Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənə Bürcünü Söylə,sənə Kim Olduğunu Deyim...

QOÇ

(21 Mart-20 Aprel)

Sözündə durmağı bacarmayan,özünə güvəni olmayan şəxsiyyət. Həyat boyu mütləq kimsə onu qabağa itələyəcək.Bütün ev quşları , ana quzuları adətən bu bürcdən çıxır. Bunun sevgisi də bir işə yaramaz. Daha çox gizli sevir. Yoxdur ki cəsarət deyilən şeyin zərrəsi bunda gedib söyləsin sevgisini. Deyəkki bir möcüzə oldu birtəhər etiraf etdi və siz də bir səhv edib buna bağlandınız. Əgər dəli-dolu, həyatla əylənən, eşqdə həyəcan axtaran biri isəniz bitdiniz siz. Duyğusaldır bu qoçlar. Darıxdırıcıdır. Hər an ah çəkməyə meyillidir. Ona bir şeyi min dəfə başa salın yenə anlamaz. Bir də anlamış kimi davranıb və sonunda anlatdığınız şeyin tam tersinə hərəkət etməzmi?!Dəli olarsınız. Sual verib nə olduğunu anlamağa potensialı çatmır. Amma cəmiyyət tərəfindən sevilir. Niyə çünki özündən başqa heç kimə zərəri dəyməz. Hiyləni, yalanı bacaracaq zəka yoxdur onda. Siz ona lətifə danışın o gülsün, bir şey söhbət edin o dinləsin. Başqa bir işə yaramaz. Qısqanc və darıxdırıcıdır.

BUĞA

(21 Aprel-21 May)

Bunun insan beynini yormağdan başqa bir işi yoxdur. Orda burda arxanızdan atıb tutar. Üstəlik də sizə qarşı marağı varsa və siz ona qarşı laqeydsəniz yandınız deməkdir. Onda hər şey gözləmək olar bundan. Yerin dibinə soxacağ sizi. Artıq saçınızı mı yolarsınız əsəbdən içkiyə mi başlarsınız o sizin seçiminizdi. Mələk üzlü şeytandır bu buğalar. Qisasçıdır. Həyatda heç bir şey olmazlar. Ailələrinin vəziyyəti yaxşı deyilsə vay hallarına. Her şeyin hazırına qonmaq istiyirlər. Çok pulum olsun, ən güzəl sevgili mənim olsun… olsun.. olsun.. olsun…. Özünü dünyanın mərkəzi sanır. Sizdən qazancı varsa sizdən yaxşısı yoxdur bunlar üçün. Ümumilikdə evdə qalmışların bürcüdür. Ya evlənməzlər ya da gec evlənirlər.Onsuz da kim neyləsin bu başbəlaların. Gənc yaşda məzara aparar sizi. Bunun tək buğalığı bürcünün adıdır. Əslində əqrəbdi əqrəb.

ƏKİZLƏR

(22 May-21 İyun)

Dönək, iki üzlü, tək başına tək bir işə belə yaramayan a…….. Şirin dilli ilan. Bu var haa həyatı boyunca onu bunu sömürüb durur. Bol organizasiyalı, bol dediqodulu fəsad mı fəsad biridir. “Gəlin dostlar bunu edək…” “Aaa ayıb sözdüki əlbəttə gələrəm….” “borcum olsun… ” ən çox istifadə etdiyi yalanlarından bir neçəsidi. Çox yaxşı yalan danışır. Gəvəzədir. Sirr saxlaya bilmir. Boşboğazdı. Ayağlı qəzet deyilən növdəndir. Gəzsin,əylənsin o qədər.. Söz olsun deyə danışır,evlənmək üçün evlənir.. Bir sözü digər sözüylə tutmur. Yanında heç kim olmayanda qorxağın biridir.
Həmişə kiminsə və ya nəyinsə dalınca deyinir.. Güvənilməz insandır. Amma şeytan tükü vardır bunlarda. Özünü bağışlatmağı bacarır. Tez aldadır qarşısındakını. Ən diqqət edilməsi lazım olan bürc qrupudu.

XƏRÇƏNG

(22 İyun-22 İyul)

