Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ulduzlar Ve Pul

Qəribədir, əksər insanlar bürclərə inanmır, bununla belə onlar daima astroloji proqnozları oxuyur və onlara riayət edirlər. Bu yaxınlarda isə dünyanın ən məşhur şirkətlərindən biri ulduzlara üz tutub. Amerikan jurnalı Forbes milyorderlərin hansı bürc altında doğulduğunu yoxlayıb. Belə ki, ən pullu bürc “Qız” bürcü olmuşdur. 613 milyorderdən 70-i öz ad gününü 23 avqust və 22 sentyabr ayında qeyd edir. Bunlar arasında dünyanın ən zənginləri olan ABŞ səhmdarı Uorren Baffet (zənginliyə görə dünyada ikinci yeri tutur) və Oracle şirkətinin banisi Larri Ellison yer alır. Astroloqların fikrincə Qız bürcü altında doğulan insanlar qətiyyətli, zəhmətkeş, diqqətcil və məntiqli olurlar. Məhz bu xüsusiyyətlər dünya milyorderlərini bu pulları əldə etməyə kömək etmişdir. Siyahıda 8% zənginlərin Dolça və Qoç bürcünün namizədləri yer alır. Qoç bürcü altında Microsftdan Stiv Balmer və İKEA-dan İnqvar Kamprad dünyaya gəlmişdir. Bill Qeyts isə Əqrəb bürcündəndir. Ən az zənginlər isə Oxatan bürcündə dünyaya gəlib. Kinorejissor Stiven Spilberq bu bürcün nümayəndəsidir. Oxatanlar bacarıqlı və qabiliyyətli olsalar da, pula qənəat edə bilmədiklərindən və pul toplaya bilmədiklərindən zəngin ola bilmirlər.
Bəs siz bürclərə inanırsınız? Sizcə bürclər sizin büdcəyə təsir edir?


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Burcler haqqinda çox şey
loading...