Bürclərin İntiqam Hissi
[Qoç] İntiqam hissi olan Qoçu təsvir etmək bir az çətindir. Onların ağrayan yaralarını qanadan zaman onlarda intiqam hissi çoxalır. Sonra isə çox zaman onlar edilən pislikləri asanlıqla unudurlar.
[Buğa] Buğanı da əsəbləşdirmək üçün ciddi cəhd göstərmək lazımdır. Amma əvəzində onlar Qoçlara nisbətən daha qəddarcasına qisas alırlar. Buğanın qisası onu incidənə qarşı daha planlı və daha incidən olur.
[Əkizlər] Mələkdirlər demək istərdik amma... Bu bürclərin qisasçılıq adıdır. Siz yəqin ki ən inanılmaz dedi-qoduların, qeybətlərin, söz-söhbətlərin obyekti olacaqsınız. Lakin bir səbəb də var. Əkizlər havadan da tez dəyişirlər. Səhər ömrünün sonuna qədər qisas almağı düşünən əkizlər artıq günorta sizinlə yeni qisas hədəfinə seçdiyi obyektin dedi-qodusunu edə bilər.
[Şir] Şirlərdə kin və nifrət hissini oyatmaq üçün onlara yalan danışmaq bəs edir. Şirlərin qisası qorxunc olur. Onların necə qisas aldıqlarını görmək üçün gələcəyə baxmaq lazımdır-siz artıq bir heçsiniz.
[Xərçəng] Onların edə biləcəkləri ən sadə qisas yolu-gecə soyuqda yola papaqsız çıxmaqdır ki, hamıya “ona soyuq oldu” deyə pis təsir göstərsin. Kinlilikdə Xərçənglər çox pisdirlər. O qədər pis ki, qab-qacağı qıra bilərlər.
[Qız] Qızların necə intiqam aldığını bilmək üçün Sergey Lazonun filmini izləmək bəs edir. İzləməmisinizsə gedin izləyin. Mən baxmamışam deyə qısaca deyə bilərəm ki qızların intiqam hissi qaydadan kənar olmur.
[Tərəzi] Küsəyənlilik bürcü. Onlar sözün əsl mənasında qisas ala bilmirlər. Tərəzilərin edə biləcəkləri ən böyük qisas onu incidənlə danışmaq və səbəbi müəyyənləşdirmək olacaqdır.
[Əqrəb] Bu bür adəti üzrə qisasçılıq və bu kimi şeylərdə birinciliyini əldən vermir. Halbuki bu yerə layiq deyillər. Birincisi onlar hər şey haqda maraqlanırlar. İkincisi onlar hər şeyi öz nəzarətlərində saxlamağa çalışırlar. Vay o günə ki kimsə onun maraqlarına müdaxilə eləsin. Əqrəb o saat zəhərin qucağına alıb dişləməyə qaçır. Bu arada onlar yaxınlarını daha çox “dişləyirlər” nəinki yadları.
[Oxatan] Onların intiqam planları sarışın qızlar haqda olan lətifələr kimidir. Çox vaxt darıxdıqlarından bu yola əl atırlar. Əksər vaxt isə elə plan qururlar ki sonra başqalarına nəyi necə və nəyə görə elədiklərini izah etməli olurlar. Oxatanların yalnız bir qorxulu qisas yolu var-bürokratizm.
[Oğlaq] Əgər siz Oğlaqı o həddə qədər çatdıra bilmisinizsə deməli o sizə Qız bürcünün etdiyindən də betərini edə bilər. (Sergey Lazonun filminə baxmadığımıza görə Qızların da nə etdiyini bilmirik təəssüfki). Oğlaqın intiqam hissini uzaqlaşdırmaq üçün nəsə fikirləşsəniz pis olmaz.
[Dolça] Axır ki bir alim ərə rast gəlməsək də normal bürcə rast gəldik. İntiqam hissini Dolçalar sevmirlər və ümumiyyətlə bacarmırlar. Bu bürcün nümayəndələrinin yumor hissi o qədər çox yüksəkdir ki onlar onsuz da sizin etdiklərinizi ələ salmaqla sizi intiqam almaq hissinə sala bilərlər.
[Balıqlar] Balıq bürcünün nümayəndəsinin qəlbini qırmaq çox asandır. O yalnız yaxın insanından onu incitdiyinə görə qisas almaz. Bu bürcün nümayəndsinin ala biləcəyi ən böyük intiqam küsəyən üzlə gəzmək və sizə onu incitdiyinizə görə çox qəddar olduğunuzu xatırlatmaq olacaqdır. Bu Balıqlarda çox təbii alınır. Çünki onlar bunu ürəkdən edirlər..
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Burcler haqqinda çox şey