Özünü ağıllı sanan safın biridir. Hər şeyə asanca inanır. Gedənin ardınca əsrlərlə yas tutur. Bir də bir gün hər şeyin yaxşı olacağına dair boş inancları yoxdumu. Gəl də dəli olma. Onu xarici görünüşündən daha çox maraqlandıran bir şey yoxdur bu dünyada. Bir neçə komplimentlə yelkənlərini suya endirir dərhal. Eqoistin biridir. Hər şeyin ən yaxşısını ən doğrusunu özünün bildiyini zənn edər. Sanki bu dünyaya müqəddəs bir vəzifə üçün gəlmiş kimi davranır. Ən az bir qoç qədər ana quzusudur bu. Bir də həyat boyu söykənəcəyi bir divar olsun istiyər. Bir gün mələk, bir gün şeytandır. Yəni heç cürə təyin edə bilməzsiniz onu. Davamlı get-gəllər yaşayır. Təhlükəlidir. Insanı asanca ovucunun içinə alır. Əgər nifrətini qazanmısınızsa diqqət. Belə hallarda qəzəbi hələ təzəykən çox ətrafında dayanmayın. Çünki o zaman etməyəcəyi şey yoxdur. Əlaqələrində çətindir. Birini sevsə onu sanki malı kimi sahiblənər amma gözü də davamlı çöldədir. Bu xərçənglərlə dostluq nəysə amma eşq əsla. Çünki kaprizləriylə sizi həyatınızdan bezdirər.

ŞİR

(23 İyul -23 Avqust)

Bu komediya insan özünün göydən zənbillə endiyini zənn edər. Bu kimsəsiz bir adaya düşsə yanında istəyəcəyi üç şeydən biri aynadır. Özündə şeytan tükü olduğunu düşünür. Sanki bu olmasa ətrafındakı heç bir şey düz getməyəcək zənn edər. Halbuki ən böyük əyri özüdür. Bunu bir otağa iki gün bağlayın qəti ölər. Üstəlik otaqda güzgü yoxdusa iki gün belə çəkməz. Azadlığı əsla imtina etməyəcəyi şeydir. Safdır əslində bu. Quş qədər beyni olan bir insan belə bunu asanca aldada bilər. Elə incə detallardan çox anlamaz. Bir yalan deyəndə, ya da gizli bir iş etdiyində qısa müddətdə özünü ələ verər. Çünki plan hazırlayacaq, hazırladığı planı düz-əməlli tətbiq edəcək ,deyək tətbiq etdi gizləyəcək qədər potensialı yoxdur. Əsla bu şirlərdən necə göründüyünüzə dair bir şey soruşmayın. Çünki siz özünüzü nə qədər mükəmməl hiss etsəniz də o mənfi bir şey tapacaq. Bu şəxsiyyətlə mübahisə etdiyinizdə sizə
hücum edəcəyi ilk mövzu xarici görünüşünüz olacaq. Çəkinizdən başlayıb gözlərinizin çəpliyinə, dodaqlarınızın incəliyinə qədər nə varsa onu çox maraqlandırır. Ruh sağlamlığınız baxımından təhlükəlidir.

QIZ

(24 Avqust -23 Sentyabr)

Demək olarki hər şeyə asanca uyğunlaşır. Çünki başqa cür çevrə qazana bilməz, ətrafını genişləndirə bilməz. Sırf ətrafındakılar azalmasın deyə öz fikirlərini müdafiə etməyə qorxar. Onsuz da kim qarşısında hər söylədiyinə hə deyən bir insan istəməz ki. Bunun ən əsəb pozucu xasiyyəti insanlarla danışarkən onların narahat edəcək qədər gözlərinin içinə dik-dik baxmasıdı. Ümumiyyətlə alicənab aparar özünü. Amma daxilən hər cür dəliliyi etməyə meyllidir. Şıpsevdidi, səssizdir , ümumiyyətlə diqqətsizdir. Sizinlə danışarkən əksəriyyətlə başından başqa şeylər keçir. Etdiyi yaxşılıqları ən kiçicik bir səhvinizdə hər an başınıza vura bilər. Bundan başqa yapışqan insandır. Şıpsevdiliyinə baxmayaraq birini beyninə salıbsa onu bezdirənə qədər əl çəkmir. Münasibətlərində romantik olmağa çalışır. Amma bir müddət sonra can sıxır. Içməyi çox bilmir.Üstəlik də əhvalı bir şeyə xarabdısa ki çox vaxt belə olur içməyə gediləcək ən son adamdır. Deyəkki yaxşı niyyətiniz sizi yoldan çıxardı və getdiniz,onda yanınızda onu bir az da olsa susdurmaq üçün bir lent saxlayın. Normalda çox danışmağı və dialoq qurmağı bilməyən bu şəxslər içdiklərində yerdəki daşla belə danışarlar. Onlar üçün sabah deyil bu gün əhəmiyyətlidir. Ümumiyyətlə xarakteri formalaşmamış kəslərdir.

