ehtiras sizin üçün zövqdən də yüksəkdir! İş, stres, pul, xarici faktorlar ehtiraslı həyatınıza mənfi yöndə asanca təsir edə bilir. Amma hər şeyə baxmayaraq əsla ehtiras duyğunuzu tamamilə itirmirsiniz. Həmişə maraq dairəsində olmaq istəyirsiniz.
F: İdeal sevgili, ideal romantik insansınız. Sevgiliniz sizdən daim həzz alır. Xaricdə nümayişçi olsanız da, daxilinizdə isti və romantik bir insan var. özünüzə özünüz kimi ideal romantik insan axtaranlardansınız.
G: Siz əsasən hər şeyi xırdalığa ayırırsınız. Statusu sizdən yüksək insanlarla əlaqə yaratmaq istəyiniz çoxdur. Ayrıca bir xüsusiyyətiniz daha var, erotizmin zirvəsinə necə çata biləcəyinizi yaxşı bilirsiniz.
H-X: Davamlı bir axtarış içindəsiniz. Həm də nə axtardığınızı da bilirsiniz: Sizi hər yöndən zənginləşdirəcək bir partner. Onun üçün hər şeyi edə bilərsiniz. Amma bunu investisiya gözüylə etməniz yaxşı deyil. Etiraf edin bəzən edirsiniz!
İ: Sevilmək üçün yaradılmış biriniz. Sevgilinizin sizinlə daim bərabər olması üçün əlinizdən gələni edirsiniz. Amma yaddan çıxartdığınız bir məqam var, hər şeyi həmişə ondan gözləyirsiniz. Sizin üçün əsas lazım olan güvən duyğusudur.
J: Qeyr-adi bir fiziki enerjiniz var. Sevişərkən heç bir güc sizi dayandıra bilməz. Partnerinizin yorulmasından başqa. Sizin üçün qarşı cinslə əlaqə bir meydan oxumadır. Romantik olduğunuz deyilə bilər, ideal eşqə inanırsınız. İşiniz asan deyil.
K-Q: Təmkinli və utancaqmış kimi görünürsünüz, amma son dərəcə şəhvətli və həssas bir insansınız. Amma bunu kimsəyə hiss elətdirmirsiniz. Ticarət qabiliyyətlərinizə söz yoxdur. Bu işin bütün detallarına hakimsiniz. Ciddi görünüşünüz insanlarda utancaqlıq yaradır. Aldatmaqdan və aldadılmaqdan nifrət edirsiniz.
L: Eşq sizin üçün ehtirasla ekvivalentdir. Sevilməkdən çox sevməyə əhəmiyyət verirsiniz. Birinə bağlanmaq sizin üçün çox qiymətlidir. Eşq mövzusunda hər sahədə uğur qazanırsınız. Ona görə də həmişə daha çoxunu istəyirsiniz. Sevgilinizin işi çətindir, çünki intellektual olmaq məcburiyyətindədir
M: çox romantiksiniz. Bir əlaqəyə girdiyinizdə bütün mənliyiniz əriyib gedir. Ehtiras azadlığına inanır kimi görünsəniz də, doğru deyil. Fantaziyalarınız və seksual enerjiniz tükənəcəkmiş kimi dayanmır. Birlikdə olduğunuz insanı uşaq kimi qoruyub, gözləyirsiniz. Amma onun bundan bezəcəyini heç düşünmürsünüz.
N: Sizi yaxından tanıyanların heç vaxt inanmadığı iki sifətiniz var: Günahsız və utancaq. Bu yalnız xarici görünüşünüzdür. Son dərəcə hiyləçisiniz. Ehtiras mövzusunda çox qabiliyyətlisiniz. Standartlarınıza uyğun birini tapmanız çox çətin olur.
O - ö: Ehtirasa ən çox meylli insanlardansınız! Amma bir az da utancaqsınız. Səbəb isə enerjinizi başqa sahələrə istiqamətləndirmənizdir. Pul və güc sizin üçün çıxış yoludur.
P: Sizin üçün həyatın mənası ictimai statusdur. Biriylə birlikdə ola bilməniz çətindir. çünki sizdən aşağı səviyyəli biri sizin statusunuzu aşağı salacağınızı düşünürsünüz. Həm də sizə görə qarşı tərəf çox da ağıllı olmalıdir, çünki siz müzakirəni sevirsiniz. Bu sizin üçün bir ehtiyacdır
R: Birlikdə olmaq üçün ən yaxşısı özünüzü kopyalamanız olardı. çünki sizin eynilə özünüz kimi birinə ehtiyacınız var: İntellektual və ağıllı. Ağıl sizin üçün fiziki gözəllikdən daha əhəmiyyətlidir. Amma bu ehtirasın sizin üçün əhəmiyyətsiz olduğu mənasına gəlmir.
S - Ş: çox danışansınız. Ən böyük zövqünüz danışmaqdır. Ona görə də sevgiliniz olacaqsa, sizi dinləməyi bacarmalıdır. Uyğunlaşmazlıq və qarışıqlıqdan nifrət edirsiniz. Siz hər şeyə nəzarət etmək istəyirsiniz. çox eşqbazlıq edirsiniz. amma birini tam sevdikdən sonra ona sadiq olursunuz
T: Tam bir romantiksiniz. Eşqə həvəsiniz böyükdür. Eşqbazlıq üçün ideal bir tipsiniz. Aşiq olduğunuzda romantiksiniz və buna görə də kövrəksiniz. Kiçik bir çatışmazlıq sizi xeyli narahat edir. Ona görə də xırda məsələlərə çox baş qoşursunuz
U - ü: Aşiq olduğunuzda köhnə xasiyyətləriniz bir anda dəyişir. Ehtiras isə sizin üçün yalnız doyurulması lazım olan bir ehtiyacdır. Hər vaxt dəyər verəcək birini axtararsınız. Sevmək üçün yaradılmış birisiniz. Sevgiliniz sizin üçün hər şeydən qabaqdadır.
V: Fikriniz çox dağınıqdır, hər vaxt azadlıq və həyəcan axtarışındasınız, həm də sirli insanlar daha çox diqqətinizi cəlb edir Ya yaşca böyük ya da kiçik insanların arxasında qaçarsınız. Buna görə bütün əlaqələriniz təhlükəlidir.
Y: Müstəqillik şüarınızdır. Biriylə olmanız çətindir. Hər vaxt özünüzü isbat etmək məcburiyyətindəsiniz. Xüsusilə sevgilinizə qarşı. Ehtirasa əhəmiyyət verirsiniz. Amma pul daha sizə üçün əhəmiyyətlidir.
Z: Eşqdən çox vaxt əziyyət çəkirsiniz. Səmimi, həssas, romantik və xəyalpərəstsiniz. çətinlikdə olan insanlar üçün sizdən yaxşısı tapıla bilməz. Amma paylaşmaqdan çox xoşlanmırsınız. Şəxsi həyatınızı, sirlərinizi özünüzə saxlayırsınız. Evlənmək sizin üçün məcburiyyətdir.
Bu xarakterlər adınızın baş hərfinə uyğun gəlirmi?
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 436 Bölmə: Burcler haqqinda çox şey