TƏRƏZİ

(24 Sentyabr-22 Oktyabr)

Mıy mıy tərəzi dır dır tərəzi off bu var ha bu vıdı vıdı danışar. Soyuq insandır. Bunu ən çox özü sevər sonra anası sonra varsa xalası ... sonra sonra bunu kimsə çox sevməz. Canınız sıxıldığında ən son axtaracağınız adam olmalıdır. Çünki sizin kiçik bir əhval pozğunluğunuzu belə depressiyaya qədər aparar. Başını hər şeyə yorar. Gəl-get ağıllının biridir. Bir gün sizə çox yaxın davranar ertəsi gün üzünüzə belə baxmaz. Sirlərə, sirli şeylərə çox marağı var. Müdhiş bir dedi-qodu anbarıdır. Kim kiminlə nə edib, kim harada nə edib... Çoxunu bir yerlərdən eşidər,görər, bilər. Süni beyinlidır. Ağıllı kimi görsənər amma görsəndiyi ilə qalar. İnsanı boğan , sıxan bir havası vardır. Başda çətin bir ehtimalla da olsa sizə cazibədar və maraqlı gəlsə belə sonra mazoxist deyilsinizsə əgər qaçacaq deşik axtaracaqsınız. Yeməyə meyllidir.. Ətrafı tərəfindən robot , soyuq və nataraz olaraq tanınır. Heçnə onu qane etmir. Son qeyd olaraq deyəkki çox da nəzərə alınacaq insan deyil.

ƏQRƏB

(23 Oktyabr-22 Noyabr)

Ətrafına ümumiyyətlə mülayim və təmiz ürəkli havası verən əqrəblərin insanları xəyal qırıqlığı yaşatmağı çox yaxşı bacarır. Şübhəçi , qısqanc və iki yüzlünün biridir. Sizə nə vaxt hansı üzünü göstərəcəyini də əsla bilməzsiniz.. Bəzən şəfqətli, isti, bəzən də təcavüzkar və soyuq -bir soyuducu kimi olur. Sizin üzünüzə gülməsi əsla sizə qarşı yaxşı niyyətlər bəslədiyinin zəmanəti deyil. O əsl aktyordu. Eqoistdir. Bunlar elə insanlardır ki, Allah bunun şərindən düşmənimi belə qorusun. Ağlına bir şey qoydusa edər. Bədən dilindən çox yaxşı istifadə edir. Üz mimikaları ən çox olan insan tipidir. Hər hadisəyə, hər şeyə bir bəhanəsi var. Çox diqqətli və ağıllıdır. Ovuna hiyləgər hiyləgər yaxınlaşar. Əgər ətrafınızda bir əqrəb varsa məncə onunla mütləq dost olmağa çalışın. Qısqanclığı üzündən etməyəcəyi şey yoxdur . Davamlı diqqətin özündə olmasını istər. İnsanı hövsələdən çıxaracaq qədər özünə etibarı vardır. Bürcünün adı kimi əqrəbin biridir. Mələk üzlü şeytan sözü sanki bunun deyilib.

OXATAN

(23 Noyabr-22 Dekabr)

Ah sən var ha sən ... Kələkbazlar kələkbazı, dediqoducu və bir o qədər də boşboğaz insan. Sənin adam olmağın üçün başına daş düşməsi və ya birinin başına lomnan vurması lazımdı? Nədir bu boşboğazlıq. Bu danışar danışar çənəsi də yorulmaz. Müftəçiliyi sevir. Mən etdim, mən etdim havaları yoxdurmu bunun ,insan boğazına yapışıb boğmaq istəyir. Həyəcan manyakıdır bu. Müstəqilliyinə ən düşgün bürcdür. Vəziyyətə , mühitə görə anında dəyişərlər. Nəbzə görə şərbət verərlər. Buna qazı verdin mi bir daha tuta bilməzsən. Bir şeyi şişirtməyi sevirlər. Ən kiçik, ən sadə hadisəni belə bəzəyib elə izah edərki sizə. Diqqət yoxsunudur oxatanlar. Allah bunların sevgililərinə də səbir versin. Bir insan ancaq bu qədər kaprizli olar dedizdirir insana. Stəkanın həmişə dolu tərəfini görəcək qədər həyatdakı mənfiliklərə gözlərini bağlayarlar. Bezəndə qaçarlar. Əgər sonunda bir mənfəətləri yoxsa mübarizə etməyi çox sevməzlər. Bunların bürcünün adı oxatan deyil çaqqal olmalıymış əslində. Bunlar üçün həyatda özlərindən daha əhəmiyyətli heç bir şey yoxdur. Bitən əlaqələrinin arxasından danışar, əsəbləşdiyi yoldaşlarının arxasından atıb tutar. Buna görə çox inam verməzlər insana. Daha necə inam versin ki, sırf həyəcan üçün yaşayan dediqoducu insandır demədikmi? Bir şey bilirik ki deyirik hərhalda.

OĞLAQ

(23 Dekabr-20 Yanvar)

İnadkar keçi səni. Səni qürur axmağı, birə üçün yorğan yandıran ağılsız. Sözü üzə deməklə boşboğazlığı bunun qədər qarışdıran başqası yoxdur bu dünyada. Hər an bir sinir böhranı keçirə bilər. Onun üçün o daha yaxşı ,bu daha pis kimi bir ayrı-seçkilik ümumiyyətlə yoxdur. İki şey arasında müqayisə edə bilməyəcək qədər absurd və gərəksiz bir insandır. Bu səbəblədir ki çox məcbur qalmadıqca saçlarınızın yeni formasını, paltarınızda etdiyiniz dəyişikliyin necə olduğunu bu geridəqalmış və ya daha doğrusu, bu qəribə insandan başqa birindən soruşsanız yaxşı edərsiniz. Yəni bir az küt biridir. Onun ağlı - fikri dostlarıdır. Sonra da onlardan hər hərəkəti görər. Şəxsi həyatının didiklənməsindən heç xoşu gəlməz. Elə bilki kimə maraqlıdısa bunun öz kimi darıxdırıcı qaydalarla boğulmuş şəxsi həyatı. Əgər bir filmi onunla birlikdə izləmək fikrinə düşdünüzsə, sizdən birdən-birə oyunçunun ən son nə söylədiyini soruşar. Filmin hər səhnəsini şərh edər, o da olmadı absurd bir şey tapar başınızı qarışdırar. Olmadıq yerdə gülər ,olmadıq yerdə sual verər. Onu soruşar, bunu soruşar ... Sanki məzar daşına yazdıracaq illərcə bilmirəm kimləri bezdirib öyrəndiyi o qədər gərəksiz məlumatı.

DOLÇA

(21 Yanvar -19 Fevral)

Görməmişin biridir. Həyatı boyu kompleksləriylə həm özünü həm də ətrafındakıları canından bezdirər. Özünü başqalarına bənzətməyə çalışan, şablon insan tipidir. Dəyişməyə çox açıq olduğu deyilə bilməz. Məktəb həyatının barmaqla göstərilən parlaq şagirdi deyil. İş həyatında isə həmişə asan işləri seçər. Potensialı daha çoxuna icazə vermir. Olsa da olar ,olmasa da olar deyən növlərdəndir. Yeməyə olan düşkünlüyü ilə tanınar. Ümumiyyətlə yemək xəstələri bu bürcdən çıxar. Yəni yaxınınızda bunlardan bir-iki dənə olması təhlükəli deyil. Ümumiyyətlə sizi kompleksleriyle böhrana salar amma onun xaricində digərlərinə görə daha zərərsizdir. İllər sonra bir anını xatırlayıbkədərlənər. Xeyli nostaljikdir. Onu bunu illər sonra xatirə olar deyə saxlamağı sevərlər. Hər nə qədər onlardan bəziləri ağır bəy, xanım ağa kimi bir görünüş yaratsalar də demək olar ki, hamısı sulu gözlü romantik tiplərdir.

BALIQLAR

(20 Fevral -20 Mart)

Ah sənə nə desəm bilmirəm ki. Safsan, .........san? Yüz il yaşasa yetkinləşəcəyinə daha da uşaqlaşır. Ona qəlbi qırılar, buna küsər, hirslənər .... Ayyyy ... İnsan bunu düşünərkən belə içi sıxılır. Həyatda zaman-zaman qarşısına çıxan imkanları heç cür dəyərləndirməyən bacarıqsızın biridir. Həyatı boyunca asan yoldan pul tapmağı xəyal edər. Onsuz da yatmadığı anlarda (çox az istisna haldır) xəyal qurur. Həmişə ziddiyyətlərlə doludur. Bir də sanki heç mənfi xasiyyəti yoxmuş kimi bir quru inadı vardır ki, ... əsl qarın ağrısı,baş bəlasıdır. Bununla dil tap sonra ürəyin nə istəyirsə elətdir. Amma mənnən soruşsan özün eləsən daha yaxşıdı. Tam bir böhrandır. Bir şeyə əhvalının pozulması üçün nəfəs almağı belə kifayətdir. Onnan soruşsan həyatda ən böyük əzabları bu çəkib, gələn buna vurub, gedən buna vurub. Ah yazıq daha nə etsinki. Bunun mindiyi gəmi batır, tutduğu budaq qırılır. Xatirələrlə yaşamağı sevir. Keçmişindən əsla sıyrıla bilmir. Xarici görünüşünə çox diqqət verir. Lider olmaq kimi bir qayğısı yoxdur, küncdə-bucağda özünə bir yer tapsın bəsdi. Onu xoşbəxt etmək haradasa qeyri-mümkün kimidir. Hər hansı bir şeyə dərhal sevinə bilər amma əsla xoşbəxt olmaz. Şəxsiyyətsiz ,pessimist olsa da olar, amma olmasa görəsən daha mı yaxşı olardı dedirtən qəribə insanın biridir.


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 758 Bölmə: Burcler haqqinda çox şey
loading...